Imtahan sualları

[HIDE]

I. Azərbaycan şifahi xalq ədəbiyyatı
1. Lirik növün şifahi xalq
ədəbiyyatındakı janrları:
1- layla; 2- ağı; 3- vəsfi-hal;
4- lətifə 5- əfsanə 6- oxşama;
7- mahnı
A) 1,2,4 B) 3,4,5
C) 5,6,7 D) 1,2,3,6,7
E) 1,2,3,4,7

2. Шеир шифащи халг ядябиййатынын щансы jанрындадыр?
“Гызыл юкцзцм, йери,
Гойма шум гала эери,
Ити тярпян, маралым,
Дцшмянляр бахыр бяри.”
А) əмяк няьмяляри Б) мярасим няьмяляри
C) байаты Д) мащны
Е) сайачы сюзляр

3. “Няням, а нарыш гойун,
Йуну бир гарыш гойун
Чобан сяндян кцсцбдцр,
Сцдц вер, барыш гойун.”
Шеир шифащи халг ядябиййатынын щансы jанрындадыр?
А) hолавар Б) мярасим няьмяси
C) лайла Д) сайаçы сюз
Е) аьы

4. «Гызыл цзцйцмцн гашы,
Бишди баьрымын башы.
Мян дейян йар олмаса,
Йандыррам даьы, дашы».
Шеир мязмунуна эюря нecə адланыр?
А) yас мярасим няьмяsи
Б) tой няьмяsи
C) mювсцм няьмяsи
D) yaş nəğməsi
Е) qящряманлыг няьмяsи

5. “Лайлай, бешийим, лайлай,
Евим, ешийим, лайлай,
Сян эет ширин йухуйа,
Чяким кешийин, лайлай.”
Шеирин jанрыны эюстярин:
А) oхшама Б) lайла
C) bайаты Д) hолавар
Е) mащны

6. “Бостанда таьым аьлар,
Басма, йарпаьым аьлар,
Саь дурдугcа мян юзцм,
Юлсям, торпаьым аьлар.”
Шеирин jанрыны мцяййянляшдирин:
А) sайачы сюзц Б) hолавар
C) bайаты Д) охшама
Е) аьы

7. Hansılar xalq əfsanələridir?
1- “Maral”; 2-“Qu quşu”;
3- “Ayın əfsanəsi”; 4- “Pəri qala”;
5- “Ayla Günəş”
A) 1,2,4,5 B) 2,3,4,5
C) 1,2,3,4 D) 1,3,4,5
E) 3,4,5

8. Наьыллар мювзуларына эюря бир нечя йеря бюлцнцрляр:
1. sещрли 2. сентиментал
3. щейванлар щаггында 4. яфсаняви
5. тарихи 6. аиля-мяишят
А) 2,3,4,6 Б) 1,3,5,6
C) 2,3,4,5 Д) 1,2,3,4
Е) 1,3,4,6

9. «Йедди гардаш, бир баcы»,
«Уста Абдулла», «Йетим Ибращим»,
«Газанылмыш манат» мязмунуна эюря hansı nağıllara aiddir?
А) sещрли Б) hейванлар щаггында
C) mяишят Д) tарихи
Е) sентиментал

10. Бири наьыл нцмунясидир:
А) «Дядяэцняш»
Б) «Бешбармаг даьы»
C) «Аь атлы оьлан»
Д) «Оьуз»
Е) «Байат»

11. Лятифяляр ян чох кимин ады иля баьлыдыр?
1- Бящлул Даняндя. 2- Сярдар Микайылоьлу.
3- Молlа Нясряддин. 4- Абдал Гасым.
5- Сямяд Вурьун. 6- Айрым Гасым.
7- Мирзя Баьы.
А) 1,2,3,7,8 Б) 1,3,4,6,7
C) 2,3,4,5,7 Д) 3,4,5,6,7
Е) 1,3,4,5,6

12. Бири мясялдир:
А) «Бу эцнцн ишини сабаща гойма»
Б) «Сян чалдын»
C) «Ишлямяйян дишлямяз»
Д) «Галан ишя гар йаьар»
Е) «Кюнцлдян кюнцля йоллар эюрцнцр»

II. Qədim dövr Azərbaycan ədəbiyyatı
1. “… Bıldır-bıldır gözünün yaşı rəvan oldu…
Güz alması kibi al yanağın dartdı, yırtdı.
Qarğa kibi qara saçını yoldu. “Oğul! Oğul!”-
deyibən zarlıq qıldı, ağladı”. Bu sözlər “Dədə- Qorqud”
eposunda kimin dilindən söylənmişdir?
A) Selcan xatunun B) Qazan xanın
C) Burla xatunun D) Beyrəyin anasının
E) Dəli Domrulun anasının

2.“Dədə Qorqud” dastanı haqqında elm aləminə ilk məlumat verən:
A) Azərbaycan alimi H.Araslı
B) alman alimi Fridrix fon Dits
C) türk alimi Məhərrəm Ergin
D) türk alimi Orxan Şaiq Gökyay
E) Azərbaycan alimi S.Əlizadə

3. “Dədə Qorqud”da verilmiş oğuzun düşmənləri:
A) Şöklü Məlik, Qara Məlik, Yeynək
B) Səgrək, Bəvil, Basat
C) Şöklü Məlik, Qara Məlik, Trabzon təkuru
D) Təpəgöz, Dəli Domrul, Şöklü Məlik

4. Qazan xan düşməndən nəyi qaytarmağı tələb edir?
A) var-dövlətini
B) Oğlu Uruzu
C) Burla Xatunu
D) qoca anasını
E) oğlu və Burla Xatunu

5.Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən nə söylənilib?
A) rəvayətlər B) məsəllər
C) nağıllar D) atalar sözləri
E) bayatılar

6. “Dədə Qorqud” dastanında müqəddəs sayılır:
A) ağac B)su C) qopuz
D) qurd E) at

7. “Xəmsə”nin yazılma ardıcıllığı:
1. “Xosrov və Şirin”
2. “Leyli və Məcnun”
3. “İsgəndərnamə”
4. “Sirlər xəzinəsi”
5. “Yeddi gözəl”
A) 1,4,5,2,3
B) 4,1,2,5,3
C) 2,3,4,1,5
D) 3,5,2,1,4
E) 5,4,2,1,3

8.N.Gəncəvinin vahid süjet xətti və baş qəhrəmanı olmayan poeması:
A) “Sirlər xəzinəsi”
B) “Xosrov və Şirin”
C) “Leyli və Məcnun”
D) “Yeddi gözəl”
E) “İsgəndərnamə”

9. Nizami hansı əsərində İran və türk əxlaqını qarşılaşdırır?
A) “Sirlər xəzinəsi”
B) “Xosrov və Şirin”
C) “Leyli və Məcnun”
D) “Yeddi gözəl”
E) “İskəndərnamə”

