May ayında niyə toy etmirik?

May ayında niyə toy etmirik?

May ayında niyə toy etmirik?
“May ayı gəldi,toylardan canımız qurtardı”…Toylardan şikayət edə-edə ondan vaz keçə bilməyən ,şadlıq sarayına girəndən çıxana kimi qol götürüb oynayan xalqımızın dilinin əzbəridi bu cümlə.Azərbaycanda may ayında toy keçirmək o qədər də dəb sayılmır.Səbəb? Strereotip, tibbi faktorlar, yoxsa dini inanc?
Səbəb-yasəmən,bol yağışlar, yoxsa bərəkətsiz ay?
Batil inanclara görə may ayında toyların olmamasının səbəbi yasəmənin çiçək açmasıdır.Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır.Bunu isə gülün adı ilə bağlayırlar.Necə deyərlər ,yasəmən çiçəyinin mənası “ya sən, ya mən” deməkdir.Yəni həmin vaxtda toy eləsən ya sən qalarsan, ya mən.
Bundan başqa, may ayında xeyir-bərəkət olmadığı da sadalanan səbəblər sırasındadır.Fikir vermisızsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına ,məhsulun bol vaxtına salırlar.Bu da toyun ucuz başa gəlmsi, qurulan ailənin bərəkətli olasına hesablanıb.
May ayında yağışların çox olması da “potensial xoşbəxt cütlüklərin” qarşısını alan faktordur.Belə ki ,bu ay təbibətin ağlayan dövrü kimi xarakterizə olunur.Təbiət aglayarkən insanlar şadlıq etmək istəmirlər.
Mayda evlənənin uşağı qışda olur…

May ayında niyə toy etmirik?

Daha maraqlı bir səbəb isə may ayında dünya evinə girənlərin 9 ay sonra, yəni soyuq aylarda dünyaya gəlmə ehtimalıdır.Qədim zamanlarda qışda doğulan uşaqların sağ qalma ehtimalı zəif görünürdü.Buna görə də insanlar nəsillərinin davamı baxımından bu riskə getməzdilər.
Səbəkar ruslar və ermənilərdir…
Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb.çünki ruslar, elecə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə mif var.Halbuki bu miflə gerçəklik bir-birinin əksidir.Erməni faktoruna gəlincə, düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gun yas saxlayırlar ki, bu da aprelin 24-dən başlayaraq mayın 24 dək davam edir.Ekspertlər hesab edir ki, may ayının bu cür qaralanmasında Bakıda yaşayan ermənilərin rolu da var.
Din də, may toyuna “hə” deyir…
Dində də bunun hər hansı izahatı yoxdur.Dini ekspertlər hesab edir ki kütləviləşməkdə olan bu tendensiya avamlıqdan cahillikdən doğur.Belə ki müsəlman aləmində insanın günah nalayiq iş tutduğu günlər nəhs sayılır.Bundan başqa mayı ağır ay hesab etmək dində bir ayı o birindən üstün tutmaq olardı.

HeYaTiM

Şərhlər:

  1. EnD_Of_TiMe dedi ki:

    tesekkurler amma yasemeninin ugursuzluq simvolu olduquni 1ci defedirki oxuyurdum….

  2. DaRk_AnGeL dedi ki:

    Maraqlı idi çox sağol

  3. polo dedi ki:

    ewi .. mence bow weydi hamisi

  4. Emil_Mahmudzade dedi ki:

    dance friends he bele diki

  5. Sweet_Love dedi ki:

    Mayda evlənənin uşağı qışda olur… Qelet edirler valideynlerim mayda toy edib ama men yazda dogulmuwam )))) o ki qaldi ugursuzluq getirmek sohbetine eger qismetde xowbext aile yoxdursa mayda ya bawqa ayda et toyu o ele de olacaq.

    XEBERE GORE TEWEKKUR

  6. SEBERT dedi ki:

    hmm maraqli xeberdi,ancaq mence may ayinda toy etmek olar

  7. Hilary Duff dedi ki:

    Maraqli xeber idi Tewekkurler…