Hekayə

Saat 06:30… Elə bil məni yuxudan kimsə oyatdı… Ətrafa baxdım heç kim yox idi. Həmişə anam oyadırdı. Nəsə yuxu görmüşdüm.. Yadıma sala bilmədim.. Qapı açıldı anam otağa girdi.
– Nə əcəb tez durmusan?
– Nə bilim oyandımda
– Dur əl üzünü yu, yemək ye dərsə gecikərsən.
Yerimdən durdum. Görəsən nə görmüşdüm yuxuda? Kim oyatdı məni? Eee nə isə yuxududaa.
Əl üzümü yudum. yemək yemək üçün stolun başına keçdim. çaydan bir qurtdum içdim. çörəyi ağzıma aparanda yuxudan bir parça gözümün qabağına gəldi əlimdən tutub kimsə məni aparırdı. çörək boğazımda qaldı öskürərək hamama qaçdim… Əl üzümü yudum. Güzgüdə özümə baxanda qəhvəyi gözlərim qap qara idi, gözlərimin ağı isə qızarmışdı… Gözlərimi yumub yuxunu yadıma salmağa çalışdım…
Qaranlıq otag sükut… Burda kim var?
– Bu yuxu deyil
– Sən kimsən, hardasan, niyə səni görmürəm?
– Səbr-təmkin, haqq-ədalət. Allah buyurub ki, dünyaya gəlmisənsə Namaz qılmalısan!!!
– Sən kimsəən?
– Səbr-təmkin, haqq-ədalət
– Məni burdan çıxardın!!!
Ayaqlarımın altdan qızdığını hiss etdim. Yavaş-yavaş yuxarı qalxırdı. Bütün bədənim qızmışdı. Kömək edin bədənim yanır kömək edin!!! Burda kim var kömək edin!!! Aman ALLAHIM ölürəmm… Kömək edin!!!
– Səbr-təmkin, haqq-ədalət
– Mənə kömək edin xahiş edirəm. Tərpənə bilmirəm bütün bədənim yanır. Əllərim, ayaqlarım bədənim hərəkətsiz qalıb. Kömək edin!!!

