Sağlamlığınız üçün

Yediklərinizin yalnız sağlamlığınızı maraqlandırdığını düşünürsünüzsə yanılırsınız. Yediklərinizin gözəlliyiniz üzərində də təsiri çoxdur.

Buyurun gözəlliyinizə gözəllik qatacaq səkkiz möcüzəvi qida və çox əhəmiyyətli bacarıqları…

Quru dərinin həlli

Dəriniz quru və pul pul tökülür və bunun ən əhəmiyyətli dərmanı omeqa-3 yağlarıdır.

Bu yağları əldə etmənin yolu isə qidalanma siyahınıza kətan toxumu yağını əlavə etməkdir.

Kətan toxumu yağı dərinizi qidalandıracaq və nəmləndirəcək. Bu təsiri göstərməsi üçün etməniz lazım olan; hər gün 1 şorba qaşığı kətan toxumu yağını seçiminizə görə salat və yeməklərinizə əlavə etməkdir.

Sonsuza qədər gənc olmanın həlli

” Nebahat çehrə, Cindy Crawford, Catherine Zeta Jones, Halle Berry, Heidi Klum, Julia Roberts, Demi Moore, Kate Moss”

Adlar fərqli amma ortaq cəhətləri yaşlarını müəyyən etməkdə çətinlik çəkməyimiz və qidalanma menyularında olan möcüzəvi C Vitaminidir.

Siz də sonsuz gəncliyin sirrini tapan qadınlardan biri olmaq istəyirsinizsə C vitaminindən imtina etməyin və C vitamini anbarı olan kivi bolluca istifadə edin. Bu meyvənin sayəsində dərinizdəki kolajen istehsalı artacaq, uzun illər çox sağlam və bir o qədər də gənc görünən bir dəriyə sahib olacaqsınız.

Sızanaq problemlərinin həlli

Sızanaqların ən böyük düşmənlərindən biri sink anbarı olan balqabaq tumlarıdır.

Edilən son bir araşdırmaya görə sızanaq problemi yaşayanların ən böyük əkliyi sinkdir. Istehlak etməniz lazım olan doğru miqdar gündə 2 şorba qaşığıdır.

Şişkinliyin Həlli

Hamımızın ən böyük problemi şişkinlik olması problemidir. Hər səhər şar kimi şişmiş bir üzlə qarşı qarşıya qalırıq. Bu problemi yaşayırsınızsa həlli sadədir;”Vəzəri”. çox güclü bir antioksidan olan və bol miqdarda dəmir ehtiva edən vəzəri üzünüzdəki şişkinliyi aradan qaldıracaq, məsamələrinizin kiçilməsini təmin edəcək və daha parlaq bir dəriyə qovuşacaqsınız.

Təbii ki, hər gün nizamlı olaraq istehlak edilməsi şərtiylə.

Mənalı baxışların həlli

Daha böyük, parlaq və daha ağ gözlər üçün lazımlı olan maddə lutein maddəsidir. Yaxşı, bəs bu möcüzəvi maddə hansı qidada bol miqdarda var?

Təbii ki, ispanaqda. Gözlərinizin gözəlliyinə əhəmiyyət verirsinizsə gündə ən az 2 stəkan dolusu ispanaq suyu istehlak etməyə çalışın.

Daha ağ dişlərin həlli

“Dişlərinizin daha ağ olmasını istəyirsinizsə bol bol alma istehlak edin.” Deyən mütəxəssislər həmçinin əlavə edir: “alma xüsusilə dişlənərək yeyildiyində diş səthinə sürtünən alma dişdəki ləkələri aradan qaldırır. Bu xüsusiyyət dişlərin daha aydın görünməsini təmin edir.

Uzun dırnaqların həlli

Dırnaqlarınızın uzun və daha dayanıqlı olmasını istəyirsinizsə həftədə ən az 3-4 dəfə yumurta istehlak etməlisiniz.

Yumurtada olan “biotin” sayəsində daha sağlam dırnaqlara sahib olacaqsınız.

Göz qamaşdıran saçların həlli

Daha dolğun, parlaq və sağlam saçların ehtiyacı olan silikondur. Və bunu üçün də tərkibində bol miqdarda silikon qida təzə paxladır.

Bol miqdarda silikon istehlakı təsirini 9 ay içərisində göstərər və saçlar daha dolğun, sağlam olar.

KiSS Me

Şərhlər:

  1. deniz15 dedi ki:

    elleriniz agrimasin

  2. Yasaksin_kalbime dedi ki:

    melumata gore tewekkurler

  3. Aelita dedi ki:

    hec biri menlik deyil. birce kivi yeyerdim ama onu da hekim qoymur deyir ziyandi smiles

  4. DaRk_AnGeL dedi ki:

    Maraqlı idi təşəkkürlər

  5. Hilary Duff dedi ki:

    Maraqli xeber idi Tewekkurler

  6. SEBERT dedi ki:

    lazimlidi twk