Hansı sərinləşdirici içkini xoşlayırsınız?

Bu isti günlərdə havanın hərarətinin artması sərinləşdirici içkilərə və dondurmalara tələbatı artırıb. Gəlin sərinləşdirici içkilərin növlərini sadalayaq və qeyd edək, kim hansı içkini daha çox istifadə edir

Su

Su (H2O) – hidrogenin oksigenlə adi şəraitdə davamlı olan sadə kimyəvi birləşməsi. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iysiz mayedir. Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. İnsanın canını təşkil edən hər şeydə – qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil. Marketlərimizdə qazlı-qazsız sular satılır

Hansı sərinləşdirici içkini xoşlayırsınız?

Energetik içkilər

Bu gün energetik içkilərdən istifadə çoxalıb. Bəzən gənclərimiz bu cür içkilərin fəsadları haqda düşünmək belə istəmirlər. Qeyd edək ki, energetik içkilərin xeyri olduğu qədər fəsadları da var. Qeyd edək ki, bütün energetik içkilər iki yerə bölünür: birində kofein üstünlük təşkil edir, digərində isə vitamin və karbohidrogenlər. Qəhvə kimi içkilər iş adamları və tələbələr üçün yaxşıdır, vitamin və karbohidrogen tərkibli içkilər isə boş vaxtlarını idman zallarında keçirən insanlar üçün əlverişlidir. Unutmaq lazım deyil ki, uşaqlara, hamilə qadınlara və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara energetik içkilər içmək olmaz. Bəzən insanlar energetik içkiləri spirtli içkilərlə birlikdə istifadə edirlər. Bu isə düzgün deyil. çünki energetik içkinin tərkibində olan kofein spirtin beynə təsirini gücləndirir. Baxmayaraq ki, energetik içkilər insana gümrahlıq hissi gətirir, bəzi hallarda halsızlığa da səbəb olur. çünki energetik içkilərdən həddindən artıq istifadə insanda nevroz, həssaslıq, yuxusuzluq və s. kimi fəsadlara yol aça bilər. Energetik içkilərin antidepressantlarla birlikdə istifadəsi qadağandır. Bəzi hallarda energetik içkilərdən istifadə ürək-damar xəstəliyinə, qan təzyiqinin artmasına və psixoloji dəyişikliklərə səbəb ola bilər. Fransa və Filippində, Norveç və Danimarka kimi ölkələrdə bu içkinin satışına qadağa qoyulub. Bu ölkələrdə energetik içkilər ancaq apteklərdə satılır, dərman vasitəsi kimi. Almaniyada ümumiyyətlə energetik içkilərin istehsalı qadağandır. Qeyd edək ki, energetik içkinin tərkibində olan qlükoza və kofein gənc orqanizmə olduqca ziyandır. Həkimin sözlərinə görə, energetik içkilərin fəsadları xeyrindən olduqca çoxdur.

Hansı sərinləşdirici içkini xoşlayırsınız?

Fanta, cola, pepsi və s. sərinləşdirici içkilər

Tərkibində şəkər olan sərinləşdirici içkilərin müxtəlif ölkələrdə yaş və cinsi mənsubiyyətdən asılı olaraq istehlakı ilə bağlı informasiyanı təhlil edən alimlər həmin məlumatları izafi çəkinin yaratdığı diabet, ürək-damar xəstəlikləri və bəzi xərçəng xəstəliyi növləri, habelə bu xəstəliklərdən ölüm statistikası ilə tutuşdurublar. Məlum olub ki, 2010-cu ildə sərinləşdirici içkilər dünyada şəkərli diabetdən 132 min, ürək-damar xəstəliklərindən 44 min, xərçəng xəstəliyindən isə 6 min ölüm faktı ilə bilavasitə bağlıdır. ABŞ-da belə ölümlərin sayı 25 min olub.
Fanta (almanca: Fanta) – The Coca Cola kompaniyasına məxsus sərinləşdirici alkoqolsuz içkinin markasıdır. Dünyada “Fanta” içkisinin istehsalına görə 1-ci yeri Braziliya tutur. 1940-cı ildə üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur.Bu yeni sərinləşdirici alkoqolsuz içkinin adı “Fanta” (almanca: Fantasie – fantaziya) olur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır.Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Pepsi — 1898-ci ildə ABŞ-da yaradılmış sərinləşdirici içkilər istehsal edən şirkətdir. 1898-ci ildə New Bern, Şimali Carolinada “Brad’s Drink” (“Bradın içkisi”) olaraq satışa çıxarıldı və Bradham, içkisini öz əczaxanasında (aptekində) düzəltdi. Bradham 1898-ci ildə rəqibindən 100 dollar qarşılığında “Pep Cola” ticarət adını satın alaraq istifadə etməyə başlamışdır. Daha sonradan Pepsi Cola adını aldı
Sprite (mənası:Elf) – qazlı alkoqolsuz içkidir. The Coca-Cola Company tərəfindən 1961-ci ildən ABŞ-da istehsal olunur. İlk dəfə “7 Up” içkisinə rəqabət kimi hazırlanmışdır. Hal-hazırda bu alkoqolsuz içki 190-dan çox ölkədə istehsal olunur.