Qışqıraraq gözlərimi açdim. Güzgüdə özümdən qorxdum. Gözlərimin qarasıda ağ rəngdə idi. Anam səsimə gəldi. Nə olub Sərvan?
– Əllərim yanırd…
– Gözlə baxım görüm
– Əllərim yanırdı ana!!!
– Ay oğlum isti suyu açmısan, yanarda əllərin. Bağla suyu. Nə olub sənə nəsə qəribəsən?
– Heç nə ana hər şey yaxşıdı.
– Gecikirsən paltarını geyin, tələs bir az.
Tələ paltarımı geyinib evdən çıxdım. Abtobusa minib universtetə yola düşdüm. Yolda gözümü qorxudan yuma bilmirdim. Qorxurdum ki, yenə gələcək gözümün qabağına. Qulaqcığı qulağıma taxdım. Telefonumda mahnılar arasında HOST-un İnsanlar repini qoşdum. Telefonumda iki janrda musiqi var idi. Biri köhnə bəstəkarlar Rəşid Behbudov, Akif İslamzadə və s. digəri ancaq rep trackları idi. Buna görə tələbə yoldaşlarım mənə gülürdü. Deyirdilər ki, bu nədi heç uyğunluq yoxdu. Cavabında mənim üçün qulağa xoş gələn mahnı sözləri mənalı olan track ən yaxşıdı. Bir-iki tracka qulaq asdıqdan sonra yerlər dolu idi ayaq üstə iki cavan oğlan var idi. Növbəti dayanacaqda avtobus dayandı. Orta yaşlı bir xanım qucağında uşaqla gəlib başımın üstündə durdu. Hardan gəldi ee bu? Gərək indi durum mən? Durmuram yada, mən də insanam. Durmayacam. Özümü yalandan yuxuya vurmaq istədim. Gözümü yuman kimi:
– Səbr-təmkin, haqq-ədalət sözlərini eşitdim. Oturduğum yerdən elə qalxdım ki, xanım qorxusundan:
– Dəlisən sən?
– Bağışlayın xanım, çox çox üzr istəyirəm. Görmədim, buyurun oturun.
– çox sağ olun. ALLAH RAZI OLSUN!!!
Gözlərim bərəlmiş şəkildə pəncərədən çölə baxırdım.. Fikirləşirdim ki, görəsən mən niyə belə yuxu görürəm? Görəsən bu yuxunu kiməsə danışmaq olar? Eşitmişəm ki, pis yuxunu heç kimə danışmazlar. Bəs mən nə eliyim? ALLAHIM kömək et!!! Səbrli olacam! Ədalətli olacam. Haqqı nahaqqa qatmayacam.
Birdən səs eşitdim, sürücü sərnişinlərı səsləndi: Sumqayıt Dövlət Universteti!
Avtobusdan düşüb universtetə yaxınlaşdım tələbə yoldaşım Orxan və Ramin orda idi.
– Salam Orxan, salam Ramin
– Gecikmisən deyəsən…
– Hə bir az evdə işim var idi
– Orxan, Sərvan da gəldi axşam yeyib içmək var. Gedək üçümüz?
– Ramin mənim kitabxanada işim var bir az. Sonra görüşərik. Mən getdim
Uşaqların yanından bir təhər qaçıb içəri girdim. Əgər yeyib içmək varsa orda içki də var… Gərək uzaq olum içkidən. Yüz faiz orda qızlarda olacaq, belə şeylərdən uzaq olmaq lazımdı.
Universtetin psixoloqu hardadı görəsən, ancaq ona danışa bilərəm yuxunu. Başqası mənə dəli deyər. Görəsən Yusif müəllim hardadı?
Yusif müəllimin otağına getdim, otağında tək idi.
– Salam Yusif müəllim. Adım Sərvandı. üçüncü kurs avtomatika və idarə etmədə oxuyuram
– Salam lap yaxşı. Buyur ne məsələdi?
– Yusif müəllim bu gün yuxu görmüşəm
– Hə nə olsun bu normal şeydi
– Amma
– Nə amma deməki qormusan. Haha
– Yox
– Bəs nə?
– Heç müəllim çox sağ olun. Hər şey əladı. Sağ olun
Yusif müəllimin dalımca təəcüblü baxdığını gördüm əsəbimdən qapını çırpıb otağdan çıxdım. Boş dəhlizdə addımlayaraq dərs otağına getdim. Öz yerimdə oturdum.
Səbinə necəsən?
– Pis, necə olacam?
– Niyə nə olub?
– Sərvan yalançı olma. Bəs dedin səhər gəlib bizim həyətdən məni götürəcəksən. Gəzə gəzə gedəciyik dersə. Nə oldu bəs?
– Səbinə inanırsan bir az problemlərim var
– Hə bilirəm sənin həmişə problemin olur. Məndən başqa hər şeyə vaxt tapa bilirsən.
– Səbinə sənə bir söz deməliyəm.
– Hə indi nə bəhanən var?
– Bəhanə deyil, həqiqətdi. Bizimki alınmayacaq mən səni aldatmışam. Bağışla məni.
Səbinə ağlaya ağlaya otaqdan çıxdı, bütün sinif üstümə gəldi. Dəlisən başın xarab olub o nə zarafatdı qızla edirsən.
– Zarafat eləmirəm. Ciddiyəm məni bağışlasın. Mən onu yalandan aldada bilmərəm
– Bəs bu vaxta kimi?
– O keçmişdə qaldı bizdə alınmayacaq aldada bilmərəm onu.
Deyib otaqdan çıxdım. Fikrim tam qəti idi… Yalansız səbrlə hərəkət edəcəkdim…
Həmin gün dərslərin heç birinə girmədim… Dəniz qırağında getdim. Oturub fikirləşdim. Mən necə edimki heç kimə pisliyim dəyməsin. Səbinənin xətrinə dəydim. Gərək zəng eləyib fikrimi ona başa salım. Nə isə qalsın sonraya o məni başa düşər hər şeyi anladıqda.

