Yas məclisində

Yas məclisində

Yay ayının ən qızmar günlərindən birində , günəşin şüalarının insan dərisini belə yandırdığı həmin gün , mərhumun dəfn mərasimindən sonra qəsəbəmizə qayıtdığımız həmin o ikarusla binamızın qarşısındakı balaca xeyir-şər evinin qarşısında dayanmışdıq . Hamı ikarusdan düşüb , bankamatda pul almaq üçün növbəyə düzülmüş adamlar tək sırayla dayanmışdı və mən sağ əlimi ürəyimin üstünə qoyaraq elə sırayla hər birinin ovcuna gülab süzürdüm .
Gülab süzə-süzə adlarını belə bilmədiyim , sadəcə bildiyim qədərilə ” tanış ” olan bu adamların ” kimin oğludu ? ” , ” maşallah , zirək oğlandı ” kimi sözlərini də eşidirdim və bu mənə xoş təsir bağışlayırdı . Axı , kimi tərif etsən bu ona xoş gəlməz ki ? Düzdü tərifləri sevməyən insanlar olsa belə , mən belə deyildim , mən tərifləri sevirdim.
Günortadan az keçmiş mollanın uzun müddət oxuduğu , heç kəsin mənasını belə bilmədiyi duanın fonunda mağarda uzun stolların ətrafında oturan kişilərin aclıqla pendirə , halvaya baxdıqlarını görmək olurdu . Ekser kişiler azərbaycanlıların toya getməzden əvvel ” gedib toyda yeyərəm də , neyniyirəm evdə yiyim ” düşüncəsi ile gəlmişdi deyəsən , sadəcə bir fərq var idi , o da ki toya yox , yasa gəlmələri idi .
Günorta , yas mərasimlərinin ən qızğın vaxtı idi , çünki çox adam olurdu , və bu adamlara qulluq etmək , stollardan yeyilib qutarmış pendir , göyərti , halva boşqablarını yenisi ilə əvəz etmək bir qədər çətin olurdu .

Yas məclisində

Azərbaycanda yas ilə toy demək olar ki eyni idi – qohumlar , qonşular , uzaq qohumlar , qohumların tanışlığı ilə tanış olmuş mərhumun yaxınları , bir sözlə azdan çoxdan tanıdığın adamların hamısı yasa gələrdi , qadınların əksəriyyəti başsağlığı verərkən süni göz yaşları axıdar , qonaq otağına yığılmış bir kütlə qadının arasında əllərini dizlərinə vura-vura bir reys şaxsey vaxsey vurar , sonra yaşlı təbəqə bir yerə çəkilib ordan burdan söhbət edər , filankəsin qızının keçən həftələrdə evləndiyini , o birinin qızının uşağının olmamasını , əmisi qızının nəvəsinin bibisi oğlunun bir neçə gün əvvəl universitetə qəbul olduğunu deyər , axırda da mərhumun ünvanına ” yox , doğurdan yaxşı adam idi , Allah rəhmət eləsin ” deyərək qarşılarına qoyulmuş çayı xortuldadardılar .
Orta yaşlı qadın təbəqəsi isə başlarına yaylıq bağlayıb mağara düşər , bəzisi qab-qacaqları yumağa , bəzisi pendir çörəkləri doğramağa , bəzisi də halvanı kiçik boşqabların üzərinə qoyulmuş yuxanın üzərinə qoyub kömək üçün gələn qonşu uşaqlara verərdilər ki , olar da eyni zamanda verilənləri stolun üzərinə düzərdilər .
Yas mərasimi , çoxdandı bir-birini görməyən qohumların bir araya yığışdıgı yer idi həmçinin .
çünki başsağlığı vermək üçün rayondan gələn qohumlar da bir-biriləri ilə marça març öpüşüb , görüşürdülər .

Yas məclisində

Günortanın istisi dözülməz olduqca hamı kölgəlik bir yer axtarırdı , mağarın sol küncündə olan ağaclar kölgəlik yaradırdı , ama günəş mərkəzə doğru hərəkət etdikcə kölgənin uzunluğu mütənasib olaraq azalırdı . Içəridə isə vəziyyət qızğın idi . Sakit oturan yox idi , həm uzun stollar ətrafına oturan kişilərin yeməsi baxımından , həm də onlara qulluq edən , kömək üçün gəlmiş məhlə uşaqları tərəfindən .
Bütün bu mənzərəyə baxıb fikirləşirdim ki sanki teatra baxmağa gəlmiş tamaşaçıyam , qarşımdakılar da aktyor və aktrisalar . Bəziləri yanında oturanı söhbətə tutub lakqırtı vurur , bəziləri qarşılarından götürülən boş armudu stəkana baxıb ” hə , bala çay gətir ” deməkdən , bəziləri balaca uşaqların mağara başlarını salıb içəri boylanmasından əsəbiləşib söyməkdən , mağarı iki ayrı hissəyə ayıran göy rəngli qalın pərdənin digər tərəfindəki qadınlar ağlamaqdan , molla da hamının onun üzünə baxıb ama qulaq asmadığı islam tarixində baş verən hadisələrdən , imam və peyğəmbərlərimizin ibrətlik əməllərindən danışırdı .
Elə xəyala dalıb bunları fikirləşə-fikirləşə yeni yeni adamlar gəlir ,
içəridəkilərin bəzilərisə məclisi tərk edirdi . Sanki futbol oyununda ayrı ayrı vaxtlarda əvəzləmə olurdu , və bu əvəzləmələr limitsiz olaraq baş verirdi .
Molla isə danışırdı . Hərdən mobil telefonuna gələn zəng onun sözünü
yarıda qoyurdu , amma yenidən söhbətinə davam edəndə sakit və gözəl şəkildə nitqini başa çatdırırdı .

