Unudulmuş aktyor

Böyük prospektdə kiçik addımlarıyla irəliləyirdi unudulmuş aktyor. Kiçik səhnələrdə atdığı böyük addımlara baxmayaraq onun böyüklüyünü ancaq tələbələri bilirdi. Heç bir dəyəri yox idi qocanın. yəni dəyər verəni yox idi. Hərdən köhnə tanışları ilə görüşürdü. Süni gülüşə süni baxışla cavab verirdi qoca. Bu gündə digər günlərdən fərqli deyildi. Evindən çıxıb, parka gedirdi. Son zamanlar başlamışdı bu adəti. İnsanlardan qaçmaq üçün insanların ən sıx olduğu yerə gedirdi. çünki onda heç kim yaxınındakının kim olduğu ilə maraqlanmır. Onada məhz bu lazım idi. “Dəyərli bir çarıq, dəyərsiz bir çəkmədən daha yaxşıdır” demişdi tələbələrinə. Həmişə “dəyərli çarıq” olmağı arzulamışdı. Amma o “dəyərsiz çəkmə” olaraq qalmışdı. Ətrafdakı insanlar çoxaldıqca addımlarını daha yavaş tempdə atmağa başladı. Və tədricən az qala hərəkətsizliyə qədər yavaşladı. üzündə soyuqluq var idi. Sanki bu dünyada yad idi qoca. Gördüyü hər şey mənasızlaşmağa başlayırdı. Yəqinki dərmanı gecikdirdiyi üçündü bunlar. Bir kənara çəkilib əlini sağ cibinə apardı. Sonra dərmanı sol cibinə qoyduğu yadına düşdü. Bugün qəsdən bu cür etmişdi ki, ən azından bir dəyişiklik olsun həyatında. Şüşədən bir kapsula çıxarıb ovcunda saxladı qoca. Bir müddət baxdı dərmana. Əvvəllər onun tamaşalarını “ürək dərmanı” adlandırırdılar. İndi isə o özü bu dərmana möhtacdır yaşamaq üçün. Metroya girdi qoca. Həzi Aslanov stansiyasında idi. Bu stansiyada özünü rahat hiss edirdi. Demək ölümündən sonra onunda adına bir stansiya ola bilərdi. Ən azından bir küçə, yada nə bilim hər hansı bir kitabda dövrünün sayılan adamı kimi adının çəkilməsinə də razı idi. Vaqonlardan birinə daxil olub kənarda oturdu. Düşünməyə başladı. Gəncliyini, ilk dəfə səhnəyə çıxdığı günü xatırladı. Həmin gün Gülnazı ilk dəfə görmüşdü. Teatr çıxışında yenə qarşılaşmışdı onunla. Bu dəfə Gülnazda ona baxırdı. Ən xoşbəxt günü idi qocanın. Metroya da ilk dəfə həmin gün minmişdi. “İLKLƏRİN GüNü” adlandırırdı o günü. Cümə günü idi. 4 dekabr. Heç vaxt yadından çıxartmaz həmin günü. Bugün həmin gündən 30 il keçir. 30 il sonra ikinci dəfə metroya minmişdi qoca. Yenə teatra gedirdi. İlk dəfə rol aldığı tamaşa səhnədə olacaqdı bu gün. Sonuncu dəfə tamaşaya baxmaq üçün gedirdi. 3 ay idi bu günü gözləyirdi. Stansiyalar dəyişdikcə qoca simaların dəyişdiyini görürdü. Amma dəyişən təkcə simalar idi. Qəribə bir ağırlıq çökdü çiyinlərinə. Gözləri qaralırdı. Ömründə ikinci dəfə idi metroya minirdi. Buna görə idi yəqin. Başını oturduğu yerin solundakı şüşəyə qoydu və yumdu gözlərini. O artıq ruhsuz bədən idi. Qatar sonuncu dəfə dayananda vaqonda ondan başqa heçkim qalmamışdı. Lakin xəbərdarlıq verən səsdə onu ayıltmadı. Son sərnişin vaqonu tərk edəndən sonra stansiyada qocadan başqa hər kəs bu səsi eşidirdi…
” Qapılar bağlanır, növbəti stansiya Məmməd Əmin Rəsulzadə. Qadınlara, qocalara, uşaqlı qadınlara yer verin. Bir-birinizə qarşı diqqətli olun.”

Müəllif: İsmət Əhmədov

İsmət

Şərhlər:

  1. deniz15 dedi ki:

    tesekkurler melumat ucun ellerinzi agrimasin

  2. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler

  3. Aelita dedi ki:

    hmm maraqlidi. kaw baxa bileydi kinoya. ama duzu axiri catmadi mene. o adam hansi aktyor idi ki?

  4. _Sevgim_ dedi ki:

    sgl, superdiiiiiiiiiiiiiii

  5. DaRk_AnGeL dedi ki:

    Təşəkkürlər xəbərə görə oxudum

  6. Hilary Duff dedi ki:

    Maraqli xeber idi Tewekkurler….