Makiyajınız IQ’nuzu sala bilər

ABŞ-da 22 müxtəlif dodaq boyası üzərində edilən bir araşdırmada, dodaq boyalarının 55%-də güllə xəlitəsinə rast gəlindiyi ifadə edildi. Bunun da insan sağlamlığına zərərli olduğu açıqlandı. Laboratoriyalarda edilən təhlillərdə 12 dodaq boyasında ən yüksək səviyyə olan bir milyonda 3,22 parça toksit maddəyə rast gəlindi. Araştırmanı edən, Boston zəhərli maddalərin qarşısının alınması Programından Dr. Sean Palfrey, aşağı səviyyədə güllə olmasının belə böyük sağlamlıq riski yaradacağı xəbərdarlığını etdi. Dr. Palfrey: “Biz bilirik ki, aşağı güllə səviyyəsi insanın IQ’suna zərər verər, davranışları təsir və öyrənmə bacarığını təxrib edər” dedi. Mütəxəssislər xüsusilə uşaq və hamilə qadınların dodaq boyası mövzusunda həssas olması mövzusunda məsləhət verir.

Makiyaj Sirrləri

“Qırışıqlarınızı gizləmək…” Cild tonunuzdan 1-1,5 ton açıq rəng bir korrektoru qırışıq boyunca çəkin. Korrektoru barmağınızla və ya bir fırçayla yayıb cildinizə hopdurun. Tonal kreminizi və pudranızı çəkin.

“Bir-birinə yaxın gözlər…” Açıq tonda bir kölgəni gözün iç küncündən ortasınadək çəkin. Ortadan kənar çöl küncünədək isə tünd rəngdə bir kölgə çəkin. Kölgələrin sərhədlərini yox etmək üçün iki rəngi bir-birinə yaxşıca hopdurun.

“Gözlərinizi eye-liner ilə böyütmək…” Gözün iç küncündən incə olaraq başlayın, göz ortasından çöl küncünədək cizgini qalınlaşdırın. Gözləriniz daha böyük görünəcək.
Qalıcı kölgə…Göz qapağınıza çəkdiyiniz kölgənin qalıcı olmasını istəyirsizsə, kölgəni çəkməmişdən əvvəl göz qapağınıza korrektor (concealer) çəkin. Bunun üstünə çəkilmiş kölgənin 24 saat dayanabiləcəyinin şahidi olacaqsız.

“Tuşun qalıcı olması üçün…” Tuş çəkməzdən əvvəl kipriklırinizi fırçalayıb pambıqlı çubuq vasitəsilə yüngülcə pudralayın. çox gözəl nəticə əldə edəcəksiniz.

HeYaTiM

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Çox sağol maraqlı idi)

  2. gecenin_sehr dedi ki:

    maraqli idi twkler

  3. Hilary Duff dedi ki:

    Tewekkurler xeber ucun…