Qısa və hikmətli hekayələr

Hər şey əlinizdədir

Bir zamanlar köhnə bir şəhərdə bir usta yaşayırdı. Ətrafı həmişə şagirdlərlə dolu olardı. Bir gün şagirdlərin ən istedadlısı düşünür : “Görəsən elə bir sual varmı, ustamız cavab verə bilməsin?”
Gedib çəməndə bir gülün üstündən gözəl bir kəpənək tutub, əlləri arasına alır. Kəpənək ayaqları ilə şagirdin əllərinə yapışır və qıdıqlayırdı.
Şagird gülümsəyərək ustasının yanına gəlir və soruşur:
– Sizcə, əlimdəki kəpənək canlıdır, yoxsa ölü?
Şagird həqiqəti bilmək üçün əlindəki kəpənəyi sıxmağa hazır idi.
Usta şagirdin əlinə baxmadan söylədi:
– Hər şey sənin əlindədir.

Materialist və mömin

Bir materialist və bir mömin bir gün görüşür. Allahdan söz düşəndə materialist deyir:
– Mən heç kimə inanmıram, hamısı keçmişdən qalma nağıldır, Allah yoxdur.
Mömin isə Allahın varlığını söyləyir.
Materialist deyir:
– Sən onu nə vaxtsa görmüsən?
– Yox.
– Bəlkə eşitmisən?
– Yox.
– Bəs sən haradan bilirsən ki, Allah var? – materialist soruşur.
– İndi icazə ver mən səndən soruşum.
– Sevgi var?
– Əlbəttə.
– Sən onu görmüsən?
– Yox.
– Bəlkə eşitmisən?
– Yox.
– Amma bu o demək deyil ki, sevgi yoxdur?
– Sevgi var, mən onu hiss edirəm.
– Allah da eyni ilə elədir. Onu görmək mümkün deyil, yalnız hiss etmək olur, onun təzahürü günəşin təzahürünə bənzəyir.
Günəş işıq saçır və istilik verir, Allahın təzahürü ilə də sevgi yaranır.
Əgər sən korsansa, günəşi görə bilməzsən. Amma günəş şüası sənə düşəndə mütləq onun istiliyini hiss edərsən.
Əgər sən “korsan”sa, Allahı “görmürsən”sə, mütləq Allahın təsirini öz ürəyində isti sevgi ilə hiss edərsən.

Aelita

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Superrrrrrr Tewekkurler cox sagol…

  2. deniz15 dedi ki:

    ALLAH Razi olsun cox sagolun

  3. gizem dedi ki:

    Maraglidi.twk.ALLAH.RAZİ.OLSUN

  4. MURAD_X dedi ki:

    ALLAH RAZI OLSUN!!

  5. DaRk_AnGeL dedi ki:

    Çox saĞol ALLAH RAZI OLSUN

  6. SEBERT dedi ki:

    tewekkur gozel hekayelerdi