Daşların “qızıl parıltısı”

Haqqında
Digər adı: azadlıq daşı
Kimyəvi qrupu: silikat
Aid olduğu qrup: kvars, xolsedon.
Digər qrup üzvləri: ametist, xrizopraz, sitrin, əqiq, oniks, sardoniks və s.
Kristal sistemi: triqonal
Kimyəvi düsturu: SiO2+Fe,O,OH
Tərkibindəki elementlər: silisium,oksigen+dəmir
Sərtliyi: 6,5-7
Xüsusi çəkisi: 2,60
Rəng: qızılı sarı və ya qızılı qəhvəyi
Cizgi rəngi: ağ
Parlaqlığı: şüşə parıltısı
Şəffaflığı: qeyri-şəffaf
çıxarıldığı başlıca ölkələr: Afrika, Hindistan, Birma, Avstraliya, Avropa, Asiya, ABŞ

Pələng gözü kvarsın altınövü olan xalsedon ailəsindəndir. Hidrotermal mənşəlidir. Zərgərlikdə geniş istifadə olunur. Rəngi daha çox qızılı sarı və ya qızılı qəhvəyidir. Pələng gözünə bu rəng verən dəmir oksiddir. Cizgi rəngi ağdır. Ən əsas xüsusiyyəti istifadə formasından asılı olaraq rəngini dəyişməsidir.

Faydaları
Pələng gözünün aşağıdakı faydaları olduğunu qəbul edirlər:

• İmmunitet sistemini gücləndirir.
• Mənfi enirjini aradan qaldırır.
• Müsbət enerji verir.
• Qan təzyiqini aşağı salır.
• Astmaya qarşı faydalıdır.
• Qanı təmizləyir.
• ürək-damar sisteminin fəaliyyətini nizamlayır.
• Oynaq iltihabını aradan qaldırır.
• Revmatizmaya qarşı faydalıdır.
• Yaraların sağalmasına kömək edir.
• Qocalmanı gecikdirir.
• Qulaq xəstəliklərini aradan qaldırır.
• Eşitmə qabiliyyətini artırır.
• Əzələlərin inkişafına kömək edir.
• Mədə-bağırsaq sisteminin fəaliyyətini nizamlayır.
• Həzmi asanlaşdırır.
• Həzm pozğunluğunu aradan qaldırır.
• Başağrısına qarşı faydalıdır.
• Yorğunluğu və yuxusuzluğu aradan qaldırır.
• Hüceyrə membarlarını və toxumaları gücləndirir.
• Qanaxmaların qarşısını alır.
• Cəsarət verir.
• Qorxu və həyacanı aradan qaldırır.
• Özünə inamı artırır.
• Nikbinlik mənbəyidir.
• Diqqətin dağılmasının qarşısını alır.
• Düzgün qərar qəbul etməkdə kömək edir.
• İntulsiya qabiliyyətini artırır.
• Nəzərə qarşı təsirlidir.
• Ən yaxşı antidepresantdır və s…

BaBy BaRBie

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Maraqli xeberdi cox sagol

  2. SEBERT dedi ki:

    hmm maraqli melumatdi teshekkur