Münasibətlərə ara vermək hisləri alovlandırır yoxsa söndürür?

Əlaqədə ara vermək, partnyorunuz ilə yaşadığınız problemləri həll edərmi yoxsa əlaqənizi təxribmi edər ?

Bəzilərinə görə ara vermək əlaqəni yenidən alovlandırmaq üçün ideal bir həll ola bilər. Bəziləri üçün isə, tam tərsi də olaraq əlaqə sona çatır.

Bir-birinizə hələ aşiqsinizsə, lakin yolunda getməyən bəzi şeylər varsa, ya da əlaqənizin başındakı o gözəl anlara geri dönmək üçün bir həll tapmağa çalışırsınızsa, bəlkə ara vermək bir həll ola bilər. Amma hər şeyi riskə atıb ara verə bilərsinizmi ?

Partnyorunuza hələ aşiqsiniz, amma əlaqənizdə problemlərlə qarşılaşırsınız. Ara vermək, partnyorunuzun başdan çıxarıcı xüsusiyyətlərini yenidən kəşf etmənizə səbəb ola bilər. Amma diqqətli olun, uzun sürən bir ara əlaqənizi riskə ata bilər. Bir həftəmi ? Bir aymı ? Altı aymı ? Vəziyyətin pisləşməsini istəmirsinizsə qərarlarınızı partnyorunuz ilə birgə almağınızı təklif edirik.

Ara vermək fikrini, partnyorunuz ilə ortaq bir qərar çərçivəsi içində alın, əgər tək başınıza hərəkət etsəniz fərqində olmadan əlaqənizin sonunu hazırlayırsınız deməkdir.

Ara vermək əlaqəni qurtararmı, təxribmi edər ?

Əlaqəyə ara vermənin həm faydalı istiqamətləri, həm də təhlükəli istiqamətləri ola bilər. Ara vermək həm sizin, həm də partnyorunuzun özünüz ilə üzləşmənizə köməkçi ola bilər. Tək başınıza qaldığınız bu zaman da özünüzə bir sıra suallar verin: Niyə artıq yaxşı getmir ? Vəziyyəti düzəldə bilmək üçün nə kimi dəyişikliklər edə bilərəm ?
Bunu etməyə hazırammı ? Əlaqəyə yenidən başlayıb-başlamama qərarını alarkən ağılınızı qurdalayan suallara cavablar tapa bilməniz sizə köməkçi olacaq.

çox vaxt həsrət tez hiss edilər və yoldaşınızın tək olduğunu bilmə duyğusu, düşünüb, qərar vermə mövzusunda ağılınızı qarışdıra bilər. Buna görə duyğularınızı idarə altına aldığınızdan əmin olun.

Nəticə olaraq qısa bir ara əlaqənizi köhnə halına çevirə bilər, lakin uzun sürən bir ara əlaqənizi qırılma nöqtəsinə qədər sürüyə bilər.

BaBy BaRBie

Şərhlər:

  1. Slatkaya dedi ki:

    cox sag ol xebere gore

  2. Hilary Duff dedi ki:

    Tewekkurler

  3. mishka85 dedi ki:

    Memde munasibetlerimize bir muddet ara vermisem,bilmirem sonda ne olacaq yasayib gorerik