Ağaclar haqqında maraqlı faktlar

1. Ən yaşlı ağac ABŞ-ın Nevada ştatında Yaşı 4900 il olan Qılçıqlı şam ağacıdır.

2. Ən hündür ağac ABŞ-ın Kaliforniya ştatında bitən, boyu 110,3 metr olan həmişəyaşıl Sekvoya ağacıdır.

3. Ən tez böyüyən ağac Evkolipt ağacıdır ki, bir ildə 10,6 metr böyüyür.

4. Ən hündür şəlalə – Anhel şəlaləsi Venesuelada yerləşir və 1054 metr hündürlükdən tökülür.

5. Dünyada ən iri dolu dənəsi – çəkisi 750 qram olub və 1970-cı ilin sentyabr ayında ABŞ-nın Kanzas ştatında düşüb.

6. Ən iri quru heyvanı – Afrika filidir ki, onun hündürlüyü 3,8 metrə, uzunluğu 10 metrə, çəkisi isə 10,8 tona çatır.

7. Alimlər hesablamışlar – bitkilər 1 hektar sahədə saatda 8 kiloqrama qədər karbon qazını udurlar.

8. Hər adama ildə orta hesabla 400 kq oksigen lazımdır.

9. Fotosintez prossesi – gündüz günəş işığının təsiri ilə baş verir. Gecə isəı bitkilər də digər canlı orqanizmlər kimi oksigeni udur, karbonu buraxırlar. Lakin bitkilərin nəfəs almağa sərf etdikləri oksigen istehsal etdiyindən 20 dəfə azdır.

10. Alimlər hesablamışlar – Ağcaqayın, yabanı armud və digər bir sıra ağacların yaşıl yarpağının hər kiloqramı 15 nəfər adamı öldürə biləcək benzolu tutub saxlayır.

11. Respublikanın ən çox torpaq eroziyasına məruz qalan bölgəsi – Şəki-Zaqatala zonasıdır.

12. Respublikada ən əlverişli meşəbitmə şəraiti Talış bölgəsindədir.

13. Qoz, əncil və aylant ağacları Toksin maddəsinin çox ifraz etdiyinə görə kölgəsində oturmağı məsləhət görmürlər.

14. Ölkənin “Qırmızı kitab”ına əsasən nəsili kəsilməkdə olan nadir endemik və relikt ağacları daxil edirlər.

15. Eldar şamının təbii yayılma arealı «Ellər oyuğu» adlanan sahədir.

16. Azərbaycanın ərazisinin 11 (on bir) faizini meşələr təşkil edir.

17. Keçmiş geoloji dövr florasından qalmış və yeni mühitə uyğunlaşmış bitki növləri Relikt bitkilər adlanır.

18. Quraq iqlimli ərazilərdə bitən bitki növləri Arid bitkilər adlanır.

19. Arı daha çox Cökə ağacından bal toplaya bilir.

20. Tozağacı ağacının gövdəsindən içməli şirə alınır.

21. Sarağanın yarpağından boyaq maddəsi kimi istifadə olunur.

Arabesk Rap

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Bilmediklerim vardi cox sagol bele maraqli xeber ucun…