10.Nizami hansı poemasında qadınları ərəb geyimli türk adlandırır?
A) “Xosrov və Şirin”də – Məhinbanu və Şirini
B) “Yeddi gözəl”də Fitnəni
C) “Leyli və Məcnun”da Leylini
D) “Sirlər Xəzinəsi”ndə Sultan Səncərə ibrət verən qarını
E) “İsgəndərnamə”də Nüşabəni

11. “Erkəksiz yaşayan bu dişi ceyran
Gözəldi, göycəkdi erkək tovuzdan.
Xoşsöhbət, ürəyi saf, mətanətli,
Bir pəri əndamlı, xoş təbiətli”
Şeir N.Gəncəvinin hansı əsərindəndir?
A) “Sirlər xəzinəsi” B) “Xosrov və Şirin”
C) “Leyli və Məcnun” D) “Yeddi gözəl”
E) “İskəndərnamə”
12. “İskəndərnamə” poemasında Nüşabəni rusların
əsirliyindən kim xilas edir?
A) Dara B) İskəndər
C) Pələngər D) Çin xaqanı
E) Əflatun

III. Orta dövr Azərbaycan ədəbiyyatı
1. “Səndən iraq, ey sənəm,
şamü səhər yanıram,
Vəslini arzularam, daxi betər yanıram”
şeirin müəllifi:
A) N.Gəncəvi
B) Q.Bürhanəddin
C) İ.Nəsimi
D) Ş.İ.Xətayi
E) M.Füzuli

2.Aşağıdakı şeirlərdən hansı İ.Nəsiminin deyil?
A) “Nədir”
B) “Ağrımaz”
C) “Ayrılır”
D) “Yanıram”
E) “Mən mülki-cahan”

3.Panteizm fəlsəfəsinə əsərlərində tez-tez rast gəlinən şair:
A) Q.Bürhanəddin
B) Ş.İ.Xətayi
C) M.Füzuli
D) S.Təbrizi
E) İ.Nəsimi

4. “Eşqilə şövqün odu canıma kar eylədi…”
misrası İ.Nəsiminin hansı əsərindəndir?
A) “Mən mülki-cahan…”
B) “Yanıram”
C) “Məndə sığar iki cahan…”
D) “Bulunmaz”
E) “Ağrımaz”

5. Şeirlərində “Tanrı öz mənasını insanın
surətində bəyan etmişdir” fikrini əks etdirən şair:
A) N.Gəncəvi B) Nəbati
C) Q.Bürhanəddin
D) Ş.İ.Xətayi E) İ.Nəsimi

6. “Mən ərşilə fərşü kafünunam,
Mən şərhü bəyan, bəyan mənəm, mən”,
– beytinin müəllifi:
A) N.Gəncəvi B) Nəbati
C) Q.Bürhanəddin D) Ş.İ.Xətayi
E) İ.Nəsimi

7. Qızılbaşlıq ideyası hansı şairə məxsusdur?
A) Q.Bürhanəddin
B)İ.Nəsimi
C) M.Füzuli
D) Ş.İ.Xətayi
E) M.P.Vaqif

8.Ana dilində ədəbi irsi divandan, didaktik mənzumələrdən,
“Nəsihətnamə” və “Dəhnamə”dən ibarət olan şair:
A) Q.Bürhanəddin
B) İ.Nəsimi
C) Ş.İ.Xətayi
D) M.Füzuli
E) S.Təbrizi

9. “Ənəlhəq sirri uş könlümdə gizli
Ki həqqi-mütləqəm, həq söylərəm mən”,
–beyti ilə Xətayi hansı görüşlərini əks etdirir?
A) sufilik
B) hürufilik
C) qızılbaşılıq
D) ələvilik
E) həllacilik

10. “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,
Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır”,
– beytilə başlayan qəzəlin müəllifi:
A) Q.Bürhanəddin B) İ.Nəsimi
C) Ş.İ.Xətayi D) M.Füzuli
E) S.Təbrizi

11. Ş.İ.Xətayinin “Ayrılır” qəzəlinin bəhri:
A) rəcəz B) həzəc C) xəfif D) səri
E) rəməl

12. Ş.İ.Xətayi hansı əsərində baharın füsunkarlığı
ilə insan gözəlliyini vəhdətdə təqdim edir?
A) “Dəhnamə”
B) “Ayrılır”
C) “Mövsimi-qış getdi…”
D) “Nəsihətnamə”
E) “Bahar oldu ki, aləm gülşən oldu”

13. Şeirin janrı və müəllifi:
“…Ey müəllim, aləti-təzvirdir əşrarə elm,
Qılma əhli-məkrə təlimi-məarif, rinhar,
Hiylə üçün elm təlimin qılan müfsidlərə,
Qətli-anı üçün verir cəlladə tığı-abidar.”
A) tuyuq, Q.Bürhanəddin
B) rübai, İ.Nəsimi
C) qəzəl, Ş.İ.Xətai
D) qitə, M.Füzuli
E) qoşma, Həbibi

14. “Bir yarə bu dərdi eylədim faş,
Olmadı mənə bu yolda yoldaş.
Səbr eyləmədi bu dərdü dağə,
Qatlanmadı, düşdü daşə, dağə.”
M.Füzulinin “Leyli və Məcnun” poemasında bu sözləri kim söyləyir?
A) Məcnun B) Leyli
C) İbn Salam D) Zeyd
E) Məcnunun anası

15. “Xosrov deyiləm ki, mənə dilbər,
Şirin ola gah, gah Şəkkər”.
Bu sözlər N.Gəncəvinin “Xosrov və Şirin” poemasında kimə məxsusudur?
A) Şapura B) Xosrova
C) Fərhada D) Məcnuna
E) İbn Səlama

16. “Bir sınmışa mumiya dilərdim,
Bir xəstə üçün şəfa dilərdim.
Gördüm, görünür bu əmr müşkül,
Bimar deyil əlaca qabil.”
Füzulinin “Leyli və Məcnun”dan verilmiş bu
misralarda özünə bəraət qazandıran:
A) Məcnun B) İbn Səlam
C) Zeyd D) Nofəl
E) Leylinin atası

17.M.Füzuli “Leyli və Məcnun” poemasında baş
qəhrəmanın faciəsinin əsas səbəbini nədə görür?
A) Nofəlin verdiyi sözü yerinə yetirməməsində
B) İbn Səlamın Leyliyə elçi düşməsində
C) Zəmanənin adət-ənənələrində
D) Leylinin atasının mühəfizəkarlığında
E) Məcnunun atasının qətiyyətsizliyində

IV. Yeni dövr Azərbaycan ədəbiyyatı
I mərhələ. XVII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı
1. “Koroğlu” dastanı neçənci əsrlərdə yaranmışdır?
A) XV-XVI
B)XVI-XVII
C)XVII-XVIII
D)XIV-XV
E)XVIII-XIX