Hansı sərinləşdirici içkini xoşlayırsınız?

Atlama (akroşka, doğramac)

’’’Atlama’’’ – Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. Yayın imtinaedilməz içkilərindən biridir.

Kompot

Gündəlik istifadə etmək üçün kompot təzə meyvə-giləmeyvə, qurudulmuş meyvə-giləmeyvələrdən hazırlanır. Xammalın kompot üçün hazırlanması qaydası meyvə-giləmeyvələrin yeyilməyən hissələrdən təmizlənməsi, çıxdaş edilməsi, yuyulması və doğranılması əməliyyatından ibarətdir. Kiseldən fərqli olaraq kompotda meyvə və giləmeyvə öz formasını saxlamalıdır. Meyvələrdən feyxoa kompotu, itburnu kompotu, albalı kompotu, heyva kompotu, meyvə qurusundan kompot, qurudulmuş meyvə qarışığından kompot, gilas kompotu, çiyələk kompotu, armud kompotu, moruq kompotu və s. kompotlar hazırlanır.

Buzlu çay (ice tea)

Buzlu çay, Buz çay və ya Soyuq çay — ümumiyyətlə buz ilə bir stəkan soyuq çay şəklidir ki, şəkərli və ya şəkərsiz servis edilir. Buzlu çay həmçinin popyular paketlənmiş içkidir. Buzlu çay limon, şaftalı, malina, turş limon(laym), pəşın meyvəsi, çiyələk və gilas kimi geniş yayılmış ləzzətlər ilə dadlandırılmış sirop ilə qarışıq ola bilər.

çay

çay — çay kolunun yarpaqlarını dəmləməklə və ya qaynatmaqla əldə edilən içki. çayın dad keyfiyyətinin uzun müddət saxlanması üçün havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. İstifadə zamanı qabı təmiz yuyub qurulamaq lazımdır. çay dünyada ən çox içilən içkilər siyahısında, sudan sonra ikincidir. Qədimdə Şərq aləmində çayı içki kimi deyil dərman kimi istifadə ediblər, o vaxtdan bəri dünyanın aparıcı tədqiqatçıları bu maraqlı bitki üzərində elmi araşdırmalar aparır. Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana çox xeyir verir. Lakin Azərbaycan və bütün postsovet (Orta Asiyanı və bir sıra regionları çıxmaq şərtilə) məkanında əsasən qara çaydan istifadə olunur. Yaşıl çayın daha vacib bir funksiyası arıqlamağa kömək etməsidir. Yaşıl çay orqanizmə düşən kimi metabolizm prosesini tezləşdirir, daha doğrusu maddələr mübadiləsini tənzimləyir. Gün ərzində 2-3 fincan yaşıl çayın qəbul edilməsi tədricən 100 kkal arıqlamağa kömək edəcək. il ərzində siz əlavə əziyyət çəkmədən və pəhriz saxlamadan 4 kiloqram arıqlayacaqsınız.

Ayran

Ayran – nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa su və duz əlavə etməklə də əldə edilir. Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qayığın(yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır.

Hansı sərinləşdirici içkini xoşlayırsınız?

Bütün bunlardan əlavə marketlərdə müxtəlif bölgələrin yerli-yeraltı suyu olduğu iddia edilən, Slavyanka (Gədəbəy), Sirab (Naxçıvan), Qax suyu (Qax), Zərin qala bulaq suyu (Lerik), Borjomi (Gürcüstün) və s. sular, xarici və yerli markalı təbii şirələr də var. Kişilərin daha çox istifadə etdiyi sərinləşdirici yay içkisi isə əsasən pivədir

Bəs yay mövsümündə sərinləşdirici içki kimi siz nə istifadə edirsiniz?

Arabesk Rap

Şərhlər:

  1. SEBERT dedi ki:

    men dah cox su,serinleshdirici sular,cay ve mineral sulardan istifade edirem teshekkur xebercun

  2. Ninaska dedi ki:

    hamisini wine xixi

  3. DaRk_AnGeL dedi ki:

    Hamısını içirəm)

  4. Hilary Duff dedi ki:

    Su,cay,bunlari daha cox icirem Tewekkurler xeber ucun…

  5. Sweet_Love dedi ki:

    REDBULL , BURN BIRDE SU wine