Adsız sevgim

Gözlərin o qədər gözəl baxırdıki, qaranlıq gecələri işiqlandırardı. O qədər gözəl sevirdiki qəlbim heç bir qüsur görmürdü dünyada. Deyirlər, hər kəsin öz qisməti var. Mənim qismətim hansı dənizin dərinliyindədir görəsən? Bu həyatı tanımaq üçün yaşayırıq.Azadlıq insanın əlinin qolunun sərbəst olması deyil. Hisslərin azaddırsa səndə azadsan deməkdir. Bəzən, olurki keçmişi düşünərsən, səhvlərini axtarırsan ”kaş ki” deyirsən özlüyündə. Biriylə söhbət edərkən özündən xəbərsiz “ehh sən mənim nələr yaşadığımı hardan biləsən ki“ deyir gözlərin. Bəzən, sadəcə bir quru yarpaqda yaşadarsan xatirələri. Gücün çatsa paramparça edərsən daşları. Elə bir qəzəb gələr dolar ki, qəlbinə az qala nifrət etmək istərsən ona..

Yağışın damlalarını yığıb göndərdiyin qab qarşımdadır. “səni sevirəm deyən damlaları toplamışam ”– yazır üstündə. İndi o qaba sevgi damlaları deyil səni Sevmirəm göz yaşları tökülür. Bir gün nə vaxtsa qarşıma çıxsan bunu sənə hədiyyə edəcəm. Və üzərinə “ səni yaşadan göz yaşları” -yazacam. Kefsiz olanda baxıb zəifliyimə gülərsən bəlkədə.Və daha ağlamaycam üzülməsin artıq sevgim..
Gücsüz olduğumu sanma, mən səndən güclü bir insanam. çünki mən sənsizliyi özümə ən böyük sınaq bilirdim. Və bu sınaqdan qalib olaraq çıxıram. İnsan hər zaman asan görünən yoldan gedər. Mənimdə yolum sən idin. Əllərin mənə istiqamət göstərərdi. Danışmağı bilməyən bir uşaq kimi idim bəlkədə, sən varkən heç nə bilmirdim. Bildiyim bir tək sənə güvənmək idi. Güvənmişdim sənə, məni qaranlıqdan deyil işıqlı yoldan aparacağına.

İnanıram qayıdacağına, bəlkə də inandırıram özümə. Xüsusi olan bir şey yoxdu dünyada. Sadəcə inam var mənə görə. Həyatımı qaraltsanda sağ ol deyirəm sonda sənə. Sağ ol ki, sən olmasan belə mənə səni sevə biləcək bir sevgi verdin. Bir gün səndə tək baxacaqsan batan günəşə. Hər sevginin “O və Mən” deyə bir adı var. Bəs mən nə qoyum sevgimizin adını? Qoy mənim sevgimin adıda adsız sevgi olsun, sevgilim…

Black Life

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Cox beyendim Tewekkurler

    “O və Mən” adsız sevgi

  2. Ninaska dedi ki:

    gozel yazichun tshk