2. “Koroğlu” dastanı hansı tarixi hadisələrlə səsləşir?
A) məzdəkilərlə
B) cəlalilərlə
C) kəndli üsyanı ilə
D) xürrəmilərlə
E) babilərlə

3. Koroğlunu məğlubedilməz edən ən böyük qüvvə:
A) qırat B) misri qılınc
C) dəli nərəsi D) xalq məhəbbəti
E) Nigar xanım

4. “Utan, qoç Koroğlu, utan!
Dağların damənin tutan!
Sənin kimi başa çatan
Elin qədrini nə bilər?!”
Koroğlu kimin dililə tənbeh edilir?
A) Nigar xanımın
B) Dəli Həsənin
C) Aşıq Cununun
D) Bəlli Əhmədin
E) Eyvazın

5. “Həmzənin Qıratı qaçırması” qolu ilə bağlı səhv fikri göstərin:
A) Dastanda Koroğlunun aldadılması və
öz səhvlərini təkbaşına düzəltməsi təsvir edilir.
B) Dastanda “İgidin arxası xalqdır”,
“El məsləhətini dinləyən ziyan çəkməz” fikirləri təbliğ olunur.
C) Dastanda mərdliklə- hiyləgərlik üz-üzə gəlir.
D) Koroğlu Həmzənin diribaşlığını görüb, onun adını Kaloğlan qoyur.
E) Hasan paşaya rəğbət bəsləyən Keçəl Həmzə
Toqata gələn Koroğlunu ələ verir.

6. “Koroğlu” dastanında iştirak etməyənlər:
A) Dəmirçioğlu, Bəlli Əhməd
B) Dəli Həsən, Eyvaz
C) Yeynək, Dəli Domrul
D) Aşıq Cünun, Keçəl Həmzə
E) Ərəb Reyhan, Alı kişi

7. “Gah zaman başına tirmə şal bağlar,
Gah olur ki, zülf gizləyib xal bağlar,
Kalağayın qabağına al bağlar
Yaşılın altından, ağın üstündən.”
Şeirin müəllifi və janrı:
A) Q. Zakir, gəraylı B) M. P. Vaqif, qoşma
C) M.V.Vidadi, qoşma D) B. Şakir, müxəmməs
E) X. Natəvan, qəzəl

8. М.П.Вагифин «Бяри бах» шеiринин jанры:
А) гязял Б) мцхяммяс
C) эярайлы Д) гошма
Е) рцбаи

9. М. П. Вагифин мцхяммясляри:
А) «Зейняб», «Гурбаны олдуьум»
Б) «Бах», «Щайыф ки, йохдур»
C) «Вар», «Эюрмядим»
Д) «Кцсмцшям», «Бах»
Е) «Зейняб», «Вар»

V. II mərhələ. XIX əsr Azərbaycan ədəbiyyatı
1. “Gümüş kəmər, incə belli,
Ağ biləkli, nazik əlli,
Ay qabaqlı, siyah telli,
Ürəyimi üzən gözəl”- şeirin müəllifi:
A) M.P.Vaqif
B) M.V.Vidadi
C) Q.Zakir
D) B.Şakir
E) Aşıq Alı

2. Закирин ашаьыдакы гошмаларындан бири иcтимаи мотивли дейил.
А) «Цзцня»
Б) «Дост йолунда cяфа чякдим, cан цздцм»
C) «Эюзцм йолда галды, кюнцл интизар»
Д) «Дост йолу баьланды, цмид кясилди»
Е) «Дурналар»

3. “Дийари-гцрбятдя мцддятди варам,
Эеcя-эцндцз cанan дейиб аьлараm.
Мян дя сизин кими гяриби зарам,
—————————————”
Ахырынcы мисра щансы олмалыдыр?
А) Тяьафцл етмяйин, Аллащы севяр
Б) Вар ися cанандан сиздя бир хябяр
C) Ейлямяйин мяндян щаша, дурналар!
Д) Дюнмясин баьрыныз даша, дурналар!
Е) Закирям, од тутуб алышыб cийяр

4. Г. Закирин рущаниляри тянгид етдийи шеир:
А) «Бах» Б) «Ейляр»
C) «Эялсин» Д) «Гарабаь газиси»
Е) «Дурналар»

5. M.F.Axundzadənin “Hekayəti- vəziri- xani Lənkəran”
komediyasında əsas gülüş hədəfləri:
A) Şölə xanım və Mirzə Həbib
B) Şölə xanım və Nisə xanım
C) Lənkəran xanı və onun vəziri
D) Teymur ağa və Nisə xanım
E) Mirzə Həbib və Teymur ağa

6. Щаcы Кярим, Аьа Заман,
Молла Салман, Мяшяди Cаббар,
Сяфяр бяй М.Ф.Ахундзадянин
щансы комедийасынын тянгид щядяфляридир?
А) «Щекайяти – хырс гулдурбасан»
Б) «Щекайяти – вязири – хани Лянкяран»
C) «Щекайяти – мярди-хясис»
Д) «Мцрафия вякилляринин щекайяти»
Е) «Щекайяти – молла Ибращимхялил кимйаэяр»

7. М. Ф. Ахундзадянин «Щекайяти – mоlла – Ибращимхялил кимйаэяр»
комедийасында дюврцнün ачыгфикирли адамы:
А) Зярэяр Щаcыкярим Б) Щаcы Нуру
C) Аьа Заман Д) Сяфяр бяй
Е) Мяшяди Cаббар

8. Диалог, монолог, ремарка кими бядии нитг формаларыны
илк дяфя ядябиййатымыза эятирян ядиб:
А) Я. Щагвердийев Б) Н. Вязиров
C) Я. Эорани Д) C. Мяммядгулузадя
Е) М. Ф. Ахундзадя

9. М. Ф. Ахундзадянин «Щаcы Гара» комедийасында щансы образа
мцнасибятдя эизли, цстцюртцлц сатира щисс олунур?
А) Щейдяр бяйя Б) Щаcы Гарайа
C) Ощан йцзбашыйа Д) nачалникя
Е) Tükəzə

10. М. Ф. Ахундзадянин «… Мцсйю Jордан» комедийасында тяsvиr олунан мякан:
А) Фындыглы дяряси
Б) Тякля Муьанлы обасы
C) Шяки
Д) Лянкяран шящяри
Е) Тябриз шящяри

VI. Yeni dövr Azərbaycan ədəbiyyatı III mərhələ
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı
1. “Molla Nəsrəddin” jurnalının
ədəbiyyatımıza gətirdiyi janrlar
A) hekayə, təmsil, povest, felyeton
B) məsnəvi, pyes, satirik hekayə, taziyanə
C) satirik hekayə, felyeton, satirik şeir, taziyanə
D) hekayə, povest, oçerk, roman
E) xatirə, qəsidə, fəxriyyə, məsnəvi