Mən Namaz qılmalıyam. Amma necə? Axı dindən heç anlayışım yoxdu…
Mən gərək Namazı öyrənim. Amma kimdən? Aa doğurdane iş qrup yoldaşım Seymur. O dindar uşaqdı yəqin mənə kömək edər… Ayda görəsən onun nömrəsi var məndə?Aha deyəsən var.
– Alo Seymurdu?
– Bəli kimdiki?
– Salam. Mənəm Sərvan avtomatikada. Bildin?
– Hə salam qardaş, buyur
– Sənə bir az işim düşüb. Mənə kömək lazımdı amma çox sual vermə xahiş edirəm.
– Hə əlbəttə mən hazır buyur
– Seymur qaqaş mənə dini kitablar və Namazı necə qılmağımı öyrədə bilərsən?
– Hə əlbəttə. Hökmən. Hardasan gəl bizə verim kitabları həmdə sənə bir iki şey izah edim onları bilməlisən
– Yaxşı qardaş gəlirəm.
Seymurgilə getdim. Mənə ən qısa və təmiz yolla mənə nə etməli olduğumu dedi. Namazın sözlərini Azərbaycan əlifbası ilə yazıb verdiki rahat başa düşüm. Seymurla sağollaşıb evə getdim. Əlimdə bir neçə kitab evə girəndə:
– Hə nədi oxumaq qərarına gəlmisən?
– Ana, hə mənə mane olmuyun xahiş edirəm
– Yaxşı ağıllı balam, oxu dərslərini
Otağıma girdim içimdə qorxu hissləri var idi, qorxurdum. Birinci Namazın sözlərini əzbərləməyə çalışdım. Dilimə uyğun gəlmirdi çaşırdım özümü məcbur etdim. 1 saat ərzində əzbərlədim. Namazı necə qılacağımı Seymur mənə demişdi və qaydalarının kitabını da mənə vermişdi… çimib Namaza başladım. Namazı qılıb qurtardıqdan sonra kitablara baxdım. Seymur mənə məsləhət görmüşdü ki, HƏZRƏTİ ƏLİNİN HƏYATINI oxuyum. Əgər onu oxusaydm, sonra kitablarda yazılan çox mövzuları başa düşəcəkdim. Kitabı oxumağa başladım. Kitabı oxuduqca gözlərimdən yaş gəlirdi. Özümdən aslı deyildi… Kitabı bircə anlıq saxlayıb öz özümə fikirləşdim görəsən nə qədər dua, nə qədər Namaz qılmalıyam ki, günahlarım bağışlansın… Qərara gəldim ki, bacardığım qədər qılmadığım illərin ayların günlərin qəza Namazlarını qılım. Hər Namazı bitirəndə etdiyim bütün hərəkətlərə tövbə edirdim… Saata baxdım səhər açılmaq üzrə idi artıq vaxtın necə belə tez keçdiyini hiss etmirdim…
Saat 06:30. Anam otağa girdi.
– Ay oğul, sən niyə yatmamısan gözlərin şişib Namaz qılırsan Allah qəbul etsin. Amma belə etmə özünə zülüm vermə, belə Namaz qılmaq olar. Dünəndən sənə heç nə demirəm səhərə qədər yatmamısan. Dəli olacaqsan axırda. Belə etmə bir də görməyim… Kimə qoşulmusan, nə işlə məşqulsan məlum deyil. Atana desəm öldürər səni.
– Anacan haqqın yolunu yeni tapmışam, məni bu yoldan heç kim döndərə bilməz.
– Sənin başın xarabdı? Ananın sözündən çıxmarsan hansı haqqdan danışırsan?
– Ana bağısla!
“İnsanlar bu dünyada yatmışdırlar. Öldükləri zaman hər şeydən xəbərdar olarlar.“ (Həzrəti Əli) (s.ə.s)
Evdən qaçaraq həyətə düşdüm… Universtetə getməli idim həmdə Səbinəyə bəzi şeyləri başa salmalıyam…
Universtetin qabağında Səbinənin gəlməyini gözləyirdim… çox gözlədim amma deyəsən gəlməyəcəkdi Səbinə. Telefonumu çıxardıb mesaj yazdım. ”Təcili görüşməliyik sənə deyəcəklərim var”
5 dəqiqədən sonra Səbinədən cavab gəldi: “Xəstəyəm, dərsə gələ bilməyəcəm. Evimizin dalındakı parka gəl”
“Gəlirəm” yazıb tez tez yeriməyə başladım. Park çox yaxın idi. Parka çatıb Səbinəni görməyimə çox sevindim mən o qızı həqiqətən sevirdim. Amma istəmirəm ki, nə vaxtsa peşman olum…
– Salam Səbinə
– Məni niyə çağırmısan? Dedin də ayrıldıq, bəsdir daha məni incitdin.
