Get

Get… istəmirəm səni daha… Sənlə olan xatirələrimizi anılarımızı götürüb get buralardan.. Bezdim artıq yalançı sevgindən,yalançı gülüşlərindən… Sənin üçün hər şeyi etdim mən… Dəyərimi bilməyəni istəmirəm yanımda… Get dönməmək üzrə !… Mən sevgi hisslərimi yaşarkən, sən qürurla oynayırmışsan… Bu hissin nə olduğunu dərk etməyən acız bir insansan..

Necə bacarırsan bu qədər yaranı aça bilməyi ?! Get artıq çaldım mən ayrılıq zəngini… Nə görmək istiyirəm üzünü,nə də səsini eşitmək… Get artıq dünyamdan sildim səni… Sənə çox şans verdim amma artıq yetər… Verdiyin ağrılara daha çox dözə bilməz bu ürəyim… çıx artıq həyatımdan məni mənimlə burax…

Bir zamanlar deyərdin məni necə çox sevdiyimi… Göstərdin indi bütün aləmə necə bir rəzillik etdiyini… Get özünə başqasını tap… Unut məni..Yox,ya da yox… Sevmə daha heç kimi… Oynama başqa qəlblərlə… Get sənsizliyim mükafatım olsun… Sevmirsənsə vur qapını çıx get… Xəyallarımızı sil də get..

Get artıq arxana belə baxmadan… Sənə yazılan məktubun son hecalarındayam… Uzaqlaşdır,qaçır ürəyini ürəyimdən… Sənsiz qalmağ istəyirəm daha… Get bir ayağ izini belə görməy istəmirəm bu şəhərdə… Get çox yoruldum artıq… Get… get yolun açıq olsun…

Gunes

Şərhlər:

  1. Black Life dedi ki:

    elaaaadi twklerr.

  2. Hilary Duff dedi ki:

    Cox gozel yazidi cox beyendim Tewekkurler..

  3. important life dedi ki:

    Sənsiz qalmağ istəyirəm daha…
    AYNEN twk

  4. DaRk_AnGeL dedi ki:

    Əlaaa əllərinə sağlıq

  5. gizem dedi ki:

    qewenggggggggggggggggggggggggggggggggg cox saoleeeeeee

  6. gecenin_sehr dedi ki:

    maraqli idi twkler

  7. mR_bAkiNec dedi ki:

    Maraqlıdı

  8. Not to love you dedi ki:

    Cox gozeldi tewekkurler:)