Küsdüm insanlardan küsdüm əbədi

Namərddi amma mərd gəzəndi insan
İlantək bəzəyə bəzəndi insan
Yetimi daima əzəndir insan
Qoşa verməyəcək kasıbın nərdi
Küsdüm insanlardan küsdüm əbədi
Pul ilə imanın satıbdı çoxu
Günahı haramla qatıbdı çoxu
Filin qulağinda yatıbdı çoxu
Bilməyir günbə gün çoxalir dərdi
Küsdüm insanlardan küsdüm əbədi
Sevgiyçün əkilən gülü də yoxdur
Acıdır şirin bir dili də yoxdur
Kasıba əl tutan əli də yoxdur
Küsdüm insanlardan küsdüm əbədi
Hər masqa altında şeytanlar gördüm
Haramla imarət quranlar gördüm
Yaxşı yox daima yamanlar gördüm
Küsdüm insanlardan küsdüm əbədi
Mərdlər göz yaşını heç silməyəcək?
Qemgin simalarda heç gülməyəcək
İnsanlar belədir düzəlməyəcək
Küsdüm insanlardan küsdüm əbədi.
Yenilənib:
twkkklerrr
Superrrrrrrrrrrrrrrr Cox gozel weirdi cox beyendim Tewekkurler cox sagol ….
Hər masqa altında şeytanlar gördüm Haramla imarət quranlar gördüm :'(
ela super
ELAAAAAAAAAAAAA SOZDERI VAR TWKLERRR ELLERINE SALIGEEEEEEEE
Pul ilə imanın satıbdı çoxu
Günahı haramla qatıbdı çoxu
Filin qulağinda yatıbdı çoxu
Bilməyir günbə gün çoxalir dərdi
Küsdüm insanlardan küsdüm əbədi
twk
SUPERDI AMA KEDERLENDIM
Kusme balam kusme
İnsanlar belədir düzəlməyəcək
Küsdüm insanlardan küsdüm əbədi.
çox gözəl şeirdir, oxuduğum en gözəl şeirlerden biri.müəllifin yazan əllərinə sagliq! çooox bəyəndim!
tewekkurler