Sevgi və ehtiras

Keçilə bilməyən və ya keçilməsi çətin olan qayalıqdır sevginin yolları, amma içinizə yanğın düşdüsə, seyr etməkdən geri durmayın…
Həqiqətdə sözləri xəyalları darmadağın edə bilər. Amma sizlə danışdığı zaman yenə də ona inanmamazlıq etməyin. çünki başınıza tacı qoyacaq olan da, sizi çarmıxa çəkəcək olan da sevgidir.
Soyunmağınız və çılpaq qalmağınız üçün sizi zorlayar, ağappaq olana qədər o tərəf bu tərəfə edər, acı verər canınıza…
Boyun əydirənə qədər əzər, yoğurar…
Sevgi bütün bunları bacarar, təki siz qəlbinizin sirlərini öyrənin və bu yolla həyatın ürəyindən bir parça olun…
Amma deyək ki, qorxulara qapılmısınız, o halda bütün çılpaqlığınızı örtün və sevginin çətin nizamından uzaqlaşıb, fəsilləri olmayan bir dünyaya sığının- daha yaxşıdır…

Qarşısındakına özündən başqa bir şey verməz sevgi və özündən başqa heç bir şeyi geri almaz…
çünki sevgi öz- özünü tamamlayar, bütün edər və özü özünə kifayətdir. Sevginin özünü xoşbəxt etməkdən kənar heç bir arzusu yoxdur. Amma əgər sevgiyə qapılmışsanız və ehtiraslarınız olsun istəyirsəniz, bunları özünüzə seçin:
*Ehtirasınız sevginin içində ərimək olsun;
*Ehtirasınız, həddindən artıq romantik davarnışların gətirəcəyi acıları tanımaq olsun;
*Ehtirasınız, öz sevgi anlayışınızla özünüzü vurmaq olsun, lap istəklə, coşğu ilə çılğıncasına axsın qanınız;
*Ehtirasınız, qanatlanmış bir ürəklə sabaha gözlərinizi açıb, sevgi dolu bir günə başlaya bilmək olsun, təşəkkür etmək olsun;
*Ehtirasınız, gün günortaya çatdığında oturub, sevginin həyəcanını düşünmək olsun;
*Və ürəyinizə basdırdığınız sevgili üçün yaxşı bir şeylər diləyib, yatın;
*Dodaqlarınızda onu ucaldan bir mahnı olsun.

KiSS Me

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Hmmm Maraqli idi cox sagol….

  2. DaRk_AnGeL dedi ki:

    Təşəkkürlər