Şəkildə gözəl düşməyin 10 qaydası

Sosial paylaşım saytları, ya da xüsusi dəvətlərdə şəkil çəkdirmək kabusa çevrilibsə, 10 qızıl qaydaya əməl edin.

1. Saxta Kate Moss sümükləri düzəldin. Almacıq sümüklərini ənliklə yaxşıca bəlli edin. Burun sümüklərinin yanlarına isə qaraldıcı çəkin. Beləcə üzünüzün daha sümüklü görünməsini təmin edə bilərsiniz.

2. İşıqda ləkələrin bəlli olmaması üçün korrektor çəkin. Göz ətrafını ağappaq etmədiyiniz müddətdə bütün fotolarda əla görünəcəyinizə əmin olun.

3. Dərinin yağlı görünməsinə icazə verməyin. Kirşan çəkməmiş heç bir şəkil çəkməyin. Atıqları ilə salfetlə təmizləyin.

4. Saralmış dişlərə əlvida deyin. Qırmızı dodaq boyası ilə dodaqlarınız dişlərin sarılığını kölgədə qoyacaq.

5. Şəkil çəkdirmək fobiyanızın əsasını qolların kilolu düşməsi təşkil edirsə, duruşunuza diqqət edin. Bir az yan dayanın, ayaqlarınızı çarpaz tutun və əlinizi qıçlarınızın üstündə yerləşdirin.

6. Şəkil çəkdiryiniz məkanda qapını və ya pəncrəni açıq tutun. Beləcə saçlarınızı külək uçuracaq və şəkil gözəl alınacaq. Lakin qapını bağlamağı unutmayın.

7. Dodaqlarınıza boya çəkdikdən sonra onu salfetlə təmizləyin. Ardından dodaq parladıcısı çəkin. Bu dodaqların daha dolğun görünməsini təmin etmiş olacaq.

8. Təbii və gülümsəyən şəkildə düşmək üçün həyatınızda baş verən ən yaxşı və romantik anları yada salın.

9. Kameraların sizə tərəf döndüyü anda çənənizi asta yuxarı qaldırın. Bu foto sənətinin ən yaxşı qaydalarından biridir.

10. Özünüzü bəyəndiyiniz fotoları istifadə edin. Bəyənmədiklərinizi silin və heç kimin sizin fikrinizi dəyişdirməyinə icazə verməyin.

KiSS Me

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Bəzən şəkildə pis bəzən yaxşı düşürəm çox sağol

  2. Sweet_Love dedi ki:

    Wekilde gozel duwmek deye birwey yoxdu mence scratch nece varsan ele de duwursen etir

  3. New_Moon dedi ki:

    Maraqli Xeberdu Cox Sagol

  4. polo dedi ki:

    men sekillerde geweng duwurem …))

  5. SEBERT dedi ki:

    teshekkur maragli xeberdi

  6. Hilary Duff dedi ki:

    Maraqli xeber idi Cox sagolun….