Bugun dahi Azerbaycan bestekari Uzeyir Hcibeyovun dogum gunudur

Üzeyir Əbdül Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa yaxınlığındakı Ağcabədi kəndində anadan olmuşdur.
1899-1904-cü illər – Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı bitirərək kənd müəllimi adını almışdır.
1905-ci il – Şuşada tərəqqipərvər «Cavanlar İttifaqı» təşkilatının üzvü. Bakı şəhərinə köçmüş. Ədəbi-publisistik fəaliyyətə başlamışdır.
1907-ci il –«Leyli və Məcnun» operası üzərində işləmiş və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlamışdır. Onun «Siyasi, hüquq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri» çapdan çıxmışdır; bu lüğətlər maarifçilik sahəsində böyük rol oynamışdır.
25 yanvar, 1908-ci il– Azərbaycanda müasir professional musiqi tarixinin əsasını qoyan «Leyli və Məcnun» operasının ilk tamaşası.
1909-cu il – «Şeyx Sən’an» operasının ilk tamaşası.
1909 – 1910-cu illər – «Ər və arvad» musiqili komediyasının ilk tamaşası.
1910-cu il – «Rüstəm və Söhrab» operasının tamaşası.
1910 – 1911-ci illər –«O olmasın, bu olsun» musiqili komediyasının ilk tamaşası.
1912-ci il – «Şah Abbas və Xurşid Banu» operasının ilk tamaşası.
1912-ci il – «Əsli və Kərəm» operasının ilk tamaşası.
1912-1913-cü illər – Moskvada xüsusi musiqi kurslarında təhsil almışdır.
1913-1914-cü illər – Peterburqa getməsi və orada oxuması.
1913-cü il – «Arşın mal alan» musiqili komediysının ilk tamaşası.


Bugun dahi Azerbaycan bestekari Uzeyir Hcibeyovun dogum gunudur


1915-ci il – «Harun və Leyla» operasının librettosu nəşr edilmişdir.
1918-ci il – Azərbaycan opera artistlərinin Ənzəli və Rəşt şəhərlərinə (İran) qastrol səfərinə rəhbərlik etmişdir.
1921-ci il – Respublika Xalq Maarif Komissarlığında mə’rüzə etmiş, mə’rüzə Azərbaycan Dövlət Konservatoriyasının yaradılması üçün proqram kimi təsdiq olunmuşdur.
Azərbaycan Dövlət Konservatoriyasında musiqi-nəzəriyyə fənləri üzrə pedaqoq. Şərq musiqisi şö’bəsinin rəhbəri.
1922-ci il – Birinci Azərbaycan məktəbini (Azərbaycan türk musiqi məktəbi – ATMM) tə’sis etmişdir.
1925-ci il – Bakı Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir.
1926-cı il – Azərbaycan Dövlət Konservatoriyasının prorektoru.
1928-ci il – Azərbaycan aşıqlarının Birinci qurultayında «Aşıq sənəti» mövzusunda mə’ruzə etmişdir.
1931 – Birinci «notlu» Azərbaycan xalq çalğı alətləri orkestrinin təşkilatçısı.
1932-1936-cı illər «Koroğlu» operası üzərində işləmişdir.
30 aprel 1937-ci il – «Koroğlu» operasının ilk tamaşası.
1938-ci il – Moskvada Azərbaycan incəsənəti ongünlüyünün təşkilatçılarından və iştirakçılarından biri.
1938-ci il –SSRİ-nin xalq artisti fəxri adına layiq görülmüşdür.
1939–1948 – Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqıqının sədri.
1941 – 1945-ci illər – N. Gəncəvinin «Sənsiz», «Sevgili canan» romansları, «Vətən və cəbhə» kantatası, «Uğurlu yol», «Şəfqət bacısı», Ananın oğluna öyüdü» və s. qəhrəmanlıq mahnıları, Azərbaycan xalq çalğı alətləri orkestri üçün «Cəngi» pyesi, «Babək, Firuzə» operalarının planı və s. yaranması.
1944-cü il, dekabr – Tbilisidə keçirilən Zaqafqaziya Respublikaları iştirakçıları Dekadasının rəhbərlərindən biri.
1945-ci il –Ü. Hacıbəyov tərəfindən Azərbaycanın himninin yaranması
1945-ci il – «Azərbaycan xalq musiqisinin əsasları» kitabının nəşri.
1948, 23 noyabr – Ü. Hacıbəyov vəfat etmişdir.

dreamy

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    eziyyete ve xebere gore cox saqolun ))

  2. Badi_Seba dedi ki:

    canim cooox sagol bele xeberler bize elexsusda mene cox lazimdi..elin qolun var olsun… opucuk

  3. Angelocka dedi ki:

    Coooooxx sagol canim menim..Ellerine sagliq..Bele xeberler cox olmalidir..Cox sagol ki bizi bele gozel bir xeberle dahada melumatlandirdin opucuk

  4. dreamy dedi ki:

    siz sagolun ezizlerim rey yazdiginiz ucun