Həssas gözlər üçün makiyaj təklifləri

Həssas gözlər üçün makiyaj təklifləri
Gözləriniz həssasdır deyə makiyaj edə bilərsinizmi? Təbii ki edə bilərsiniz! Yalnız diqqət yetirməniz lazım olanları bilin kifayətdir!
Təklif edəcəyimiz bu 8 makiyaj təklifiylə həssas gözləriniz sağlamlığını itirmədən parıltı saçacaq.

Fırçalarınızı təmiz saxlayın.
Makiyajı gözəl göstərən detallardan biri də əslində fırçalarınızın təmiz olmasıdır.Fırçalarınızı nizamlı olaraq təmizləyin. Bu həm infeksiyanın həm də istifadə etdiyiniz rənglərin bir-birinə qarışmaması üçün lazımlıdır. Hər hansı bir şampun və ya sabunla fırçanızı təmizləyə bilərsiniz. Təmiz bir dəsmalla da qurudun.

Markalar.
Həsas gözləriniz olsa da makiyaj edə bilərsiniz.Bir çox kosmetik markanın həssas gözlər üçün məhsulları var. Təbii, bu hamısının sizə görə olduğu mənasını vermir. Araşdırdıqdan sonra qərar sizindir, yalnız etibarlı markalara müraciət edin.

Kremlər
Toz məhsullar həssas gözlər üçün ciddi problemlər yarada bilər. Bunun yerinə krem məhsullarından istifadə etməniz daha uyğundur. Toz məhsullar da meydana gələ biləcək dənəciklər kimi problem yaratmaz. Kremlə də istədiyiniz effekti vermək mümkündür. Yalnız parlaq göz kölgələrinə diqqət çəkmək istəyirik yəni tam da istifadə etməməli olduğunuz məhsullardan bəhs edirik.

Göz qələmi
Makiyaj ustadları gözlərinə ağ qələmlə xətt çəkmənin onların daha açıq görünməsi üçün əhəmiyyətli olduğunu söyləyir. Yaxşı bir görünüş ola bilər, lakin gözlərin daxili hissəsinə qələmdən istifadə gözləri həssas olanlar üçün etibarsız təklifdir. Siz siz olun, gözlərinizin xarici qisimini diqqətə çarpan göstərəcək şəkildə qələm çəkin.

Makiyaj təmizləmə
Bəzi zamanlar yorğunluqdan makyajımızı təmizləməyi unuduruq. Lakin bunun bizə gətirə biləcəyi zərərləri düzəldməyə bilərik. Xüsusilədə bədəni və gözləri həssas olanlar hər səfər yumşaq və yaxşı bir təmizləyici ilə göz makiyajını təmizləməlidir. Beləcə gözünüzə bir şey giribsə, onu təmizləyərək ola biləcək problemlərə qarşı riski azaltmış olarsınız.

HeYaTiM

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Cox sagol maraqli ve deyerli meslehetin ucun….

  2. SEBERT dedi ki:

    teshekkurler