Qısqancsınız?

1. Yolda gedərkən başqa qıza baxırsa?
a) Gülürsünüz
b) Hirslənib dava salırsınız
c) Bunu görməmiş kimi hiss etdirirsiniz

2. Sizin sevgiliniz telefonla danışır
a) kimlə danışdığını təxin etməyə çalışırsınız
a) Sakitcə öz işinizlə məşğul olursunuz
a) Qonşu otağa keçib telefonu dinləyirsiniz

3. Kimsə sizə deyir ki, sevdiyniz adam başqası ilə yatıb
a) Faktı inkar edirsiniz
b) Sevgilinizdən soruşursunuz
c) Sizə xəbər gətirən adamdan ətraflı məlumat öyrənirsiniz

4. Sizin sevgiliniz gündəlik yazır, lakin sizə göstərmək istəmir
a) Gizlin şəkildə oxuyursunuz
b) Hörmətlə qarşılayırsınız
c) Tələb edirsiniz ki, gündəliyi sizə versin

5. Sevgilinizə kimsə bahalı konfet göndərib
a) Hədiyyənin mənşəyi ilə maraqlanırsınız (Kim verib, hardan gəlib və.s)
b) Onunla birlikdə yeyirsiniz
c) Konfet qutusunu zibil qabına atırsınız

6. Öz zahiri görünüşünüzə dair deyilən xoş sözləri necə qarşılayırsınız?
a) Sevmirəm
b) Məmnuniyyətlə qəbul edirəm
c) Bunu sevməyən insan yoxdur

7. Siz sevgilinizlə rəqsə getmisiniz, lakin o sizinlə rəqs etmək istəmir. Bu halda?
a) Əhəmiyyət vermirsiniz
b) Onu məcbur etməyə cəhd göstərirsiniz
c) Bu sizin xoşonuza gəlmir

8.Sevgiliniz uzun müddət yoxa çıxır
a) Qayıdanda harada olması və nə etməsi barədə soruşursunuz
b) Səbrirsizliklə yolunu gözləyirsiniz
c) Qalmaqal qoparıb dava edirsiniz

9. Bir məclisdə sevgilinizi başqa biriylə tanış etmək məcburiyyətində qalanda
a) Tanışınıza başa salmağa çalışırsınız ki, görüşürsünüz
b) Bunu o zaman edərsiniz ki, sevgiliniz istəsin
c) Siz qarşılıqlı münasibətlərinizi reklam etməyi sevmirsiniz

10. Sevgilinizlə qonaq getmisiniz
a) Bütün gecəni ondan ayrılmırsınız
b) Başqa adamlarla əylənirsiniz
c) Bütün gecəni onu güdməklə məşğulsunuz

11.Sevgiliniz qəflətən imicini dəyişir
A) Normal qəbul edirsiniz
B) Bu dəyişikliyi müzakirə edirsiniz
C) Belə şeylərə fikir vermirsiniz

Cavablar:

A B C
1) 2 1 3
2) 1 2 3
3) 3 1 2
4) 2 1 3
5) 1 3 2
6) 1 2 3
7) 2 1 3
8) 3 2 1
9) 3 1 2
10) 3 1 2
11) 2 3 1

11-18 ball: Qisqanc deyilsiniz, onu başa düşə bilirsiniz. Əlavə söz-söhbətdən xoşunuz gəlmədiyi üçün qısqanclıq səhnələrinə girmirsiniz.

19-26 ball: Qısqancsınız amma qədərində. Onu bezdirmək istəmədiyiniz bəllidir. Həm də sevgisindən şübhə etmədiyiniz üçün qısqanclıq nümayiş etdirməyə ehtiyac qalmır.

26-32 ball: Dəhşətli dərəcədə qısqancsınız. Bu sizin münasibətlərinizi korlaya bilər. Odur ki, ehtiyatlı olun. Sevgilinziin sizdən qaçmasını istəmirsinizsə, dərhal özünüzə nəzarət etməyi öyrənin. Özünüzə güvənməyi öyrənin, yoxsa bütün həyatınızı əsəb və stress içində yaşamalı olacaqsınız. yagiw

angel aytac

Şərhlər:

  1. SEBERT dedi ki:

    25 bal oldu,dogrudu tesekkur dosi:)

  2. Hilary Duff dedi ki:

    Tewekkurler yoxlamadim cun ki qisqancam bilirem

  3. Yeni urek dedi ki:

    yoxlamamiwda bilirem ki cox qisqancam yenede eziyyete gore tewekkurler

  4. Romantik Girl dedi ki:

    Dehwet qisqancam :-\\