Onlar deyib, biz oxuyaq

Bir kompüter proqramını yaxşı istifadə etməyə başladınızsa mütləq yeni versiyası çıxmışdır.

Kompüter oyunları ilə həyat arasındakı tək fərq həyatı “save” edə bilməməkdir.

Qızlar “USB” yaddaşın qapağı kimidir, nə qədər çalışsanız da bir gün itirərsiniz.

Sistemlərdəki təhlükəsizlik boşluqları, onu çıxaranları unutmamanız üçün çıxaranlar tərəfindən buraxılan bir xatirədir.

Hamımız tək qanadlı mələklərik; Yalnız bir-birimizi qucaqlayaraq uça bilərik. (Lusiano de Kresenzo)

Ağılı və gerçəkləri istifadə edən bir insan mükəmmələ çatacaq. Təbiət insanın ağıl gücünə bir məhdudlaşdırma gətirməmişdir. (Mari Jan Antuan Kondorse)

Bilikli insan qaranlıq zindanda da xoşbəxtdir. (Klod Adrian Helvetsi)

Jan-Pol Sartr (fr. Jean-Paul Charles Aymard Sartre) — ХХ əsr fransız filosofu, yazıçı və dramaturqudur:

Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq (“Kin” pyesi, 1953)

İnsanın azadlığı, özünə edilənlərə qarşı etdiyi rəftarda gizlidir.

Var olmaq susamadan içmək kimi bir şeydir.

Eşq; iki insanın şüurlarını birləşdirmə səyidir. Boş bir səydir, çünki insan öz şüuruna məhkumdur.

Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam.

Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.

Jül Renar – Fransız yazıçısı

Nə qədər çox oxusan, özünü başqalarına o qədər az oxşadarsan.

Əgər dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun.

Yeganə sadiq dost olmağa cəhd göstərmək böyük səhvdir.

Gözəl qadın kobud sözlər eşidə bilər, lakin həmin sözləri təkrar etməməlidir.

HeYaTiM

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Maraqlı deyimlərdi çox sağol)

  2. gecenin_sehr dedi ki:

    Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.

    twkler…

  3. Hilary Duff dedi ki:

    Cox beyendim maraqli idi Tewekkurler…