2.Kim C.Məmmədquluzadəni
“Molla Nəsrəddin”çilərin “ağsaqqal yoldaşı”
adlandırmışdır?
A) Ö.F.Nemanzadə
B) Ə.Qəmküsar
C) M.Ə.Sabir
D) C.Məmmədquluzadə
E) Ə.Nəzmi

3. “Molla Nəsrəddin” jurnalı hansı ədəbi cərəyanı formalaşdırmışdır?
A) romantizm B) tənqidi realizm
C) realizm D) maarifçi realizm E) sentimentalizm

4.“Molla- Nəsrəddin ədəbi məktəbinin nümayəndələri:
1. Ö.F. Nemanzadə 2.M.Hadi 3. M.Ə.Sabir
4. A.Şaiq 5.M.S.Ordubadi 6. Ə.Qəmküsar
7.H.Cavid 8. Ə.Haqverdiyev
A) 1,3,5,6,8
B) 2,3,5.8
C) 4,5,6,7,8
D) 1,4,5,7,8
E) 2,3,6,7

5. “Molla Nəsrəddin”in başlıca məramı:
A) nöqsanları tənqid etmək və açıb göstərmək
B) xalqın oyanışını və dirçəlişini təmin etmək
C) çar rejiminin rüşvətxorluğunu və ikiüzlülüyünü göstərmək
D) mollaları, qazıları düz yola dəvət etmək
E) xalqı silahlı üsyana hazırlamaq

6. Ə.Haqverdiyevin “Molla Nəsrəddin”
jurnalının ürəyi adlandırdığı şəxs:
A) Ə.Qəmküsar
B) M.M.Şəbüstəri
C) C.Məmmədquluzadə
D) Ö.F.Nemanzadə
E) Ə.Nəzmi

7. “Molla Nəsrəddin” jurnalının təsirilə
Cənubi Azərbaycanda satirik şeirlər yazmış şair:
A) M.Şəhriyar B) M.Möcüz C) Ə.Nəzmi
D) S.Behrəngi E) Ə.Qəmküsar
8. “Füyuzat” jurnalı hansı ideyaların təbliğatçısı idi?
A) ruslaşmaq, fransızlaşmaq, iranlılaşmaq
B) türkçülük, islamçılıq, müasirlik
C) millətçilik, beynəlmiləlçilik, xalqlar dostluğu
D) tərkidünyalıq, itaətkarlıq, dözümlülük
E) millilik, dünyəvilik, xristianlıq

9.”Füyuzat” jurnalı neçənci ildə
və harada çap olunmuşdur?
A)1906-1907-ci illərdə ,Tiflisdə
B)1909-1910-cu illərdə, Bakıda
C)1908-1909-cu illərdə, Təbrizdə
D)1915-1916-cı illərdə, Gəncədə
E)1906-1907-ci illərdə, Bakıda

10. “Ucundadır dilimin həqiqətin böyüyü,
Nə qoydular deyəyim, nə kəsdilər dilimi”,- şeirin müəllifi:
A) M.Hadi B) A.Səhhət C) H.Cavid
D) Ə.Hüseynzadə E) A.Şaiq

11.Romantizm ədəbi cərəyanına mənsub olan şairlər:
A) H.Cavid, M.Hadi, A.Şaiq
B) H.Cavid, M.Hadi, Ə.Nəzmi
C) A.Səhhət, A.Şaiq, M.Ə.Sabir
D) Ə.Hüseynzadə, Ə.Qəmküsar, A.Sur
E) M.Hadi, A.Şaiq, M.S.Ordubadi

12. C.Məmmədquluzadənin ilk qələm təcrübəsi:
A) “Çay dəstgahı” B) “Poçt qutusu”
C) “Usta Zeynal” D) “Ölülər”
E) “Anamın kitabı”

13. C.Məmmədquluzadənin hekayələri sırasında verilə bilməz:
A) “Poçt qutusu” B) “Qurbanəli bəy”
C) “Saqqallı uşaq” D) Ölülər
E) “Usta Zeynal”

14. C.Məmmədquluzadənin “Anamın kitabı” əsərinin mövzusu və əsas qayəsi:
A) avamlığın, geri qalmanın tənqidi
B) milli müstəqillik, birlik, soykökə bağlılıq
C) insanları dini xurafatdan qorumaq
D) erməni-müsəlman münaqişəsi
E) ictimai quruluşda olan süründürməçilik

15.“…Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib
gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar…”-
C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən verilmiş bu fikirlər kimə məxsusdur?
A)Rüstəm bəyə
B)Mirzə Məhəmmədəliyə
C)Səməd Vahidə
D)Gülbahara
E)Əbdüləzim kişiyə
16.C.Məmmədquluzadənin sovet
dövründə baş verən hadisələri əks
etdirən əsərləri:
1.”Bəlkə də qaytardılar”. 2.”Taxıl həkimi”.
3.”Dəllək”. 4.”Quzu”. 5.”Şeir bülbülləri”.
6.”Nigarançılıq”. 7.”Proletar şairi”.
8.”Konsulun arvadı”
A)1,2,5,7
B) 3,4,5,7
C)2,6,7,8
D)1,4,5,8
E)4,5,6,7

17. “Biz çobanıq, dağdı, daşdı yerimiz,
Yoldaşımız qoyun-quzu sürümüz,
Dərs almayıb, haqdı ki, heç birimiz,
Amma zövqü səfalıdı çobanlar,
Qardaşlıqda vəfalıdı çobanlar”
Şeir C.Məmmədquluzadənin hansı əsərindəndir?
A) “Ölülər”
B) “Şeir bülbülü”
C) “Poçt qutusu”
D) “Anamın kitabı”
E) “Qurbanəli bəy”

18. M.Ə.Sabirin təxəllüsləri
A) “Hophop”, “Nizədar”, “Məşədi Sijimqulu”
B) “Kefsiz”, “Lağlağı”, “Hophop”
C) “Hophop”, “Nizədar”, “Çuvalduz”
D) “Səbuhi”, “Molla Nəsrəddin”, “Nizədar”
E) “Məşədi Sijimqulu”, “Kefsiz”, “Hophop”

19.M.Ə.Sabirin satirik şeirimizə gətirdiyi janrlar:
A)qəzəl, taziyanə, qırmanc, satirik marş, sual-cavab
B) taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab
C)qəsidə,qırmanc,məsnəvi,qitə, qəzəl
D)qoşma,rübai,tuyuq,qəzəl,məsnəvi
E)taziyanə, qəsidə,qəzəl, tuyuq, bəhri-təvil

20. Biri M.Ə.Sabirin uşaq şeiri deyil:
A) “Uşaq və buz” B) “Yaz günləri”
C) “Cütçü” D) “Bura say!”
E) “Ağacların bəhsi”

21.M.Ə.Sabirin satiralarının əsas mövzusu:
A)maarifçilik, inqilaba çağırış, varli sinfin tərifi,cəhalət, mövhumat
B)sosial-siyasi çətinlik, xalqın geriliyi,mövhumat, cəhalət,qadın azadlığı
C) xurafat,qadın hüquqsüzluğu,məhəbbət,silahlı üsyan
D)vətənpərvərlik, məhəbbət,maarifçilik, xalqlar dostluğu
E) təbiəti qorumaq, dözümlülük, ədalətlilik, saf əxlaq.

