Tviks tortu

Tərkibi:

Sous:
1 banka qatılaşdırılmış süd
125 q kərə yağı
30 ml ağcaqayın siropu (duru bal da olar)

xəmir:
200 q un
100 q kərə yağı
100 q şəkər tozu

qlazur:
200 q şokolad

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün kərə yağını şəkər tozu ilə çalın, sonra un əlavə edin. Umac alınacaq. Bunu siniyə qoyun. üstündən basıb hamarlayın, 160 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişəndən sonra soyudun.

Sous üçün lazım olan ərzaqları qazanda qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə ocağı azaldıb karamel rəngi alanadək bişirin (açıq-qəhvəyi rəngdə olacaq).

Sousu isti-isti biskvitin üstünə tökün, hamarlayın. Şokoladı su hamamında əridib üzərinə çəkin. Soyuyanda kvadrat, yaxud uzunsov batonlara bölün.

BaBy BaRBie

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Mmmmm datdı görünür)))

  2. polo dedi ki:

    yaxsi olar mence

  3. New_Moon dedi ki:

    Resepte gre Cox Sagol:)))))) happy

  4. SEBERT dedi ki:

    dadli gorunur

  5. KIVANC dedi ki:

    Wirniyyati sevirem.Duwunurem bu da dadli olar. Eziyyete hormet…

  6. Hilary Duff dedi ki:

    Tewekkurler…

  7. mozam dedi ki:

    ela gorunur…..