– Səbinə mənə qulaq as. Mən səni çox istəyirəm. Mən Allahı hamıdan çox istəyirəm. Mən haqqın yolun tapmışam. Əgər səndə məni bir az da olsun sevirsənsə bu gündən Namaz qılacaqsan. Başını hicabla bağlayacaqsan. Bu sənin həyata gəlmə səbəbindir. Mən bunu yeni başa düşmüşəm. Gec deyil, sənə kömək edəcəm… Xoşbəxt olmağımız öz əlimizdədi. İki yolun var: Günah içində yaşamaq, birdə Namazla düzgün yola gəlmək. Günah ilə yaşamaqda tək olacaqsan, Namazda mən səninləyəm. Buyur…
– Sərvan özün bilirsən ki, səninlə ölümə də gedərəm. Razıyam təki sən deyən olsun mən sənə inanıram…
– Hər kəs bir şeyə güvənərkən, sən yalnız ALLAHA güvən. Hər şey yaxşı olacaq. İndi evə get sabah yenə görüşərik. Hələlik…
Səbinənin yanından bir başa universtetə gedəcəkdim çünki 1ci dərs artıq bitmişdi, ikinci dərsə çatmaq istəyirdimki problem çıxmasın… Universtetə girəndə rektorla üzbəüz gəldim. Otağıma gəl deyib geriyə döndü… Dalıyca otağa tərəf gedirdim. Otağa girəndə…
– Sən nə işlə məşqulsan?
– Bəhram müəllim bir az işim var idi, bir də olmaz. üzr istəyirem
– Sərvan Karavan mən səndən soruşmadım niyə gecikmisən?! Sən nə işlə məşqulsan? Atan zəng edib bütün aləmi qaldırıb ayağa. Belə iş olmaz. Belə getsə səni universtetdən çıxardacıyıq. 1 şansın var özünü tələbə kimi apar.
– Bəhram müəllim mən pis heç bir iş görməmişəm… Kitab oxuyuram!
– Ona görə başın xarab olubda kitab oxumaq sənlik deyilmiş!
– Oldu Bəhram müəllim. Gedə bilərəm?
– çıx get. Bir de bu otağa girsən. Universtedən qovulacaqsan!!!
Allahım mənə səbr ver. Görəsən evə getsəm nə problemlər yaşanacaq? Necə edim mən? Allahım yardım et… Sən hər şeyə qadirsən. Artıq bütün universtet adıma söz çıxarıblar. Kimisi mənə dəli, kimisi mənə masson, kimisi satanist, kimisi nə bilim əşi… Cəmiyyət içinə çıxa bilməyəcəm deyəsən.
Axşam üstü evə gəlmək qərarına gəldim, gərək evdəkilərə məsələni başa salım əgər dinləsələr…
Evə girdim…
– Sərvan gəl görüm bura
– Sən nə işlə məşğulsan? Nə kitabları oxuyursan? Bu dəqiqədən etibarən bütün kitablar yandırırsan. Yatırsan, sabahdan səni həyata əvvəlki kimi başlayırsan!!! Sual var?
– Ata bilmədiyiniz…
– Dayan görüm. Atanda səhv tutursan sən? O necə kitabdıki atanın ananın üzünə qayıdır.
– Ata axı sən imkan vermirsən mən sənə izah edim. Özün deyib özündə cavab verirsən
– Mənim əsəblərimi korlama, xəbərin var sənə universtetdə dəli adı veriblər. 1 gun erzinde noldu sene belle.kim sene ne dedi.?
– Ata düzün desəm mən yuxu görmüşəm
– Sənə ciddi müalicə lazımdı bu ki adi yuxudu. Ağzında yuxu deyirsən. Sən belə tupoy deyildin axı? Kimə qoşulmusan düzünü de.
– Ata mən gedirəm sağ olun.
– Hara gedirsən?
– Başımın çarəsinə baxaram.
Bundan sonra atam başımdan necə vurmuşdusa ayılanda başımın üstündə iki həkim danışırdı…
– Qəşəng uşaqdi, görəsən niyə dəli olub ki?
– Ay qız nə bilim, amma baş həkim dedi ki, kitab oxumaqdan olub guya. Belədə iş olar?
– Aa niyə olmur ki, 2ci palatada ancaq kitab manyaklarıdı gecələr oyaq qalırlar heç kim bilmir onlar nə işlə məşğuldular.
– Bu millətin başı xarabdıda. Dəliki dəlidə
Bu sözü eşidəndə yerimdən dik atıldım. Mən hardayam? Məni bura kim gətirib? Mən getməliyəm!
– Cavan oğlan siz psixalogiya testindən keçməlisiniz. Ondan sonra buraxacaqlar, siz hələlik istirahət edin…
– Mənə niyə dəli deyirsiz ki, axı mən dəli deyiləm. Mənə heç kim qulaq asmır xahiş edirəm heç olmasa siz qulaq asın. Mən dəli deyiləm, Allahını sevən insan niyə dəli olsun ki. Əslində Allahını tanımayan, varlığına şübhə edən, günah edən insan dəlidi.
– Hə sən düz deyirsən. Biz sənlə razıyıq. Səni niyə gətiriblər ki, bura? Gözlə iynə vuraq analiz götürək sən get.
