Dəyişmək, ya da dəyişməmək

Həyat bir dəfə yaşandığı üçün mühakimə oluna bilməz.

Həyatı elə Yaşa ki, geriyə dönüb baxdığında “peşman oldum” dediyin şeylərin sayı çox olmasın.

Həyatına nəzarət et. Bunun üçün öz həyatınla əlaqədar qərarları özün ver.

Kimsə səni dəyişdirə bilməz. Bu dünyada dəyişdirə biləcəyin tək varlıq sənsən və Sən birdənəsən!

Bu dünyada bənzərin yoxdur. Dəyərlisən!

Heçkim səninçün çox bir şey etməyəcək. Nə etsən sən edəcəksən.

Hovuz kənarında oturaraq üzməyi öyrənə bilməzsən. Suya gir. üzməyi öyrən. Dərin sulara dal.

Yeni doğulmuş tısbağanın okeana çatmaq üçün göstərdiyi istək və səyi xatırla.

O balanın, başına gələ biləcək hər cür təhlükəyə qarşı yasadığı mübarizəni içində hiss et.

Eyni şeyləri təkrarlayaraq fərqli nəticələr əldə edə bilməzsən. Sınamalısan. İtirməkdən qorxmadan. Həyatda dəyişməyin lazım olduğunu sənə düşündürəcək çox şey görə bilərsən.

Sevdiklərinin sənə sevgisinin azaldığını düşünürsənsə, etdiklərindən yaxşı nəticələr əldə edə bilmirsənsə, dəyişməyin lazım olduğunu düşünə bilərsən.

Varlığın ilə əlaqədar məmnuniyyətin azalmağa başlamışsa, yanındakı dəyər verdiyin insanların sayı azalmağa başlamışsa, dəyişməyin lazım olduğunu düşünə bilərsən.

Ətrafındakı insanlar duyğu və düşüncələrini səndən gizləməyə başlamışlarsa və ya sən izah edə bilmirsənsə izah etmək istədiklərini dəyişməyin lazım olduğunu düşünə bilərsən.

Davamlı kədərlisənsə, bezgin və bədbəxtsənsə, dəyişməyin lazım olduğunu düşünə bilərsən.

Və əmin ol ki, dəyişməməsi lazım olan şeylər də var həyatda.

Söz olsun deyə dəyişmə və dəyişdirmə!

Qanun və dəyərlərindən imtina etmə. Hörmətli olmaqdan və hörmət göstərməkdən imtina etmə.

Sevdiklərindən və səni sevən insanlardan asanlıqla imtina etmə.

Öz varlığının əhəmiyyət və dəyərindən də imtina etmə.

Səhv etdiyində üzr istəməkdən, doğru etdiklərində təşəkkür etməkdən çəkinmə.

İnsanların doğrularını görməkdən və söyləməkdən çəkinmə.

Bacarma istəyindən imtina etmə.

Hər şəraitdə gözəllikləri görməkdən və ürəyində hiss etməkdən imtina etmə!

BaBy BaRBie

Şərhlər:

  1. deniz15 dedi ki:

    Öz varlığının əhəmiyyət və dəyərindən də imtina etmə.

    tesekkurler gozel sozlerdi

  2. Yasaksin_kalbime dedi ki:

    super sozlerdi tewekkurler

  3. Aelita dedi ki:

    bir az ehvalim artdiyee bayaca

  4. DaRk_AnGeL dedi ki:

    Əla bəyəndim çox sağol

  5. Hilary Duff dedi ki:

    Gozel xeber idi Tewekkurler