Evlənmək üçün zaman lazımmış

Dünyanın ən məşhur supermodelləri onun sevgilisi olublar, fəqət o, həmin qadınlardan ayrılıb.
Ən məşhur, ən varlı və rejissorların ən çox tələbat duyduğu aktyorlardan biri olan bu şəxs subaydır.

Söhbət amerikalı aktyor, Hollivud ulduzu Leonardo Di Kapriodan gedir.
Di Kaprio Esquire jurnalına verdiyi müsahibəsində subaylığının, evlənməməsinin səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, iş qrafiki ailə qurmağa, normal ailə həyatı yaşamağa imkan vermir.

“İlin altı ayını evdən kənarda, nə bilim, Mərakeşdə və ya Hindistanda olmaq ailə münasibətləri üçün o qədər də yaxşı deyil”, – aktyor deyib.

O, ilk dəfə olaraq etiraf edib ki, kosovolu “Miss Universe” Aferdita Dreşaj və sonra da “Wolf of Wall Street” filmində baş rolları paylaşdığı Marqo Robbi ilə romantik münasibətləri olub.

Aktyor indi “Böyük Qetsbi” filminin promouşunu ilə məşğuldur.
üç dəfə “Oskar” mükafatına nominant olsa da, Leonardo özünü böyük aktyor saymır.

“Məncə, gərəkli an ya saçlarım dağınıq olub, ya da paltarım pis. Karyera lotereya kimidir. Qapını təpiklə açıb lotereyada udduğunu anlayırsansa, deməli, karyeranda istədiyinə nail olubsan. Əvvəlki illərdən fərqli olaraq, indi daha az filmə çəkilirəm. İnanın, özmü əla hiss edirəm”, – aktyor söyləyib.

KiSS Me

Şərhlər:

  1. N_I_C_L_E dedi ki:

    Leonardo di Caprionu cooox beyenirem..mence yarawiqlidi.

  2. DaRk_AnGeL dedi ki:

    Maraqlıdı çox sağol

  3. Hilary Duff dedi ki:

    Maraqli xeber idi Tewekkurler…