İynə bədənimə işləyən kimi sanki keyidim… Gözlərim dumanli görürdü. Heç bir şey hiss etmirdim… Həkimlərin səsi yavaşca qulağıma gəlirdi
– Ay qız bu əməlli başlı dəli imiş ki, haha
– Aparın 2ci palataya
Gözümü açanda ağ bir otaqda idim, ətrafımda 4-5 nəfər var idi. Hərəkətlərindən heç nə başa düşmürdüm. Biri yaxınlaşıb:
– Adın nədi?
– Sərvan!
– Niyə gətiriblər səni bura?
– Dedilər dəlisən!
– Haha
– Nəyə gülürsən?
– Dəli olmasaydın burda neyləyərdin… Haha
Hamısı gülüşməyə başladılar onları başa düşmürdüm. ALLAHIM MƏNƏ KÖMƏK ELƏ. MƏNİ çIXART BURDAN! – deyə qışqırdım.
Onlar yenə gülməyə başladılar. Nə edəcəyimi bilmirdim…
Sakitcə bir küncə sığınıb yerə oturdum. Hamısı başıma yığıldı.
Aralarında balaca boylu, 25-26 yaşlı bir oğlan dilləndi.
– Sərvan əslində biz dəli deyilik bizi də sənin kimi cəmiyyətdən uzaqlaşdırıblar amma biz ibadətimizi burda edirik.
Həkimlər bura gələndə özümüzü dəliliyə vururuq. çünki biz burda azıq, gündüzlər yatıb gecələr Namaz qılır Alllaha dua edirik. Özün görəcəksən bizim də aramızda yer yoxdu. İnsanlar çox müxtəlifdi bəziləri bizi başa düşmür bəziləri başa düşmək istəmir amma bizim üçün fərqi yoxdu əsas odur ki, ALLAHA yaxın olaq.
– Belə şey olmaz olmaz ki, biz dəli olmadığımızı sübut eliyək. Öz evimizə qayıdaq ibadətimizi orda edək?
– Sərvan qardaşım evində ibadət etdin sənə dəli dedilər.
Bura göndərdilər və burda da hara gedəcəyimiz bəlli deyil. Aramızdan bir nəfər sənin kimi fikirləşirdi onu apardılar amma heç bilmədik ki, onu axırı nə oldu hara getdi. Hələdə ondan səs soraq yoxdu.
çalış sakitcə dur özünü ağıllı göstərsən sənə dəli deyib başına oyun açarlar. Keyidici iynələrdən vuraralar. Amma özünə dəli desən səni ağıllanıb bilib sakit buraxarlar
– Yox mən burda qala bilmərəm, mənim sevdiyim var onunla görüşməliyəm.
Bu vaxt otaqdakılardan biri yatağın altında gizlətdiyi telefonu çıxarıb “Buyur zəng elə hal əhvalını soruş, sözünü de ama hələki hem nə eləmə yazıqsan cavansan”.
Telefonu götürüb otağın digər küncünə keçdim. Səbinəyə zəng elədim, zəng çatmırdı. Lap narahat olmuşdum. Elə bu vaxt həkimlərdən biri:
– Sərvan Karvan – deyə çağırdı
– Bəli, eşidirəm
– 5 dəqiqə vaxtın var yanına Orxan adlı dostun gəlib
Qaçaraq qapının yanına getdim məni bir otağa apardılar, görüş otağı idi deyəsən… 2-3 dəqiqə sonra Orxan otağa girdi
Gözümün yaşı dayanmırdı, ağlayırdım… Orxanı qucaqlayıb:
– Orxan canım dostum kömək elə mənə, məni burdan çıxart
– Xəbərin var sen nə eləmisən?
– Nə olubki? Demə ki, Səbinəyə nə isə olub. Nə olub Orxan de görək? Qurban olum tez elə de Orxan dəqiqə vaxtımız var
– Səbinə özünü asıb…
Bu sözləri eşidəndə dizlərim boşaldı, gözüm qaraldı, sanki dünya başıma yıxıldı… Dizi üste çöküb:
ALLAHIMM NƏ ETMİŞDİM MƏN. MƏNİM GüNAHIM NƏ İDİ… Rəbbim axı mən onu sevirdim nəyə görə onu məndən aldın…
Bir müddət sonra 2ci palatada gözümü açanda bayaqki insanları gördüm. Əlimin içində bir kağız var idi. Bu məktub idi…
Məktub
Sərvan məni bağısla mən sənə söz vermişdim amma alınmadı… Məni evdən qoymadılar başımı bağlayım. Universtetdə sənin adına dəlidir şayəsi çıxmışdı. Bizimkilərin bundan xəbəri olmuşdu, mənim universtetimi dəyişib qiyabi edəcəkdilər. Məni evə qapadılar otağımın qapısını bağladılar. Mən sənsizliyə dözə bilmədim… Ordan çölə çıxsan atamgil səni öldürəcək.. çıxma bir müddət. Əgər sən bunu oxuyursansa deməli mən həyatda yoxam. Amma verdiyin kitabı oxudum. Yalnız ona gücüm çatdı. Səni Sevirəm! Bağışla…

