Allahın Hikməti

Kasıb bir gənc gecə daxmasında yatarkən, otağının işıqla dolduğunu görür. Gələn bir səs ona belə deyir: “Bundan belə Allah üçün çalışacaq və daxmanın önündəki böyük qayanı bütün gücünlə itələyəcəksən!”
Bunun Allahdan gələn bir əmr olduğuna inanan adam, ertəsi səhər qayanı itələməyə başlayır. Sabahısı gün və həftələr günəşin doğulmağından batmağına qədər daşı itələyir. Aylar sürən məşğuliyyət əsnasında qaya yerindən belə tərpənmir. Adam gecə daxmasına yorğun-arğın qayıdır, gününün boşa keçdiyini düşünür.

Onun şövqünün qırıldığını hiss edən şeytan ürəyinə vəsvəsələr verməyə başlayır: “Nə qədər zamandır bu qayanı itələyirsən, bir mil belə tərpənmədi. Özü də bunun üçün niyə təəssüf edirsən ki? Onu yerindən oynatmağın onsuz da mümkün deyil.”
Beləcə, gənc vəzifəsini yerinə yetirməyinin qeyri-mümkün olduğunu, bu səbəbdən müvəffəqiyyətsizliyə uğradığı hissini itirməyə çalışır.
Bu cür düşüncələr onun şövqünü daha da qırır və ümidini get-gedə itirir. “Düzdü, özümü bu iş üçün niyə paralayıram ki?” deyə öz-özünə deyir. “Bundan sonra azca bir qüvvət xərcləyəcəyəm. Bu da bəsdi.

Böyük qaya yerindən tərpənməyəcək.” Və qərarını duasında Allaha bildirər “Allahım, uzun zamandır dayanmadan, istirahət etmədən sənin dediyin kimi hərəkət etdim. Bütün gücümlə istədiyin şeyi etdim. Hər gün yoruluram, amma qayanı bir mil belə tərpədə bilmirəm. Niyə? Niyə bacara bilmirəm?”
Səs şəfqətlə cavab verir: “Uzun vaxt əvvəl sənə əmrimi deyəndə qəbul etmişdin. Sənə vəzifənin qayanı bütün gücünlə itələmək olduğunu söyləmişdim. Sən də etmişdin. Mən sənə heç bir zaman onu yerindən oynatmağını gözlədiyimi söyləmədim ki! Sənin vəzifənin onu itələmək idi. İndi gücünün tükəndiyini, müvəffəqiyyətsizliyə uğradığını söyləyirsən. Özünə bir bax.

Qolların daha da gücləndi. Kürəyin ağırlığa dayanıqlı oldu. Qıçların qalınlaşdı və qüvvətləndi. Daşı itələməyə başlayandan çox qüvvətlisən indi. Bəli, qayanı tərpədə bilmədin. Amma səndən istənən əmrə itaət etməyin və onu yalnız itələməyin idi. Qayanı yerindən oynadan insan.”
Səhvini anlayan gənc, sabahısı gün öz vəzifəsinin qayanı yerindən oynatmaq deyil, onu var qüvvətiylə itələmək olduğunu düşünərək verilən vəzifəni yerinə yetirir. İkinci gün, üçüncü gün, qaya birdən yerindən tərpənir. O zaman qayanı yerindən tərpədənin özü deyil, Allah olduğunu anlayır. Bir az daha məşğul olanda, qaya bir az daha oynayır və kənara diyirlənir. Altından da özünə ömür boyu çatacaq qədər böyük bir xəzinə çıxır.

angel aytac

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Cox beyendim Allah razi olsun

  2. Ninaska dedi ki:

    Chox Sagol ..

  3. SEBERT dedi ki:

    ALLAH razi olsun