Sevgilim dön

Bilirsənmi?.. Yad bir hiss var mənə.. Unutmaq deyə acı bir duyğu..
O gün gələcəkdi əlbət.. Hiss etmişdim sanki məni tərk edəcəyini..
Ayrı qalacağımızı əvvəlcədən hiss etmişdim.. Bilirdim ki, bir gün bu eşqin sonu gələcəkdi.. Bilirdim ki,bir gün həyat mənə səninlə olan xoşbəxt günlərimiz yerinə,acı bir sənsizlik bəxş edəcəkdi..
Və o gün gəldi..Əslində çətin olan yoxluğunla barışmaqdır.. Necə qalacam mən sənsiz? Necə dözəcəm bu acıya?.. Necə axı necə?..Yoxluğuna edəcəyim heç bir şey yox..
Güc,taqət yoxdur artıq..sadəcə ağlaya bilirəm.. Başqa heç nə gəlmir əlimdən.. Gəl ki,indi unudum səni..
Gəl ki, ayrı qalım səndən.. Amma indi söylə.. Bədən ruhdan necə ayrı qala bilər?..
İnsan nəfəssiz necə yaşaya bilər axı..
Canımı əlimdən alıblarsa nə edə bilərəm onu qaytarmaqçün?.. Artıq ediləsi heç bir şey yox,amma bir çıxış yolu var unutmaq.. Unuda bilərsənmi sən o xoş günləri..
söylə sən öz həyatını necə unuda bilərsən?!.. Unutmaq istəmirəm səni.. Əvvəlki günlərimi özləmişəm..Mən o xatirələrsiz qala bilmərəm..Gəl,dön artıq..səni unuda bilməyəcəm.. Gəl artıq,gəl!..

Yoxluğuna yox.. sənə,xatirələrimizə alışım.. Dön ki,sənlə olan günlərimizə alışım..

Mənə belə əzab vermə..Mənə səni unutmaq məcburiyyətində qoyma!sevgilim.. sevirəm səni.. Ölümünə sevirəm..Və hər zaman sevəcəm..sadəcə dön..Məni yoxluğuna alışdırma..
Dözə bilmirəm bu acı duyğuya..Qayıt..Və yenidən başlayaq bu hekayəmizi.. Unutmaq deyə hissi arxada qoyaq..sənsizliyi geridə qoyaq.. sevgilim..

KiSS Me

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Cox beyendim gozel yazilib Tewekkurler…! Amma heckime bele sevgi Arzulamazdim….!