Asi – Tərs axan çay

Orontes olaraqda adlandırılıan tərs

axanAsi çayı Lübnan Bekaa Vadisinin şərq qismindən doğar və

Türkiyə Hataydan Ağdənizə tökülər. Uzunluğu 386 km olub,çayın böyük bir bölümü Suriya

torpaqlarından keçər. Türkiyə torpaqlarında uzunluğu 88 km-dir. Antakya ilə Ağdənizə təbii

su yolu bağlanmış olan Asi çayının ortalama su debisi 30 m³/sn- dir. Qış mövsümündə və

ilkbaharda suyunun çoxalması səbəbiylə bir çox daşqınlar yaşatmışdır.Amik Gölünün

sularını boşaldan Qarasu (Kiçik Asi), Harbiyə çağlayanının suları ilə bəslənir.

Asioğlu Vadisində axışı təkrar sürətlənər. Qarasuya axan

Asi İrmağı, dar bir boğazdan keçərək Antakyadan keçər. Burada

məşhur Harbiyə çağlayanlarını meydana gətirən və gur qaynaqlarla bəslənən Dəfnə Suyu

qarışar. Daha sonra genişliyi 30-40 metri tapar. Samandağın güneyində Ağdənizə tökülür.

Dənizə töküldüyü yerdə geniş bir delta əmələ gətirmişdir. Irmağın dənizə töküldüyü yerdə

keçmişdə “Jüverdiye” adlı bir liman şəhər vardı. İndi bu şəhər sahildən içəridə qalmışdır.

Asi çayının ad hekayəsini Övliya çələbiyə görə, Peyğəmbərimiz

(s.ə) zamanında Hama susuz bir şəhərdir. Yəhudinin biri Nil çayından su gətirərək,

Hama’nın verimli torpaqlarını dəyərləndirmək istər. Nildən dörd şüşə su alar və, bir əfsun

oxuyaraq Hama yolunu tutar. Yəhudi şəhərə çatmağına az qalmış Peyğəmbər(s.ə) bu işdən

xəbəri olur v. Hz. Əli(s.ə) -a“Yetiş ya Əli!” deyə səslənər. Hz. Əli

(s.ə)Düldül adlı atına minərək Yəhudinin ardına düşüb onu öldürər. O sırada baxar ki,bir

çay tərs axmaqda,çaya : “Bütün çaylar haqq hüzuruna varıb qibləyə doğru axarkən sən

niyə bayıya doğru axırsan. Dön geri, asilərdən oldun” deyincə, çay Allahın izniylə dilə gəlib

belə deyər: “Ya Əli! Allah’ın əmriylə Humus, Hama bir çox şəhərləri sulayaraq Həbib-i

Nəccar’ı da ziyarət etdikdən sonar qibləyə doğru axaram” deyər. Hz. Əli “Dön geriyə ey ‘Asi

nəhir’. Yoxsa səni kəskin qılıncımla ikiyə bölərəm” deyincə çay “Əgər mənə vursan, bir

parçamdan qan bir parçamdan irin axsın. Və qiyamət gününədək Allahın qulları məndən

fayda ummasın” cavabını verir. Hz. Əli o zaman “Sənin adın

Asi olsun.Səndən içən şəfa tapsın” deyə dua edər.

Asi çayı Antiyahos zamanında Nehr-i Maklub-un

suyu adlanardı(Abu həyat Ölümsüzlük suyu)

Digər əfsanəyə görə tərsinə axan bu çayın yaranması hekayəsi belədir;Əsrlər öncə

Samandağda həyat suyu vardı.Suyun başında da gözləyən bir əjdarha,hər il bir gənc qızın

qurban edilməsi şərtiylə, sudan bir yudum verməyi qəbul edərmiş.Qurban edilmə sırası

kralın qızına gəlmiş.Bunu duyan və qızı sevən Xızır gənc qızla bərabər suyun yanında

əjdarhan gözləməyə başlamış.O gəlincə Xızır mızrağını əjdarhanın

ürəyinə sancar. Ejdərha acılar içərisində yerləri parçalayaraq oradan uzaqlaşarkən,, başını

Lübnan dağlarına çarpar. Əjdarhanın açdığı yarıqlardan həyat suyu bir yol tapar və tərs

olaraq çay kimi axar.

Digər bir əfsanəyə görə isə; Asi çayı Hz

Musa’nın Fironun qəzəbindən soydaşlarını qurtarmaq üçün qaçarkən, əsasını yerə

vurar və Qızıl dənizi ikiyə bölünər. Və bu gündə etibarən Asi çayı

tərs axmağa başlamışdır.

Asi çayı,üzərində olan su dolablarıylada məşhurdur. Bu səbəbdən

Hama, “Mədinətün Nəvair” (Su dolabı şəhəri) deyədə bilinər. Bu dolablar, Anadoluda olan su

dəyirmanlarına oxşamır. Romalılar tərəfindən əkin işləri etmək məqsədilə hazırlanlıb.

Toplam yüzə yaxın dolabdan 17 dənəsi günümüzə qədər qala bilib. Ən az 1500 illik tarıxı

olan dolabların hər birinin özünə məxsus adı vardır və adlarını dönərkən çıxardıqları səsdən

götürdüyünü deyirlər.

Bunlardan biri olan “Ya Muhamməd” adlı dolabın hekayəsi yenə

Övliya çələbinin səyahətnaməsində belə keçir:Asi çayı üzərində

döndürüləbilməyən bir dolab vardır. Dolaba, “Hz. Adəmi sevərsen dön, Ulul azm

peyğəmbəri sevərsən dön…” deyilər ama dolab dönməz.

Ən sonunda “Son peyğəmbər Hz. Muhammədin (s.ə) haqqı üçün dön!” denincə dolab

birdənbirə dönməyə başlar və “Ya Muhamməd!” səsiylə yeri göyü inlədər.”

Asi çayının bu dolablarının əsas vəzifəsi, suyu 16 metrə dərinlikdən

alaraq su kəmərlərinə çatdırmaqdır. Bu şekildə şəhərin su ehtiyacını qarşıladığı kimi, xalqın

verimli torpaqlarında ləzzətli meyvə və tərəvəzlərin həyat suyunun daşıyıcısı olur. İndilərdə

isə sadəcə turistlik məqsədlə ayaqda tutulmağa çalışılır.

http://hotbookee.com/ar/architechts-ebook/

Arabesk Rap

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Cox sagol xeber ucun…

  2. Yasaksin_kalbime dedi ki:

    tewekkurler