22. M.Ə.Sabirin “Səttərxana” şeiri hansı üslubdadır?
A) satirik B) ictimai C) romantik
D) maarifçi E) realist

23. “…Qafqazlılarız, yol kəsiriz, nam alırız biz”
-misrası M.Ə.Sabirin hansı əsərindəndir?
A) “Dindirir əsr bizi…”
B) “Millət şərqisi”
C) “Amalımız, əfkarımız ifnayi-vətəndir”
D) “Satıram”
E) “Səbəb boynu yoğun oldu”

24. M.Hadi yaradıcılığına xas olan aparıcı ideya:
A) vətən, millət, azadlıq, qurtuluş
B) vətən, millət, islama qayıdış
C) saf və təmiz məhəbbət, beynəlmiləlçilik
D) təbiəti qorumaq, insanlara hürriyət
E) olum, ölüm, hürriyət və istiqlal

25.M.Hadinin şeir kitabları:
A) “Əlvahi-intibah”, “Şükufeyi-hikmət”
B) “Dad istibdad”, “Təraneyi-əhraranə”
C) “Firdövsi-ilhamat”, “Şükufeyi-hikmət”
D) “Qürbət ellərdə yadi-vətən”, “Türkün nəğməsi”
E) “Bir əməlim”, “Nəğmeyi-əhraranə”

VII. Ən yeni dövr Azərbaycan ədəbiyyatı. I mərhələ
XX əsrin 10-cu illərinin sonlarından 50-ci illərə qədər Azərbaycan ədəbiyyatı.
1. “Çırpındı Qara dəniz” şeirinin müəllifi:
A) M.Müşfiq B) Ə.Cavad
C) S.Rüstəm D) O.Sarıvəlli
E) S.Vurğun

2. “Partbiletim sol cibimdə, ürəyimin başındadır”,
– sözləri ilə Azərbaycan sovet şairinin poetik
şəxsiyyətini müəyyənləşdirən sənətkar:
A) R.Rza
B) S.Vurğun
C) O.Sarıvəlli
D) M.Rəfili
E) S.Rüstəm

3. “Ələmdən nəşəyə” kitabında yaradıcılıq manifestini elan edən şair:
A)S.Rüstəm
B)S.Vurğun
C)M.Rahim
D)M.Müşfiq
E)N.Rəfibəyli

4. “Oxu, tar…” şeirinin müəllifi:
A) A.İldırım B) M.Müşfiq C) M.Şəhriyar
D) S.Vurğun E) R.Rza

5. M.S.Ordubadinin əsərləri sırasında verilənlərdən biri səhvdir:
A) “Dumanlı Təbriz” B) “Gizli Bakı” C) “Döyüşən şəhər”
D) “Qılınc və qələm” E) “Söyüdlü arx”

6. Xalqımızın milli mənəvi zənginlikləri keşiyində
dayanan M.Cəlal hansı romanında ciddi problemlər
qaldırmış və güclü xarakterlər yaratmışdır?
A) “Təzə toyun nəzakət qaydaları”
B) “İclas qurusu”
C) “Bir gəncin manifesti”
D) “Kəntərovlar ailəsi”
E) “İnsanlıq fəlsəfəsi”

9. Sonet, türkü və marş janrlarını
ədəbiyyatımızda ilk dəfə işlədən sənətkar:
A) C.Cabbarlı
B)Ə.Cavad
C)Ə.Münzib
D) S.Mənsur
E) H.Cavid

10. H.Cavidin ailə-məişət mövzusunda pyesi:
A) “Maral”
B) “Şeyx Sənan”
C) “Səyavuş”
D) “Topal Teymur”
E) “İblis”

11. Aşağıdakı misralar H.Cavidin hansı şeirindəndir?
– “Quzum, yavrum! Adın nədir?
– Gülbahar
– Pəki, sənin anan, baban varmı?
– Var…”
A) “Qız məktəbində” B) “Öksüz Ənvər”
C) “Çiçək sevgisi” D) “Rəqs” E) Uyuyur”

12. H.Cavidin dialoqlardan ibarət süjetli şeirləri:
A) “Öksüz Ənvər”, “Çiçək sevgisi”, “Qız məktəbində”
B) “Rəqs”, “Uyuyur”, “Könlümü”
C) “Pəmbə”, “Çarşaf”, “Ah, yalnız sən”
D) “Get”, “Çəkilmə, gül”, “Mən istərəm ki”
E) “Öksüz Ənvər”, “Qız məktəbində”, “Çəkilmə, gül”

13. H.Cavid “İblis” faciəsində hansı obraz vasitəsilə müharibələri pisləyir?
A) İblis B) Rəna C) Arif D) Elxan E) İbn Yəmin

14.H.Cavidin monoloq şəklində yazılmış şerləri:
A) “Get”, “Könlümü”, “Çəkinmə, gül”
B) “Uyuyur”, “Məzlumlar üçün”,“Neçin”
C) “Öksüz Ənvər”, “Çiçək sevgisi”, “Qiz məktəbində”
D) “Mən istərəm ki”, “Pəmbə çarşaf”, “Ah, yalnız sən”
E) “Get”, “Könlümü”, “Xuraman-xuraman”

15. H.Cavidin müharibə mövzusunda yazdığı əsər:
A) “Ana” B) “Maral” C) “Afət”
D) “İblis” E) “Şeyda”

16. “Rəna, İbn Yəmin, İxtiyar Şeyx, qaçaq zabit Elxan”
– H.Cavidin hansı əsərinin qəhrəmanlarıdır?
A) “Şeyx Sənan” B) “Peyğəmbər” C) “Afət”
D) “Topal Teymur” E) “İblis”

17. “Xəyal!…Əvət, yaşadan yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox xəyal içində yaşar”, – şeirin müəllifi:
A) M.Hadi B) A.Səhhət
C) H.Cavid D) A.Şaiq
E) Ə.Vahid

18. H.Cavidin “Azər” janr etibarı ilə:
A) lirik poemadır
B) epik poemadır
C) lirik-epik poemadır
D) faciədir
E) komediyadır

19. Bu göy boya Göy Moğaldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya İslamlığın sarsılmayan inamı,
İrəklərə dolmalı.
Bu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı! –
Şeirin müəllifi kimdir?
A) M.B.Məmmədzadə B) Ə.Cavad
C) H.Cavid D) C.Cabbarlı E) M.Ə.Rəsulzadə

