Xatirələr

Xatirələr

Bəzən sevdiyin bir musiqi eşidərsən.O elə bir musiqidir ki,sanki hər notu xatirələrlə bəstələnmiş…Hər sözü ümidlə yazılmışdı.Sənin mahnın…Bəlkə kimisə xatırladan…Bəlkə nəyisə unutduran…Bir müddət dinləmirsən sanki unudulur musiqi,unudulur sözləri…Amma təsadüfən o mahnını eşitdikdə sanki o xatirələr,o hisslər, o düşüncələr, mahnının ritmi ilə həyəcanlı ürək döyüntün…Yenidən….amma bunların hamısı mahnı bitənədək. “Bir zamanlar mənim mahnım idi “-söyləyən təbəssümün….Və bitdi…

Xatirələr

Bəzən çox sevdiyin bir ətir olar…Qoxusunu nəfəsinə içinə çəkdiyin doğma qoxu…Qoxusundan doya bilmədiyin, çox sevdiyin …Bir müddət istifadə edilmədikdə sanki unudarsan qoxusunu…
Amma təsadüfən doğma qoxunu hiss etdikdə ötən zamanlar, o xatirələr, insanlar bir anlıq gözünün önündən keçər.Bir anlıq o hisslər,bir anlıq o düşüncələr…Bir anlıq ürəyin darıxar, sanki sıxılar.Amma nostalji hisslər qoxu tək uçub gedər. Bir anlıq keçirtdiyin hisslər təmiz havanı nəfəsinə çəkdiyinə qədərmiş…

Xatirələr

Yaşananlar əbədi deyilki…Bitdiyi an bir müddət düşüncələrdə qalır. Daha sonra xatirələrdə yaşayır.Və xatirələrdən də unudulub gedir. Xatırladan olmasa…
Bəzi xatirələri xatırlamaq üzündə təbəssüm yaradır…
Bəzi xatirələri xatırlamaq ürəyini ağrıdır…
Bəzi xatirələr isə hər gözünü yumduğunda hər dəfə sanki yenidən yaşanır.Kaş ki, o xatirələr də göz yaşınla süzülüb getsə…Kaş ki,gözün açdığında yuxudan oyandığın kimi,xatirərdən də oyanasan…

Angel-Feride

Şərhlər:

  1. gizem dedi ki:

    Eh.xatireler.nebilimee.twk.super

  2. MILADE dedi ki:

    eladi.tewekkurler

  3. deniz15 dedi ki:

    cox gozeldi beyendim tesekkurler cox sagolun

  4. mR_bAkiNec dedi ki:

    Ayda chox beyendim.. Ellerin derd gormesin !

  5. Hilary Duff dedi ki:

    Cox gozel yazidi beyendim Cox sagol…….!

  6. DaRk_AnGeL dedi ki:

    Çox sağol bəyəndim