Yoldaşınızla münasibətlərinizi pozacaq səbəblər

Cinsi problemlər:
Uşaqlıqdan bəri cinsillik haqqında pis bir şey kimi qulaqları doldurulmuş qız uşaqları yetişkinlik çağında qorxu yaşıya bilirlər bəzən. Cinsi əlaqəyə girəməmək, orqazım olmamaq kimi problemlər yaşaya bilirlər bəzəndə. Cinsi əlaqəyə çətin bir şey kimi baxırlar. Evliliklərini qorumaq üçün bəzəndə istəmədən cinsi əlaqəyə girməyə özlərini məcbur edirlər. Bu isə onları tezliklə bezdirir və həyat yoldaşından qaçmağa səbəb olur. Kişilər isə boşala bilməmələrindən əziyyət çəkə bilərlər və buna görədə həkimə müraciyət etməkdən çəkinərlər. Beləliklə bu problemlər ailənin çatlamasına gətirib çıxardır.
Nə etməli?
Bu vəziyyətdə ailənin mütəxəsis bir həkimə müraciət etməlidirlər. Kişilər üçün bu bir qədər çətin olsa belə. Beləliklə həkimin məsləhətindən sonra ailənin bəlkədə dağılmamağına zəmanət ola bilər.

Ailə problemində uşaqlar:
Evliliklərdə özəlliklə qadınlar doğumdan sonra sevgisini, diqqətini ancaq uşağına yönəldir çoxu zaman. Uşaq yatarkən ya uşağnan yatar yadaki, uşağı öz yatağına gətirib orda onunla birlikdə yatarlar. Bu vəziyyət ərlə, arvadın cinsillik əlaqələrini azaldar və araya məsafə qoyar. Kişilər özlərini itələnmiş hiss edərlər. Eyni hərəkət kişilərdəndə gələ bilər. Məsələn kişilər daha çox uşaqlara bağlanıb arvadına daha az diqqət göstərə bilər.
Nə etməli?
Ailədə uşağın ön mərkəzini yaratmamaq, hər kəsin öz yeri olduğunu sağlamaq. Həmçinin uşağın təkcə anaya və ya ataya aid olmadığını bilmək gərəkdir. Uşaq hər ikinizə aiddir. Məhşur psixoloq Feyza Bayraktar uşaqların ayrı otaqları olmalıdir, əgər uşaq öz otağında yatmaq istəməzsə onun üçün psixoloqa müraciət etməlidirlər deyib.

Ana-atadan ayrıla bilməmək:
Bəzən ailələrdə qadın və kişilər ata və analarını unuda bilmirlər. Hər dəfə onlardan öncəliyi ata və analarına verirlər. Qadınların işləməsi, kişinin yada arvadın anası bəzəndə atasıyla bir evdə qalmağa məcbur olurlar. Evdə böyüklərin olması iki nəfərin aralarındakı əlaqəni yalnızca yataq otağında həll eliyə bilirlər. Səs eşidiləcək, bilinəcək kimi şübhələr cinsi əlaqəyə istəyi azalda bilər. Qaynananın yada qaynatanın bəzən araya girməsi, iki nəfərin mübahisəsinə səbəb olur. Dalaşan cütlüklər otaqlarında barışsalar belə evdəki böyüklər məsələni təkrar-təkrar açırlar. Qadını vəya kişinin anası tərəfindən bəzəndə doldurulurlar. Bu durumda insanın həyat yoldaşına fikri dəyişilir.
Nə etməli?
Evlənən cütlüklərin artıq yeni bir ailə olduğunu, ana-atanın arxada qaldığını qəbul etməlidirlər.

KiSS Me

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Cox sagol xeber ucun