Bu gün hisslərimlə yalnız qaldım

Səni həyatdan küsdürən! Bumu sevgi? Nə oldu gələcək? Keçmişəmi qayıtdı? Nə oldu sevgin? Axı əbədi idi… Son məktubunda “səni sevirəm” yazmışdın…

Mənsə oxuyarkən o qədər sevinirdim ki, amma bunun son olacağından xəbərsiz idim… Axı düşünməzdim illərlə sevdiyim birisi indi isə mənə sadəcə yad birisi oldu…

Sevgi dedikləri budurmu? İnsana əzab çəkdirən, bir sözü ilə öldürən budurmu? Düşünürəm, amma anlaya bilmirəm, bilirsənmi nəyi? Səni bu qədər niyə sevdiyimi?! Artıq o küçələrdə, şəkillərdə biz yoxuq…

Süni gülüşlər, sevgini bəhs edən iki insan var: Sən və Mən…

Soruşmuşdum: “Məni çoxmu sevirsən?” Cavab isə: “Heç sənsiz yaşaya bilərəmmi? “olmuşdu..

Bax, yaşayırsan və yaşayıram… Axı hər şey ölüm deyil… Amma yaşayarkən, sevib ayrılmaq ölümdən də betərdir… Nə qədər olacaq kinliklik? Nə qədər olacaq qürur? Sevgindən dahamı önəmli? Bir gün hər kəs bizə baxıb, xəyal edirdi… İndiysə biz keçmişə baxıb xəyal edirik… Bilirsən artıq o xəyallar belə sünilik sayılır…

Bahar sevdiyimiz fəsil idi, gül aldığında “istəmirəm, onlar solar demişdim…” Sən isə “insan da solar demişdin…” Bax sevgi də solarmış…”

Saxladığım solğun güllər demək ki, sevgimizin solacağı imiş… Bir səbəb axtarıram, hər şeyi unudum… Bəlkə axtardığım səbəblərlə özümü aldadıram…

Amma sən də özünü aldatdın, bilirsənmi niyə ? Sevmirəm dediyinlə… Amma indi nə əzablar çəkdiyini biraz da olsa anlayıram… Bağışla sevdiyim, artıq qayıda bilmərəm… Artıq mən yoxam…

Səni sevginlə, əzablarınla yalnız buraxıram… Yalnızlığından məni hiss etsən, xəyallara dal, çünki artıq xəyallarında olacağam…

Black Life

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Super cox beyendim tewekkurler….

  2. New_Moon dedi ki:

    Səni sevginlə, əzablarınla yalnız buraxıram… Yalnızlığından məni hiss etsən, xəyallara dal, çünki artıq xəyallarında olacağam…
    Qeweng Sozlerdi Cox Sagol

  3. DaRk_AnGeL dedi ki:

    Qəşəydi çox sağol

  4. QAQU-777 dedi ki:

    dostik var ol