Hekayə

Səhər açılanda Mişel bir şeydən əmin idi. Heç kim Parisə onun qədər nifrət edə bilməz. Dünyada elə bir insan yoxdurki onun qədər yad olsun bu şəhərə. Mişel əlinə bir çəkic alıb şəhərin hər daşını parça-parça etmək istəyirdi. çox iyrənc sayırdı Parisi. Mişel Parisi ” “Eyfel qülləsindən” və “Stade de France”dan ibarət şəhər” adlandırırdı. Bəziləri bura sevgi şəhəri deyirdi. Mişel bu sözə cavab olaraq qapısından bir yazı asmışdı. “Axmaq sevgililər şəhəri”. O, fransız idi. Parisdə doğulmuşdu. Burda təhsil almışdı. Mişel Parisdən başqa heç bir şəhərdə olmamışdı ömrü boyu. Amma nifrət edirdi bu şəhərə. Bəlkə başqa şəhərdə olsaydı orada nifrət edərdi. Parisi sevmədiyini ilk dəfə 13 yaşında anlamışdı. Həmin gün o illik qiymətlərini almışdı. Hamısı beş idi. Sevincindən göylərə uçurdu Mişel. Parisdə isə yağış yağırdı. Paris o gün fırtına qoparmışdı. Qaça-qaça evə gedən Mişel yağış suyundan yaranmış gölməçəyə yıxılanda kənardakılar baxıb gülmüşdü. Paris yağış yağdırmasaydı o yıxılmazdı. Qiymət kitabçasıda yararsız hala düşmüşdü. Anası onu çox danladı o gün. Atası hətta üzünə yağlı bir şillə də çəkdi. Bütün günah Parisdəydi. O gecə evdən qaçdı Mişel. Parisin buz kimi sürüşkən küçələrində gəzmişdi. Qarşısını kəçən 3 uşağın zərbələri ilə “yuxuya getmişdi”. Oyanıb evlərində qayıdanda binalarının yerində uçuq-sökük yığıntı görmüşdü. çökmüş binanın ətrafına yığılan insanların arasından güclə yola tapıb uçuq binaya diqqətlə baxan Mişel ilk dəfə onda demişdi. “Mən Parisə Nifrət Edirəm!” İndi o hadisədən illər keçib. Amma Mişel hələdə nifrət edir bu şəhərə. Məcbur olmasa evdən çıxıb bu iyrənc şəhərə addımını da atmaz. Həftədə bir uzağı iki dəfə evdən çıxıb marketə gedir. Həftəlik bazarlığını edir. Bir gün ümumiyyətlə yatağından qalxmadı. Dəftərçəsinə nə isə qaralayıb, vərəqi cırıb, sonra yenə qaralayırdı. Bəlkədə kiməsə məktub yazırdı. Bu hadisədən üç gün sonra qapısı döyüldü. Mişel heyrət içində donub qapıya baxdı. Onun qapı qonşusu belə onu tanımırdı. Kim idi bu qapını döyən? Kimə lazımdı ki 13-cü bina 31-ci otağı? Mişel qapının ikinci dəfə döyülməsi ilə özünə gəldi. Qapıya yaxınlaşdı. Özünü dərk etdiyi vaxtdan ilk dəfə idi kiməsə qapı açırdı Mişel.
Qapı açıldı. Bir anlıq gurultu. Sonrakı bir neçə saniyədə səs dalğası mənzilin daxilində və dəhliz boyu əks-səda verdi. Binanın həzin səssizliyini bir neçə günlük pozmağa bəs edəcəkdi bu bir anlıq gurultu.
Mişel qapını açandan bir saniyə sonra alnında bir ağrı, sonra istilik, sonra isə soyuqluq hiss etdi. Mənzildəki gurultu əks-sədası qurtarana qədər Mişelin bütün bədəni buza dönmüşdü. Bu müddət ərzində qalan gücünü yığıb bircə cümlə deyə bildi. “Paris, sənə nifrət edirəm!”
Bu hadisədən yarım saat sonra ev insanla dolu idi. Polis leytenantı Fabien otağa diqqətlə göz gəzdirdikdən sonra Mişelin yatağına yaxınlaşdı. Yastığı qaldırıb altındakı dəftərçəni götürdü. Dərhal vərəqləməyə başladı. Dəftərçədə Mişelin qeydləri var idi. Bəzilərində keçirdiyi gün haqqında, bəzilərində pəncərədən gördüyü hadisələr, bəzilərində isə öz düşüncələrindən yazmışdı Mişel. Sonuncu qeyd digərlərindən fərqli olaraq qara qələmlə yazılmışdı. Fabien diqqətlə oxumağa başladı. Sonra otağın divarındakı “Paris, sən iyrəncsən!” yazısına baxıb gülümsədi. Mişeli kimin öldürdüyünü tapmaq bir az vaxt aparsada Fabien var gücünü işə sərf edib Mişelin qonşusu, İspan əsilli fransız olan Hernandez-i həbs edib, məhkəməyə təslim etdi. Məhkəmənin nəticəsi hələ məlum deyil. Paris öz həyatının axınını dəyişmədi. Hələdə gündüzləri işıqlı, gecələri gözqamaşdırıcı şəhər olaraq qalır…
Qeyd:
Fabien-in oxuduqlarından
“Salam,Paris. Mən Mişeləm. Sənin qoynunda doğulan, küçələrində böyüyən, indi isə bir otağına qısılıb qalan bədbəxt sakinin. Hiss edirəmki tezliklə nəsə olacaq. Səndən ayrı düşəcəm. Bəzi şeyləri açıqlamalıyam sənə. Paris, mən səni çox sevirəm. Hər şeydən çox sevirəm səni. Bunu deməyə qorxuram. çünki mən sevdiklərimi hər zaman itirmişəm. Qorxuramki səni də alarlar məndən. Mən qəlbimdə olanın əksini dilimə gətirirəmki heç kim bilməsin. Otağımın divarınada yazmışam sənə olan sevgimi. Təbii ki kodlaşdırdığımız kimi. Paris, əgər bir gün ölsəm burada öldüyüm üçün xoşbəxt olacam.
13 dekabr 2008-ci il. Fransa, Paris.”

İsmət

Şərhlər:

  1. SEBERT dedi ki:

    maraqli hekayedi..

  2. DaRk_AnGeL dedi ki:

    Çox sağol

  3. Hilary Duff dedi ki:

    Maraqli idi Tewekkurler

  4. mR_bAkiNec dedi ki:

    Sagol yaziya gore oxyucam sonra qismet oLsa =)
    -Tewekkur

  5. Yasaksin_kalbime dedi ki:

    maraqli hekaye idi.ellerine sagliq