20.”Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan…”
Bu sözləri C.Cabbarlının hansı qəhrəmanı deyir?
A) Aydın B) Oqtay Eloğlu C) Bəhram D) Firəngiz E) Amalya

21. C.Cabbarlının hansı pyesinin konflikti iki cəbhənin:
bir tərəfdə azadlıq, milli və sosial tərəqqi tərəfdarları,
o biri tərəfdə despotizm, feodal dərəbəyliyinin
mübarizəsi üzərində qurulmuşdur?
A) “Trablis mübarizəsi”
B) “Ədirnə fəthi”
C) “Nəsrəddin şah”
D) “Aydın”
E) “Sevil”

22. C.Cabbarlının “Nəsrəddin şah” pyesində hadisələrin baş verdiyi məkan:
A) Azərbaycan B) İran
C) Əfqanıstan D) Hindistan
E) Gürcüstan

23. Aşağıdakı pyeslərdən biri C.Cabbarlının deyil:
A) “Nəsrəddin şah” B) “Trablis müharibəsi”
C) “Ədirnə fəthi” D) “Knyaz”
E) “Od gəlini”

24. C.Cabbarlının “Oqtay Eloğlu” faciəsi necə başlayır?
A) Oqtayın monoloqu ilə
B) Oqtayın tamaşaya hazırlıq görməsi ilə
C) Firəngizin teatra getməsi ilə
D) Aslan bəyin çıxışı ilə
E) Oqtayın qubernator tərəfindən sürgünə göndərilməsi ilə

25. C.Cabbarlının “Oqtay Eloğlu” pyesində yığıncaqlarda
teatrı tərifləyən, həqiqətdə isə aktyor peşəsini ləyaqətsizlik
sayan Avropa paltarlı cahil:
A) Firəngiz B) Oqtay C) Sevər
D) Aslan bəy E) Tamara

26. C.Cabbarlının “Oqtay Eloğlu” pyesində Oqtay bu sözləri kimə deyir?
“Aldanırsan…Bunu bizimçin kim edəcəkmiş!..
Başqalarında səhnə,mədəniyyət, hər şey var, bizdə yox.
Yaşamaq istəyiriksə, yaratmalıyıq”.
A)Səməd bəyə
B)Aslan bəyə
C) Firəngizə
D) Sevərə
E) Tabasaranskiyə

27. C.Cabbarlının hansı əsərinə tamaşaya gələn
qadınlar səhnədəki hadisələrin təsiri ilə
çarşablarını teatr səhnəsində qoyub getdilər?
A) “Almaz” B) “Oqtay Eloğlu” C) “Sevil”
D) “Dönüş” E) “Aydın”

28. C.Cabbarlının “Oqtay Eloğlu” əsəri ideya və xüsusiyyətinə görə yazıçının hansı pyesinə oxşayır?
A) “Solğun çiçəklər”ə
B) “Vəfalı Səriyyə”yə
C) “Nəsrəddin şah”a
D) “Aydın”a
E) “Od gəlininə”nə

29. Biri C.Cabbarlı yaradıcılığına aid müsbət
surətlər sırasında verilə bilməz:
A) Aydın
B) Oqtay Eloğlu
C) Sevil
D) Balaş
E) Sara

30. “ Bu ellər gecəni qatıb gündüzə,
Faşist ordusuyla gəlib üz-üzə,
Dastanlar yazacaq öz hünəriylə,
Ordular basacaq öz zəfəriylə”
S. Vurğunun hansı əsərindəndir?
A) “ Qızıl şahinlər”
B) “Vətən keşiyində”
C) “Qəhrəmanın hünəri”
D) “Partizan Babaş”
E)” Gözaydılığı”

31. S.Vurğunun ailə və məhəbbət probleminə
həsr olunmuş mənzum romanı:
A) “Zamanın bayraqdarı”
B) “Dar ağacı”
C) “Aygün”
D) “Muğan”
E) “Komsomol poeması”

32. S.Vurğunun poeması:
A) “Şairin ölümü” B) “Vətən keşiyində”
C) “Şəfqət bacısı” D) “Macəra”
E) “Rəhbərin çağırışı”

33. “… Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran…”
Şeir S.Vurğunun hansı poemasındandır?
A) “Komsomol poeması” B) “Talıstan”
C) “Aslan qayası” D) “Muğan”
E) “Aygün”

34.S.Vurğunun tarixi mövzuda yazdığı poemalar:
1.”Dar ağacı” 2.”Aslan qayası”
3.”26-lar” 4.”Üsyan” 5.”Qız qayası”
6.”Macəra” 7.”Hörmüz və Əhriman”
8.”Zamanın bayraqdarı”
A)1,3,4,6,8
B)2,3,5,7,8
C)3,4,5,6,7
D)1,2,3,5,8
E)1,3,5,7,8

35. Obrazlardan biri S.Vurğunun “Vaqif” pyesində iştirak etmir:
A) İbrahim xan B) Vaqif
C) Xanlar D) Eldar
E) Xuraman

36. S.Vurğun hansı pyesində hökmdar və zəmanə, zəhmət, məhəbbət, ideal kimi
məsələlərə toxunmuşdur?
A) “Fərhad və Şirin” B) “Vaqif”
C) “Xanlar” D) “İnsan” E) “Muğan”

37.S.Vurğunun hansı əsərinin mövzusu Azərbaycan
xalqının XVIII əsrin sonlarında xarici qəsbkarlara
qarşı mübarizəsindən götürülmüşdür?
A) “Xanlar”
B) “İnsan”
C) “Vaqif”
D) “Ayın əfsanəsi”
E)”Qız qayası”

38. “… Sizin güldüyünüz çoban torpağı,
Nizamilər, Füzulilər yetirmiş!”
Bu sözlər S.Vurğunun hansı əsərindəndir?
A) “Komsomol poeması”
B) “Aygün”
C) “Vaqif”
D) “Xanlar”
E) “İnsan”

39. “Vaqif” pyesindəki vətənpərvər qüvvələr:
A) M.P.Vaqif, Eldar, Kürd Musa
B) Qacar, Eldar, M.P.Vaqif
C) M.V.Vidadi, M.P.Vaqif, Xuraman
D) İbrahim xan, M.P.Vaqif, Eldar
E) Xuraman, Əli bəy, M.P.Vaqif

40. “Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır”
“Vaqif” pyesində hansı obrazın həyat fəlsəfəsidir?
A) İbrahim xanın B) Vaqifin C) Ağa Məhəmməd Şah Qacarın
D) Xuramanın E) Eldarın

41. İkinci dünya müharibəsində qəhrəmanlıq göstərən
azərbaycanlı təyyarəçinin həyatını əks etdirən
poema və onun müəllifi:
A) “Qızıl şahinlər”, S.Vurğun
B) ”Ana və poçtalyon”, S.Rüstəm
C) “Leninqrad göylərində”, M.Rahim
D) “Gətir, oğlum, gətir”, O.Sarıvəlli
E) “Min dörd yüz on altı”, B.Vahabzadə

