Əzan səsi

Əzan ruhumuzun səsi, dinimizin təməli, imanımızın göstəricisidir… Əzan səsini eşitdikdə qəlbinin dərinliyində bir titrəyiş hiss edirsənsə demək ki, sənin daxilində Allah sevgisi vardır və sən onu hiss etməkdəsən. Əzan səslənərkən, bütün kənar səslər kölgədə qalar, ruhun sadəcə onunla qidalanar, gözlərin sadəcə Allahın yazılarını oxuyar, qulaqların sadəcə o səsi duyar. Əzanın özünə görə bir ritmi vardır. Musiqisi özündə bir sevgini əks etdirir, bir doğmalıq vardır o səsdə.

Körpə uşaqlar belə onun səsinə aşiq olar, Əzan səsinə öz aləmində bir cavab verər. Əzanı oxuyarkən fərq etməz kim onu oxuyur, əsas olan odur ki, qəlbdən sevgi ilə səsləndirsin. Əsas odur ki, Əzan səslənən zaman qəlbində Allah sevgisi özünü biruzə versin. Sənin üçün hər şeydən öndə sadəcə Allaha sitayiş etmək olsun. Əzan insanı sakitlədir, insanın gündəlik gərginliyini götürür.

Gün ərzində nə edirsən et, onun sədasını eşidərkən hər bir şeyi kənara atıb Əzanın gözəlliyi altında ruhunu dincəldərərk gərginliklərdən azad olarsan. Nə dərdin, nə çətinliyin olur olsun, həmin an bütün ümidlərini Allaha bağlayarsan, Ona inanıb, sadəcə ondan kömək istərsən. ümidsizliyin Əzanla birgə gedər, Allaha sığınıb ona dua edərsən, özünü Onun dərgahında hiss edərsən, tamamən ona təslim edərsən özünü. Əzan insanı sağaldar, beyninə müsbət təsir edər.

Ağrıların zamanı Əzanın səslənməsinə özünü həsr edərsənsə ağrıların azalar, sanki onun səsi özü ilə bütün ağrılarını yox edər. Allaha yaxın olmağa qaçarsan. Gecikdiyini düşünərsən, etdiyin səhvlərinə görə əhv diləyərsən Allahdan. Əzan sənə bütün həyatını xatırladar, sənə tələsməyə çağırar, zamanı gəldi söyləyər. Hələ də gec deyil, Allah səni baışlayar söyləyir sənə. Hər şeydən böyük Allahdır, bunu bildirər sənə. O ol demədiyi şey olmaz, göstərər sənə.

Onun qatında hamı eynidir, alt-üst edər sənin özündən razılığını. Əzan diz çökdürər hamını Allah qarşısında, imanını sınayar. Şeytandan uzaqlığa çağırar səni, bitmədən, yorulmadan, səni hər gün, hər səhər, hər günə başlayacağın an səni yenidən düşünməyə vadar edər. Onun səsi qarşısında bütün heyvanlar baş əyərkən sənin Allahdan uzaqlığını sənə göstərər. Əzan səni yenidən həyata qaytarar. Bütün ümidlərini itirdiyin anda, yanında heç kimin olmadığını anladığın anda Əzan səsi səni ayıldar.

Həyatının mənasının olmadığını düşündüyün an Əzan sənə bu həyatın sadəcə bir başlanğıc olduğunu göstərər, Allaha dönüb daha gözəl həyat əldə edəcəyinə səni səsləyər. Əzan sənin günahlardan təmizləyər, səni tam başdan yaradıb, imanını artırıb səni Allah qarşısında borcun olan Namaza, Oruca aparıb gözəlliyindən xəbərsiz olduğun cənnətin qapılarını üzünə açar…

HeYaTiM

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Çox sağol ALLAH RAZI OLSUN

  2. SEBERT dedi ki:

    ALLAH razi olsun

  3. Hilary Duff dedi ki:

    Allah razi olsun Gozel xeberdi….