Yas məclisində

Artıq axşama doğru hava da qaralmaq üzrə idi . Yay ayı olduğundan məhlədə oynayan uşaqların səs küyü məhləni canlandırırdı . Bir uşaq sürətlə qaçırdı ,
deyəsən harasa tələsirdi . Amma birdən binanın qabağındakı uzun dəmir turbaya çatan kimi əlini vurub ” Stop ! ”
deyə qışqırdı . Sən demə , gizlənqaç oynuyurmuş . Mağarla üzbəüz binanın
eyvanından isə bir xala başqa usağın üstünə bir nəfəsə sözlərini döşüyürdü , çox güman ki ogluna kimsə ya
sataşmışdı , ya da velosipedini
əlindən alıb sürmək istəmişdi , uşaq da
ağlayıb zarıyaraq üzünü eyvana tutub ”
mamaa , mamaaa ” deyə anasını səsləmişdi .
Bizim vaxtlarda da belə olardı , – deyə
düşündü birdən . Uşaqlıq dostu olan Səid də məhlələrində başqa bir uşaqdan velosipedini sürmək üçün xahiş etmişdi , uşaq verməyincə də fiziki cəhətdən güclü olan Səid uşaqdan velosipedi alıb , binanın ətrafında bir
dövrə vurduqdan sonra gətirib uşağın qabağında saxlamışdı . Yadına daha sonra raqatka ( daşatan ) düzəltmək
üçün baxçanın həyətindəki ağaclardan
birinin budağını qıranda bağbanın üstlərinə dogru qaçarkən yıxılmasını
görəndən sonra qəhqəhə ilə gülüb aradan əkilmələri , futbol oynuyanda ayağı sınan Səidi usaqlarla köməkləşib evlərinə
gətirmələrini , buna görə evdən çıxa bilməyən Səidə bas çəkməsi kimi
hadisələri , özlərinin də gizlənqaç oynayarkən cığallıq etmələrini , bənövşə-bənövşə oynayarkən xoşuna gələn qonşuluqdakı qız
haqqında Səidin ona danışmasını , ilk dəfə bir yerdə siqaret çəkib özlərini böyük saymalarını , ordan burdan tapdıqları pivə , araq butulkalarının əvəzində aldıqları pula playstation-a getmələrini xatırlıyıb
kədərli kədərli gülümsündü .

Yas məclisində

Hərdən baxışımızı bir yerə dikib səssizcə qalırıq , bu zaman isə beyinimizin xatirə rəfində yerləşən hər
bir hadisə kino şəklində gözlərimiz önündə canlanır .
Bu gün məhz Səidin yas mərasimi idi ,
uşaqlıq dostumun . Bu cür yas mərasimləri ilə o 4 dəfə yada salınacaqdı . Adamlar 3 , 7 , 40 və
rəhmətə getdiyinin 1 illiyində onu yada salacaqdılar . Amma
bir tək ana və atası bir ömür boyu onu unutmayacaqdı , eləcə də mən .
Dünən gecə baş verən qəzadan sonra
onun ruhu göylərə qalxmışdı . Uşaqlıq
dostum olan Səid , anasının hamı getdikdən sonra məclisin başından asılmış iri fotoşəkili götürərkən əlində
aglayaraq tutduğu fotoşəkildə gülümsəyirdi.Bir neçə saniyə bu mənzərəyə
baxdıqdan sonra mən də məclisi tərk edib , qapıdan çıxdım . Onun ruhu çoxdan göylərdə idi , mən isə yəqin ki
evə gedəcəkdim..

KiSS Me

Şərhlər:

  1. deniz15 dedi ki:

    cox sagolun elleriniz agrimasin

  2. mR_bAkiNec dedi ki:

    Təşəkkürlər bir sözlə super =)

  3. Hilary Duff dedi ki:

    Cox beyendim Tewekkurler…….!

  4. DaRk_AnGeL dedi ki:

    Maraqlı idi təşəkkürlər

  5. Aelita dedi ki:

    cox pis oldume. Allah hec kimi ayirmasin. ne dostlari ne de sevenleri. elece de aileleri. 🙁 Amin.

  6. Not to love you dedi ki:

    ay da dehwet
    Aelita,Amin

  7. SEBERT dedi ki:

    twk yariya qeder oxudum cox oldugu cun

  8. sabinocka dedi ki:

    oxumadi myene de tşk

    applause xeyal lol oxumadim yene de tşk

  9. Pembe Panter dedi ki:

    Maraqliydi sekillerde gozel idi

  10. gecenin_sehr dedi ki:

    maraqlidi twkler)

  11. ...::EMERALD::... dedi ki:

    BEYENILSIN….