42. “Saçlı”, “Ağbulaq dağlarında”, “Qafqaz qartalı”,
“Şamo” əsərlərinin müəllifi:
A) S.Hüseyn B) M.S.Ordubadi C) S.Rəhimov
D) Ə.Vəliyev E) M.İbrahimov

43. “Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı…”
Bu misralarla atasını xatırlayan şair:
A) M.Şəhriyar
B) S.Vurğun
C) S.Rüstəm
D) M.Rahim
E) R.Rza

44. “Türkün dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu dil əsil olmaz” – sözlərinin müəllifi:
A) M.Hadi B) M.Şəhriyar
C) S.Rüstəm D) B.Vahabzadə
E) B.Azəroğlu

45.Süleyman Rüstəm və Məmməd Rahimə mənzum məktub yazmış cənublu şair:
A) S.Tahir B)Səhənd
C) B.Azəroğlu D)M. Şəhriyar
E)Ə.Tudə

46.Aşağıdakılardan biri janrına görə lirik poemadır:
A) “İskəndərnamə”
B) “Leyli və Məcnun”
C) “Muğan”
D) “Heydərbabaya salam”
E) “Qızılgül olmayaydı…”

47. Beşlik formasında (aaabb), heca vəznində yazılmış poema:
A) “Xosrov və Şirin”
B) “Dəhnamə”
C) “Aygün”
D) “Heydərbabaya salam”
E) “Qızılgül olmayaydı…”

VIII. Ən yeni dövr Azərbaycan ədəbiyyatı
II mərhələ XX əsrin ortalarından bu günə qədər Azərbaycan ədəbiyyatı
1. “…Belə məğrur dayanmaqda haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam!”,
– misralarının müəllifi:
A) S. Vurğun
B) M. Müşfiq
C) R. Rza
D) B.Vahabzadə
E) N.Xəzri

2. R.Rzanın ilk mətbu əsəri:
A) “Bu gün” B) “Bolşevik yazı”
C) “Bəxtiyar” D) “Rüşvətxorlar mərsiyəsi”
E) “Vətən”

3. R.Rzanın ilk şeir kitabları:
A) “Bu gün”, “Çinar”
B) “Vətən”, “Bəxtiyar”
C) “Ölməz qəhrəmanlar”, “İntiqam, intiqam”
D) “Çapey”, “Qanadlar”
E) “Qəzəb və məhəbbət”, “Si-Ay”

4. R.Rzanın nəsrlə yazılmış oçerk, hekayə və povestdən ibarət əsəri:
A) “Vəfa”
B) “Qəzəb və məhəbbət”
C) “Qızılgül olmayaydı”
D) “Min dörd yüz on səkkiz”
E) “Madrid”

5.İkinci Dünya müharibəsi dövründə çap olunmuş
“Vəfa”, Bəxtiyar”, “İntiqam!..İntiqam!..”, “Qəzəb və məhəbbət” kitablarının müəllifi:
A)S. Rüstəm B) R.Rza
C) S.Vurğun D) O.Sarıvəlli
E) M.Rahim

6. R.Rzanın əsərlərindən biri müharibə mövzusunda deyil:
A) “Bəxtiyar” B) “Bu gün” C) “Vətən”
D) “İntiqam!.. İntiqam!..” E) “Qəzəb və məhəbbət”

7. “Biz onunla tanış olduq
bir yaz səhəri
“Gənc işçi”də”
Bu misralarda söhbət kimdən gedir?
A) O.Sarıvəlli ilə S.Vurğundan
B) R.Rza ilə M.Müşfiqdən
C) S.Rüstəmlə M.Rahimdən
D) M.Müşfiqlə R.Rzadan
E) S.Rəhmanla M.Müşfiqdən

8. R.Rza “Qızılgül olmayaydı” poemasında
müasirləri kimin yaddaşına, poeziyaya
məhəbbətinə heyran qalırdı:
A) S.Vurğunun B) S.Rəhmanın C) R.Rzanın
D) S.Rüstəmin E) M.Müşfiqin

9. “…Hər şeydən artıq
Şeirin əsiri idi.
Yuxuda şeir yazardi
(Özü deyərdi bunu –
şerə qul olduğunu!)
Bu misralarla obrazı yaradılan sənətkar:
A)M.Müşfiq B)R.Rza
C) S.Rüstəm D)S.Vurğun E)B.Vahabzadə

10. Biri R.Rzanın beynəlxalq mövzuda yazdığı
əsərlər sırasında verilə bilməz:
A) “Mən torpağam” B) “Madrid”
C) “Həbəşistan” D) “Almaniya”
E) “Cəlladları durdur”

11. R.Rzanın “Qızılgül olmayaydı” poeması necə başlayır?
A) Dilbər xanımın gecə gəlişilə
B) M.Müşfiqin represiya olunması ilə
C) R.Rza ilə M.Müşfiqin “Gənc işçi” qəzetində görüşü ilə
D) M.Müşfiqin anadan olmasının təsviri ilə
E) M.Müşfiqin evində axtarışların aparılması ilə

12.Ədəbiyyatımızda lirik- psixoloji
dramaturgiyanın banisi:
A) M.F. Axunduv
B) İ. Əfəndiyev
C) C.Cabbarlı
D) S.Rəhman
E) H.Cavid

13. İ.Əfəndiyevin xalqımızın birliyi probleminə həsr etdiyi ilk dram əsəri:
A) “Şeyx Xiyabanı”
B) “Atayevlər ailəsi”
C) “Xurşidbanu Natəvan”
D) “Sən həmişə mənimləsən”
E) “Mahnı dağlarda qaldı”

14. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində Natəvan əri Knyaz Xasay xandan ayrılarkən ona nə bağışlayır?
A) Övladlarının şəkli olan medalyonu
B) İki böyük kənd
C) Xankəndində olan mülkünü
D) Ağdamdakı torpaq sahələrini
E) Qarabağ xanlığının gəlirinin yarısını

15. İ.Əfəndiyevin avtobioqrafik məzmunlu əsərləri:
A) “Geriyə baxma, qoca”, “Üçatlan”
B) “Söyüdlü arx”, “Mənim günahım”
C) “Körpüsalanlar”, “Şeyx Xiyabani”
D) “Xurşudbanu Natəvan”, “Bahar suları”
E) “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən”

16. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində Mil düzündən Şuşaya su çəkdirən Natəvana qarşı çıxan:
A) Knyaz Xasay xan
B) Əmisi oğlu Hidayət xan
C) Şair Zabir bəy
D) Müəllimi Mirzə Ruhulla
E) İran Şahzadəsi

17. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində hadisələrin baş verdiyi məkan:
A)Gəncə
B)Bakı
C)İrəvan
D)Borçalı
E)Qarabağ

18. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindəki mənfi obrazlar:
A) Knyaz Xasay, Qafqaz canişini, Mirzə Ruhulla, İran şahzadəsi
B) Zahir Vəfa bəy, Hidayət xan, İran şahzadəsi və onun vəziri Məliküddövlə
C) Natəvan, Mirzə Ruhulla, Xasay xan, Hidayət xan
D) Zahir Vəfa bəy, Hidayət, Natəvan, Mirzə Ruhulla
E) Seyid Hüseyn, Natəvan, Zahir Vəfa bəy, Hidayət

19. İ.Şıxlının avtobioqrafik məzmunlu əsəri:
A)”Cəbhə gündəlikləri”
B) “Məni itirməyin”,
C) “Daima axtarışda”
D)”Ayrılan yollar”
E) “ Namərd gülləsi”

20. İ.Şıxlının “Dəli Kür” romanında başqalarından tələb etdiyi qeyrət və
namusun mütləq timsalı ola bilməyən obraz:
A) Şamxal B) Allahyar
C) Molla Sadıq D) Cahandar ağa
E) Zərnigar

21. İ.Şıxlı “Dəli Kür” romanını yazarkən hansı əsərdən təsirlənmişdir:
A)M.Şoloxovun “Sakit Don”undan
B) L.Tolstoyun “Hərb və sülh”ündən
C) S.Rəhimovun “Şamo”sundan
D)E.Heminqueyinin “Əlvida, silah”ından
E) C.Londonun “Həyat eşqi”ndən

22. İ.Şıxlının “Dəli Kür” romanında Şamxalın
o dövr üçün ən böyük qəbahəti:
A) evdən qaçaraq oxumağa getməsi
B) feodal ailəsinin əsas prinsiplərinə qarşı çıxması
C) atası Cahandar bəyin tərəfini saxlaması
D) məktəbi yarımçıq buraxıb evə gəlməsi
E) anası Zərnigara qarşı çıxması

23.Şamxal harada atasının varisi olmalı idi? (İ.Şıxlının “Dəli Kür” romanı)
A)Qarabağ
B)Borçalı
C) İrəvan
D)Gəncə
E)Göytəpə

24. İ.Şıxlının “Dəli Kür” romanında yeni ilə köhnə üz-üzə durmuşdur:
A) Şamxal və Mələk
B) Mələk və Zərnigar
C) Mələk və Allahyar
D) Cahandar ağa və A. Çernyayevski
E) Allahyar və Molla Sadıq

25. Stalin terrorunun sona çatdığını,
lakin cəmiyyətdə ikili vəziyyətin
hökm sürdüyünü əks etdirən əsər:
A) “Dəli Kür”
B) “Cəbhə gündəlikləri”
C) “Ayrılan yollar”
D) “Namərd gülləsi”
E) “Məni itirməyin”

26. B.Vahabzadənin poemaları:
A) “Ana dili”, “Cavab”, “Mənim anam”
B)” İstiqlal”, “Atılmışlar”, “Şəhidlər”
C) “Vicdan”, “Yağışdan sonra”, “Fəryad”
D) “Ağ saçlar”, “Ana və şəkil”, “Ana”
E) “ Mənim anam”, “ İlk cığır”, “ Bəsdir”

27. “Şəhid məzarları…Düşmən qənimi
Vətənin köksündə vüqarla durub.
Mənim varlığımı bir təsdiq kimi,
Yurdun sinəsinə möhürlər vurub”
– B.Vahabzadənin hansı əsərindəndir?
A) “Şəhid məzarları”
B) “Şəhidlər” poeması
C) “Təyyariçilər”
D) “Vətən var”
E) “Bəsdir”

28.B.Vahabzadənin mənzum dramları:
1. “Vicdan”. 2. “Şəhidlər”. 3. “Yağışdan sonra”.
4. “İstiqlal”. 5. “Fəryad”. 6. “Yollara iz düşür”.
7. “Atılmışlar”. 8. “İkinci səs”
A) 2,3,4,6,8 B) 1,2,4,6,7
C) 1,2,3,5,6 D) 1,3,5,6,8 E) 3,4,5,6,7.

29. B.Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesi hansı
dastanın motivləri əsasında yazılmışdır?
A) “Koroğlu” B) “Qaçaq Nəbi”
C) “Dədə Qorqud” D) “Aşıq Qərib”
E) “Şah İsmayıl”

30.B.Vahabzadə “Gülüstan” poemasını necə bitirir?
A) “Heydərbabaya salam”poemasından gətirdiyi şeirlə
B)SSRİ-yə qarşı silahlı üsyana çağırışla
C)İranla dostluğun möhkəmləndirilməsi işinin təbliği ilə
D)Tomris və Babəkin qəhrəmanlığının tərənnümü ilə
E)Azərbaycan xalqını birliyə səsləyən misralarla

31. “Ey kağız parçası əvvəl heç ikən,
Yazılıb qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.”
Bu misralar B.Vahabzadənin hansı poemasındandır:
A) “Muğam”
B) “Şəhidlər”
C) “Gülüstan”
D) “Şəbi-hicran”
E) “Ağlar-güləyən”

32. “Arazın bu tayı vətən, o tayı vətən.
Vətəni görməyə amanım yox mənim”
Nümunə B.Vahabzadənin hansı əsərindəndir?
A) “Gülüstan” B) “Ağ saçlar”
C) “Vətəndən-vətənə” D) “Dörd yüz on altı”
E) “Şəhidlər”

33. “Yolda” və “Dilqəm” poemalarının müəllifi:
A) M.Araz
B) C.Novruz
C) H.Arif
D) S.Rüstəmxanlı
E) B.Vahabzadə

34. N.Həsənzadəyə aid edilən əsərlərdən biri onun deyil:
A) “Nəriman” B) “Zümrüd quşu”
C) “Kimin sualı var?” D) “Atabəylər”
E) “Atayevlər ailəsi”

35. “Nəsimi” poemasının müəllifi:
A) Hüseyn Arif
B) Nəbi Xəzri
C) Məmməd Aslan
D) Qabil
E) Nəriman Həsənzadə[/hide]

Lord of Miracles

Şərhlər:

  1. Lord of Miracles dedi ki:

    Buyurun oxumaga deyer !!! am

  2. Admin dedi ki:

    Lord of Miracles,Cox sag ol

  3. choSen dedi ki:

    men 1ci qrupa vermishdim,ama bunlari bilirem,cox asantdi,qebula cetin duwur,abiturentlere meslehetim coooox oxusunlar…

  4. BadBoy dedi ki:

    Cox sag Olun Miennetdaram size!!!

  5. _AyDaN_ dedi ki:

    tkr maraqliydi

  6. merry-girl dedi ki:

    tkr maraqliydi

  7. Kрасивый dedi ki:

    salam

  8. CooL_Man dedi ki:

    teshekkurler