Sehirli ev
Nautilus adlı bu villanın layihəsi üzərində mekshikalı memar Javier Senosian çalışıb. Bu möhtəşəm evin sahibləri Mexikoda yaşayan kiçik ailədi. Nautilus evinin görünüşü ənənəvi Mekshika memarlığından uzaqdır. Və bu da təbii bir haldır, çünki villa ilbizin canağı formasındadır. Rəngli şüşələrin istifadəsi nəticəsində bina cox maraqlı və rəngarəng alınıb.
Yaşıl bitkilərlə dolu qonaq otağının yanında uşaqlar üçün mağara formasında yataq otaqları yerləşir. Evin mərkəzi hissəsində televizor və rahat divanlar olan dairəvi formada istirahət otağı yerləşir. Hamamın divarları mozaika ilə bəzədilib. Binanın inşası zamanı qrankrit materialından istifadə edilib. Bu tikinti materialı sementdən daha yüngüldür, uzunömürlüdür və oda davamlıdır. Bina zəlzələyə dayanıqlıdır və bu da Mekshikada yerləşən evlər üçün mühüm bir faktordur.
Yenilənib:
elaaa evdi,teshekkur shekillercun
menim evim bundan qesheydi
tshk
ama buda pis dol
Gozeldi
Tewekkurler….
werhsiz superdi
– 1 il orda qalmaqdansa ömrümün axırına qədər Bakl`da bomj kimi fırlanaram :))