Hekayə
Ata, işdən yorğun-arğın evə gec gəlmişdi..
Uşaq: Ata, bir şey soruşa bilərəmmi?
Ata: Bəli..
Uşaq: Ata bir saatda nə qədər pul qazanırsan?
Ata: Bu sənin işin deyil..
Uşaq: Atacan xaiş, bilmək istəyirəm..
Ata: Əgər bilmək istəyirsənsə 20 manat..
Uşaq: Yaxşı mənə 10 manat verə bilərsən? :/
Ata: Mənim sənin axmaq oyuncaqlarına ayıracaq pulum yox. Dərhal otağına get və qapını bağla..
Uşaq səssizcə otağına çıxıb qapını bağladı.
Ata əsəbi halda “Bu uşaq necə belə şeylərə cəsarət edir.” deyə düşündü. Aradan bir saat keçdikdən sonra ata bir az daha sakitləşdi və uşağa pulu niyə istədiyini belə soruşmadığını düşündü, “Bəlkə də həqiqətən lazım idi”…
Yuxarı uşağının otağına çıxdı və qapını açdı…
Yatağında olan uşağa, “Yatırsanmı” deyə soruşdu. Uşaq “Xeyr” deyə cavab verdi…
“Al buda istədiyin 10 manat. Sənə az əvvəl sərt davrandığım üçün bağışla. Amma uzun və yorucu bir gün keçirdim” dedi…
Uşaq sevinclə qışqırdı, “Təşəkkürlər atacan”… Dərhal yastığının altından digər əzik-üzük pulları çıxardı. Atanın sifətinə baxdı və yavaşca pulları saydı.
Bunu görən ata çox əsəbləşərək, “Pulun olduğu halda niyə məndən pul istəyirsən? Mənim, sənin axmaq uşaq oyunlarına ayıracaq vaxtım yoxdu” deyə əsəbləşdi…
Uşaq “Pulum vardı amma kifayət qədər yox idi” dedi və üzündə kiçik bir təbəssümlə pulları atasına uzatdı; “Buda 20 manat. ..”Senin bir saatını ala bilərəmmi? Sabah 1 saat tez gələ bilərsənmi? Səninlə axşam yeməyini birlikdə yemək istəyirəm.” dedi…
Ata oğlunu qucaqlayaraq ağlamağa başladı :'(
Yenilənib:
tesekkurler hekayeye gore
ayy,ne gozel,teshekkur xeberchun
🙁 caan aile sevgisi cox vacib weydi…
DUZDU USAQLARADA DIQQET AYIRMAQ COX VACIBDIR.CUNKI ONLAR USAQDIR…
Cox gozel hekaye idi Tewekkurler….
maraqli ve duwundurucu hekaye idi twkler)
eh eh.yaxsi hekayedi.bezi valdeyinlere ders olsun
DUSUNDURUCU HEKAYEDI
ayyy atami istedim lap Allah butun atalari qorusun
uydaaaaaaaa yaw gozummnen damla damla akiyooo 🙁