Mənalı sözlər

1. Elastik insanlar əsla qırılmazlar.
2. Bəyənilən tək xəstəlik vardır; oxuma xəstəliyi.
3. Gəncliyi anlamaz vəziyəətə gəlmişsəniz, dünyadakı işiniz bitmiş deməkdir.
4. Təhsilin məqsədi boş bir zehnin yerinə, açıq bir zehin qoymaqdır.
5. Unudulmaq ölmək qədər pis isə, xatırlanmaq sevmək qədər gözəldir.
6. Yaxşılıq böyükdür, kiçik də olsa.
7. Müvəffəqiyyətli bir insan olmağa deyil, dəyərli bir insan olmağa çalışmalıyıq.
8. Könlü ilə sözü bir olana qurban olaram.
9. Ən zadəgan hərəkət belə təqdir edilmədiyi zaman ölər.
10. Ağlatmayan müdriklikdən, düşündürmədən fəlsəfədən, uşaqlara qarşı diklənən böyüklükdən Allaha sığınaram.
11. Həqiqəti söyləmənin ən yaxşı yolu yaxşılıqla danışmaqdır. Yalnızca sevgi dolu bir insanın sözləri eşidilə bilər.
12. Hirs gələr göz qızarır, hirs gedər üz qızarır.
13. İnsanın ən böyük kəşfi, razılaşaraq qrup halında çalışmasıdır.
14. Xoşbəxtlik elə bir ətirdir ki, onu başqalarına sürtdüyümüz zaman bizim də üstümüzə bir neçə damlası düşər.
15. Heç kimsənin həyatında əhəmiyyətsiz gün deyə bir şey yoxdur.
16. Hər şey dəyişər, durmadan yol alar, Su buxar olar, yağışa dönər, toxum baş qaldırar, çiçəyə dayanar, sərçə cılız doğar, böyük bir xoruz olar. Dünyada heç bir şey durmaz. Bu təbiətin bir parçası olan insan niyə dursun? Allah bizə niyə ağıl və könül verdi ki?! Paya kimi duracaq olduqdan sonra bu kompilimentə nə gərək vardı?
17. Ayağının altındakı qarışqanın halını bilməzlikdən gələnlər, filin ayağı altında qaldığı zaman çox yalnızdırlar.
18. Elə gözlər vardır ki, sözlərdən yaxşı danışar, başa salar. Elə sözlər vardır ki, o gözləri ömür boyu ağladar.
19. İnsanlar arpaya bənzəyərlər. İçləri boş olduğu zaman başları havadadır;dolduqca əyilir.
20. Səni məmnun edəcək şeylərin, başqalarını da məmnun edəcəyini unutma.
21. Cəzalandırma gücünün olduğu zaman bağışla ki, əfvin dəyəri olsun.
22. Əşyanın qiymətini bilmək deyil, dəyərini bilmək mühümdür.
23. Sən özünü anlatmağı burax, səni davranışların danışsın.
24. Başqalarının ayıbları ilə məşğul olan, həyat boyu həmişə ayıb edər.
25. Tələçilərin xırmanında ən çox tapılan şey xətadır.
26. Qəzəb, hirs insanı kor, kar və qəlbsiz edər.
27. Sabah edərəm düşüncəsi iradəsizliyin bir ifadəsidir.
28. Dürüst insan həqiqəti söyləyər, ağıllı insan isə yalnız zamanında.
29. Bu qədər cəhalət yalnız təhsillə olar.
30. Nə yazıq ki, insanlar bəzən siz bağırmadıqca eşitməzlər.
31. Yaxşılıq görməyin yolu, yaxşılıq etməkdən keçər.
32. Arxadan danışmaq yalnız əxlaqsızlıq deyil, qorxaqlıqdır da.
33. Söz ola kəsə savaşı, söz ola kəsdirə başı, söz ola ağılı, aşı, bal ilə yağ edər bir söz.
34. Bilirsənsə danış, örnək alsınlar, bilmirsənsə sus, adam sansınlar.
35. Eşq bir-birinə baxmaq deyil, birlikdə eyni yönə baxmaqdır.
36. Özünü sevəni başqası sevməz.
37. Həddindən artıq üz tapan və hər dediyini elətdirən eşq bezdirər.
38. Axmaqdan uzaqlaşmaq Allaha yaxınlaşmaqdır.
39. Özü ilə barışıq olmayana hər kəs küsər.
40. Varlı insanlarda ağıla çox rastlanmaq olmur.

BaBy BaRBie

Şərhlər:

  1. deniz15 dedi ki:

    cox sagolun maraqli,menali yazilardi .elleriniz agrimasin

  2. mR_bAkiNec dedi ki:

    Çox sağolun xəbərə görə…

  3. Hilary Duff dedi ki:

    Cox gozel yazilardi beyendim Tewekkurler….!

    18. Elə gözlər vardır ki, sözlərdən yaxşı danışar, başa salar. Elə sözlər vardır ki, o gözləri ömür boyu ağladar.
    28. Dürüst insan həqiqəti söyləyər, ağıllı insan isə yalnız zamanında.
    35. Eşq bir-birinə baxmaq deyil, birlikdə eyni yönə baxmaqdır.

  4. DaRk_AnGeL dedi ki:

    Çox sağol

  5. Not to love you dedi ki:

    Menali bir o qeder de deyerlidir tewekkurler

  6. sabinocka dedi ki:

    Bilirsənsə danış, örnək alsınlar, bilmirsənsə sus, adam sansınlar.

    super

  7. Pembe Panter dedi ki:

    . Eşq bir-birinə baxmaq deyil, birlikdə eyni yönə baxmaqdır

  8. gecenin_sehr dedi ki:

    28. Dürüst insan həqiqəti söyləyər, ağıllı insan isə yalnız zamanında.
    29. Bu qədər cəhalət yalnız təhsillə olar.
    30. Nə yazıq ki, insanlar bəzən siz bağırmadıqca eşitməzlər.

  9. ...::EMERALD::... dedi ki:

    Hirs gələr göz qızarır, hirs gedər üz qızarır.