Məktubdan Səbinənin qoxusu gəlirdi. Dizlərim yerə çökmüş vəziyyətdə məktubu əllərimlə sıxdım.
Allahım mənə güc ver deyib qapıya qaçdım. Qapı bağlı idi. Bacardığım qədər qapını təpiklədim. Qapı açılanda 2 həkim və 2 hərbi formada adam var idi, Onları itələyib qaçmağa başladım. Gözlərim çıxışı axtarırdı. Mənim arxamca 2-ci palatadakı insanların da gəldiyini hiss etdim, hamı arxamca gəlib sanki mənə kömək edirdi qaçmağa. Gözüm çıxış yazılan yazıya sataşdı. Azadlığa çıxacağım vaxtda başıma taxta parçası ilə vurmuşdular.
İnsanlar bu dünyada yatmışdırlar. Öldükləri zaman hər şeydən xəbərdar olarlar. Həzrəti Əli (s.ə.s)
İki həkim söhbət edirdi
– Belə insanları nəyə görə saxlayırlare burda problem yaradır belələri…
-ne edək bəs bizim borcumuz belə heyvanları əhliləşdirməkdən ibarətdir.
-Doktor,bu insan çox təhlükəlidir, virus daşıyıcısıdır. Qanin yoxlamışıq naməlum viruslar tapılıb..Söhbət etdiyi insanları yoldan çıxardır. Öz tərəfinə çəkir.
-Bəs biz bunu neyləyək?
-Doktor,məncə bu insanı həyatdan itirmək lazımdır,cəmiyyətə ziyanı çoxdur.
-Ayılmağa qoymayın keyidicilər vurun yüksək dozada
-Baş üste
Beynim sanki dayanmışdı.Heç nə fikirləşə bilmirdim..Birce onu bilirdimki ölürəm deyəsən…Düşündümki yəginki iynə ilə öldürərlər..Sonradan eşitdiklərimə inana bilmədim..Həkimlər danşırdılarki bunu bir otağa salıb yandırmaq lazımdır. çünki əgər iynə ilə öldürsək sual yarana bilərki necə olub..Əgər yansa delidirdə özü özünü yandırıb demək olar..
Allahım sən bilən məsləhətdi deyib gözlərimi yumdum…
Ayılanda bir stolda otuzdurmuşdular məni qollarım,ayaqlarım bağlı idi.. Hərəkət edə bilmirdim..
Hər tərəfdən benzin qoxusu gəlirdi. Artıq aydın idiki yandıracaqlar məni.
İnsanlar bu dünyada yatmışdılar. Öldükləri zaman hər şeydən xəbərdar olarlar…
Alovun istisi gözümü,bədənimi yandırdıqca,ucadan qişqıraraq….
Əşədu ən La Ilaha IllAllah və Əşədu Ənnə Muhammədən Abduhu və Rəsulu….

