Axı

Bulanlıq ömrümdən göz yaşı kimi,
Min dəfə süzüldüm, duruldum axı.
Qara kəsək kimi, çay daşı kimi,
Dərdin divarına hörüldüm axı.

De necə uyuyum, yatım ümiddə,
Nə umum nagüman, yetim ümiddən?…
Mən necə əl atım, tutum ümiddən –
ümid deyə-deyə vuruldum axı.

Bu nədi, göyərir gözümdə dən-dən,
Bəxtim, bir silkələn, dur, oyan, tərpən!
Yaşamaq, yaşamaq istəyirəm mən –
Mən adam deyiləm?…yoruldum axı?

Gunes

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Qəşəydi

  2. Hilary Duff dedi ki:

    Qeweng weir idi Tewekkurler..

  3. Ayka23 dedi ki:

    Ela Ellerinə sağliq

  4. yaraliurek dedi ki:

    ele bil bu weri mene yaziblar

  5. Malenkaya_Feya dedi ki:

    ela seirdiii cox beyendimm twkler

  6. Sevinc Azer dedi ki:

    men adam deyilem yoruldum axi
    super super super