Həddindən artıq maye itkisinə diqqət

Həddindən artıq maye itkisi insanda böyrək çatışmazlığı kimi xəstəliklərə şərait yaradır

Məlumata görə gün ərzində yetərli miqdarda maye qəbul etməyənlər şüur itkisi ilə bərabər müxtəlif sağlamlıq problemləri yaşaya bilər. Bu mövzuya “Nefroloq və Hipertoniya” sahəsində fəaliyyət göstərən Prof. Dr. Tekin Akpolat da toxunub. Onun sözlərindən aydın olur ki, həddindən artıq maye itkisi insanda böyrək çatışmazlığı kimi xəstəliklərə şərait yaradır.

Liv Hospitalında fəaliyyət göstərən mütəxəssisin sözlərinə görə maye itkisi qeyd olunanlardan əlavə insanda halsızlıq, baş gicəllənməsi və təzyiqin aşağı olması kimi hallara səbəb olur. Sağlam şəxslər həddindən artıq maye itkisinə yol vermirlərsə gündə 2-3 litr maye qəbulu onlar üçün normal hesab olunur.

Həyat üçün imtina edilməyən maddələrdən olan su bədəndəki tarazlığın qorunmasında böyrəklər başda olmaq üzrə bir çox orqanın işinə kömək edir. Sidik, nəcis, tər və tənəffüs yolu ilə itirdiyimiz suyu, yediyimiz yeməklər, içdiyimiz mayelər bərpa edərək bədən üçün lazım olan tarazlığı təmin edir. Yay günləri havanın isti olduğu zamanlarda xüsusilə tərləmə ilə daha çox maye itirilir. Maye itkisi xüsusilə yaşlılarda və körpələrdə daha diqqətə çarpan olar. Küçədə oynayan uşaqlar da fərqində olmadan maye itirə bilərlər. İshal, qusma kimi pataloji maye itkiləri yaşlı insanlarda və uşaqlarda müxtəlif problemlərə yol açır.

Həkim Akpolatın, sözlərindən aydın olur ki, isti havalarda insanlar bu istiqamətdə özlərinə fikir verməli və maye itkisinə səbəb olan fəaliyyətlərlə az məşğul olmalıdırlar. çünki, həddindən artıq su itkisi bədənin müqavimətinin və tarazlığının zəifləməsinə səbəb olur. Su itkisinin əlaməti susuzluq hissi və halsızlıq olduğundan zamanla adam özünü pis hiss edir və heç bir şey etmək istəmir. Bəzi hallarda nəbzin vuruş sayı artır və əzələ spazmı meydana gəlir. Bu baxımdan ürək, böyrək və ya qaraciyər kimi maye tarazlığından əziyyət çəkən xəstələr özlərinə bu məsələdə diqqət etməli, gün ərzində lazımi miqdarda maye qəbul etməlidirlər.

top writing services

mozam

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Maraqlidi Tewekkurler

  2. MR... dedi ki:

    oxudum Tesekkurler

  3. Romantik Girl dedi ki:

    Maraqlidi

  4. Эрика dedi ki:

    telefon2 alooooo

    Herden ele behane iLe terk edib gederLer ki, getmeyinden çox behanesi yandırır adami.!!! not_i

    Эрика,
    Dünyanın en gözel ritmi menim senin üçün döyünen üreyimdi.!!