Saat 06:30…Qışqıraraq oyandım yuxudan. Hər yer qaranlıq idi. Heç nə görmürdüm…Ayaq səsləri gəlirdi. Kimsə qaça-qaça gəlirdi….Hələ də bədənim isti idi.. İşıq yanan kimi, ətrafıma baxan kimi hönkürtü ilə ağladım hıçqıra-hıçqıra. Nəfəsim gəlmirdi…Anam məni qucaqladı. Əlini bədənimə vuran qışqırdım bədənimin qabığı soyulmuşdu..sanki yanmışdı…
Ağlıma gələn ilk şey
Yuxu idi ya real ?
qabağımda iki yol var idi.
1)Hər şeyi unudub ,hemişəki həyatıma davam…günah və ədalətsiz cəmiyyət içində..
2)Ağılla hərəkət edib haqq ədalətli səbr və təmkinli.Namaz İslam Əhlibeyt yolu. Baxmayaraqki sonda aliləmi,Səbinəni,və öz canımı qurban verəcəyim bir döyüş!
Ama mən 3-cünü yolu seçdim ölümü !!!

Kamran_Rza

Şərhlər:

  1. SEBERT dedi ki:

    woow,heqiqeten lazimli hekayedi,ellerine sagliq

  2. DaRk_AnGeL dedi ki:

    Maraqlı idi çox sağol

  3. Hilary Duff dedi ki:

    Maraqli hekaye idi Tewekkurler….