Üzdəki qüsurları necə örtmək olar?

Bu danılmaz bir faktdır ki, hamının xüsusilə qadınların üzündə bəyənmədiyi bir hissə var və bu onları daim onları düşündürür. Ancaq bu çox böyük problem deyil çünki bütün bu kiçik qüsurları gündəlik istifadə edilən makiyaj vasitələri ilə asanlıqla örtmək olar. Bunları sizlərə təqdim edirik.

Burun
Sizin burnunuzdan şikayətiniz varsa onda yaxşı olarki, diqqəti başqa yerə yönəltməlisiniz. Bunun müxtəlif yolları var. Məsələn, gözlərinizi, dodaq və almacıq sümüklərinizi biruzə verən makiyajdan istifadə etmək olar. Gözünüzün altında qaraltı varsa, bunları örtməyə çalışın. Əks təqdirdə burnunuz daha sivri görünə bilər. Göz makiyajında tuş və boyalardan düzgün istifadə burunun ölçüsünü kiçildə bilər.

çənə
çox rast gəlinən bir haldır. Əgər çənənizin çıxıq olmasından narazısınızsa, istifadə etdiyiniz pudradan iki ton açığını çənənizə və boynunuza vurmaq lazımdır. Boyuna pudra vurmaqda məqsəd aradakı rəng fərqini hiss etdirməməkdir. Bundan əlavə, gözlərin makiyajını önə çıxarmaqla uzun çənə effektini azaltmaq olar. Canlı dodaq boyalarından istifadə də sizi bu narahatlıqdan qurtara bilər.

Gözlər
Gözlər qəlbin aynası olsada, yorğun görünən gözlərdən qurtulmaq üçün parıltılı göz boyalarından istifadə edə bilərsiniz. Sonra gözün üst qapaqlarına layner çəkin. Gözün yarısına kimi açıq, sonuna doğru isə tünd rəngli boyadan istifadə edin.

üz
Siz yuvarlaq üzə sahibsinizsə, almacıq sümüklərinizi bir az arxa plana keçirməlisiniz. Bunun üçün yanaqlarınıza, almacıq sümüklərinizə və çənə altınıza böyük fırça ilə bürünc rəngli allıq sürün. Alnınızı, burnunuzu və çənəninizi daha açıq rəngli pudra ilə vurğulayın.

Dodaqlar
İncə dodaqları qalın göstərmək üçün açıq tonda dodaq qələmi ilə hiss edilməyəcək şəkildə dodaqlarınızı çərcivəyə alın. Daha sonra çərcivənin içərisini qələmlə boyayın və ya eyni rəngli dodaq boyası çəkin.

Qaşlar
Qaşlarınız sözünüzə baxmır və səliqəli dayanmırsa onları fırçalayın. Adi diş fırçası ilə aşağı doğru sallanan qaşlarınızı sərt fırçalamaqla yuxarı qaldırın. Sonra onlara saç jelesi çəkin və təkrar fırçalayaraq formaya salın. Siz həmçinin gözəl saçlara maliksinizsə, qaşlarınız daha effektiv görünəcək.

Boyun
Boynunuzun qısa olduğunu düşünürsünüzsə, etməyiniz gərəkən yeganə şey sırğa taxmaqdır. Bu diqqəti boynunuzdan üzünüzə yönəlməsini təmin edəcək.

SEBERT

Şərhlər:

  1. gizem dedi ki:

    Twk.vallah.hec.birine.ehtiyacim.yoxdu.wukur.uzume.hec.tanalni.vurmuram.ALLAHA.CO
    X.WUkur

  2. polo dedi ki:

    ehtihacim yoxdu

  3. Hilary Duff dedi ki:

    Maraqli xeber idi Cox sagol….

  4. DaRk_AnGeL dedi ki:

    Maraqlı idi çox sağol