İnsana verilən iradə

İnsanda üç qüvvət vardır: Ağıl, qəzəb, Şəhvət.

Əgər insan bu üç qüvvəti doğru şəkildə yönləndirməzsə özünə və ətrafına zərər verə bilər. Bu üç qüvvəti doğru idarə edə bilmək üçün isə hadisələrə Allahın əmr və tövsiyələri əsasında baxmaq və bu minval üzrə yaşamaq lazımdır.

İrad yolunu azarsa

İradə adamın yaxşı ilə pisi ayırd etməsi və seçimini yaxşılığa meyilli etməsidir. Bu, uşaqlara kiçik yaşdan etibarən ailə içində verilir. Yəni uşaq ana atadan yaxşı pis ayrı-seçkiliyini etməyi öyrənər.
Uca kitabımız Quranda Rəbbimiz, insanı ən gözəl şəkildə yaratdığını ifadə edər. Buradakı gözəllik isə insanın həqiqətə tabe olmasından və bu istiqamətdə yaşamasından qaynaqlanan bir gözəlikdir
İradə yəni insana seçmə azadlığı verilmişdir. Ancaq Peyğəmbərlər vasitəsilə birbaşa yana olması istiqamətində tövsiyələr edilmişdir.
Ailə doğru səhv anlayışını öyrətməlidir:
Uşaqlarınıza Allahın əmrlərini anlayacaqları tərzdə izah edin
Haram və halal mövzusunda uşağı məlumatlandırın.
Həzrəti Peyğəmbərin həyatından nümunələr verərək uşağa kömək edin
Haqq mövzusunda uşağı lazımlı məlumatları verin.
Uşağınıza iki variant arasında qaldığında Allahın razılığına uyğun olanı seçməsi üçün təşviq edin.
Uşağınıza gündəlik həyatdan nümunələr verərək, doğru səhv anlayışlarının yerləşməsinə köməkçi olun.
Nağılları və oyunları da istifadə edərək uşağa əsas dəyərləri öyrədin.

Sözündə durma

Müsəlman söz verdiyində sözündə durar və insanları aldatmaz. Aldatmaq, yalan danışmaq və xəyanət müsəlmanın edə bilməyəcəyi davranışlardır.
“Ey iman gətirənlər sözlərinizi yerinə yetirin” (Maidə, 1)
“üç şey kimdə olarsa oruc da tutsa namaz da qılsa o münafiqdir. Bu adam danışdığında yalan danışan, verdiyi sözdən cayan və etimad edildiyi halda əmanətə xəyanət edən ” adamdır.
Əmanətə xəyanət etməmək, dinimizin diqqətlə üzərində dayandığı əxlaqi vəzifələrimizdən biridir Qorunmaq və saxlanmaq məqsədi ilə insana verilən maddi və mənəvi hər cür əşya əmanət sayılır. Əmin olmaq eyni zamanda peyğəmbərlərin sifətlərindəndir. Həzrəti Peyğəmbərin yolunu təqib edən bir müsəlman da eyni şəkildə əlindən və dilindən əmin olunan adamdır.
Quran-ı Kərimdə; “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı, insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir” (Nisa 58) buyurulmuşdur

Allaha inanan insanın heç bir qorxusu yoxdur

“ürəkdə elə bir boşluq var ki, bu boşluğu ancaq Allaha yönəlmək doldura bilər. Və onda elə bir işsizlik vardır ki, onu ancaq Allaha iman etmənin ləzzəti aradan qaldıra. Yenə onda elə bir hüzn var ki, onu ancaq Allahı bilmənin qazandıracağı sevinc və gerçək bir ixlas aradan qaldıra, yenə onda elə bir həsrət atəşi vardır ki o atəşi ancaq Allahın əmr və qadağanlarına razılaşmaq məhşər gününekadar onun qəza və qədərinə səbr etmək söndürə bilər ” (İbni Qeyyim)

Allahın Cəhənnəmdən uzaq etdiyi adam

“Dörd şey vardır ki, kimdə olarsa Allah o kimsəni cəhənnəmdən uzaq edər və onu şeytandan qoruyar. Səhv bir şeyi etmək istəyərkən iradəsinə hakim olan nəfsi istəmədiyi halda gözəl bir şeyi edən bir şeyi canı çəkib iştah eşitdiyində nəfsinə mane olan, hirsləndiyində hirsini udan adamdır. Dörd xüsusiyyət daha var ki kimdə olarsa, Allah rəhmətini o kimsə üzərinə yayar və onu cənnətinə qoyar. Bir yoxsulu qoruma altına alan, Zəifə mərhəmət edən, əmri altında yumşaq davranan ana atasına hədiyyə və yaxşılıqda olan “(hədis)

Müvəffəqiyyətin açarı

Insanın qabiliyyətinin fərqinə varması
Qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərməsi
Əzm
Səbr
İşinə dua və təslimiyyətlə başlayan adam müvəffəqiyyətli olar.
Müvəffəqiyyət zirvədə olmaq deyil adamın olduğu imkanı ən yaxşı şəkildə istifadə və qiymətləndirməsidir. Bu səbəblə etmək istədiyiniz şeyə əvvəl qərar verin və üzərində səbirlə çalışın. Bunun sizin üçün daha çox əhəmiyyətli olduğunu unutmayın.

Həzrəti Əlinin oğluna nəsihəti

“Ey Oğlum! Zənginliyə və yoxsulluqda Allahın təqvası üzərində olmağı, məmnuniyyət və hirs anında haqqı söyləməyi, varlıqda və yoxsulluqda orta səviyyəli olmağı, dost və düşmənə ədalətlə davranmağı, canlılıq və tənbəllik halında əməl etməyi, rahatlıqda və çətinlikdə Allahdan çəkinməyi sənə tövsiyə edirəm.
Ey Oğlum! Arxasında cənnət olan bir şər, şər deyil. (Necə ki) arxasında cəhənnəm olan xeyir də xeyir deyil. Cənnətdən başqa hər nemət kiçikdir, atəşdən başqa hər bəla dözüləndir
Ey Oğlum! Bil ki, öz ayıbını görən başqasının ayıbı ilə məşğul olmaz. Başqalarının ayıbını açan kimsənin ailəsinin ayıbı açılar. Allahın verdiyi paya razı olan, əldən çıxana kədərlənməz. Öz səhvini unudan, başqalarının səhvini böyük görər. çətin işləri (vəsiləsi) yüklənən həlak olar. Öz fikrini bəyənən azar. Öz ağlını kafi görən sürüşər. Alimlərlə oturub qalxan hörmət görər. Səhv yerlərə gedən ittiham edilər (pisliklə günahlandırılar). çox zarafat edən kiçik hesab edilər (ona hörmətsizlik edilər). Sözü çox olanın səhvi çox olar; səhvi çox olanın utancı azalar; utancı azalan, çəkinməsi azalar; çəkinməsi azalan ürəyi ölər; ürəyi ölən adam da atəşə girər.
Ey oğlum! Möminin izzəti, xalqdan müstağni olmasındadır (ehtiyacını xalqa bildirməsindədir). Qənaət, tükənməyən xəzinədir. Ölümü çox anan, dünyadan az bir mala razı olar. Söz söyləməyi əməldən sayan adamın, sözü azalar, ancaq faydası olan sözü söyləyər.

islami-nur.az

islami-nur

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Gozel xeberdi Allah razi olsun……

  2. DaRk_AnGeL dedi ki:

    Çox sağol ALLAH RAZI OLSUN

  3. mR_bAkiNec dedi ki:

    Allah razı olsun..

  4. SEBERT dedi ki:

    ALLAH razi olsun