Özünü tanıyan Allahını tanımışdır

Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü tanımalıdır. İnsan özünü necə tanıya bilər?
Cavab : Həzrət Əli (ə) buyurur: “Özünü tanıyan Allahını tanımışdır”[1]
Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da “hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır. “Rum” surəsinin 30-cu ayəsində buyurulur: ”üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”
Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Qur`anda oxuyuruq: “Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.”[2]
Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.

MURAD_X

Şərhlər:

  1. SEBERT dedi ki:

    ALLAH RAZI OLSUN

  2. DaRk_AnGeL dedi ki:

    Çox sağol ALLAH RAZI OLSUN

  3. Hilary Duff dedi ki:

    Gozel xeberdi Allah razi olsun

  4. deniz15 dedi ki:

    ALLAH razi olsun cox sagolun tesekkur edirem

  5. Aelita dedi ki:

    Biologiyani hevesnen oxuyurdum ilin evvelinde. Biologiya mellimemiz gozumnen saldi. hevesnen oxuyub cavab verirem goturub 3 yazir. Ona gore butun hevesim olub.

  6. guzel kiz dedi ki:

    Cox sagolun/ Ellerinize sagliq/ Buyuk olan Allah razi olsun

  7. gizem dedi ki:

    Cox.saol.ALLAH.RAZİ.OLSUN.bunu.quranda.oxumuwam.

  8. dogrudin dedi ki:

    rəvayətləri çıx