Qısqanc sevgili dialoqları

Kim idi o qız???
– Hansı qız, həyatım? :
– Yanımızdan keçəndə başını ikiqat əyib salam verən.
– Doğrudan? Mən görmədim..
– Baxma, öldürəcəm!
– Eee maraqlandırırsan sən də adamı…
– Maraqlandın deməli… Necədir? Dəyişib heç olmasa?
– Kim?
– Kim olacaq? Köhnə sevgilin! l
– Bəsdi də!
– Hə… Bəsdi də! Sözün yoxdur deməyə, hə?
– Bax Allah yaratdı deməyəcəm indi.
– Bir də döy! Afərin… Qıza baxe, salam verməsi bəs elədi bizi ayırmaq üçün.. Bəs unutmuşdun onu?
– Kimi?
– Kimi olacaq? – Köhnə sevgilini!
– Nə əlaqəsi var? Həm də mənim köhnə sevgilim o qızdan daha gözəl idi.
– Eləəəəə??? Rədd ol!
– Səndən də gözəl idi… Ohhhhh!!! Nə oldu, susdun…
– ühühühühü…
– Zırılda indi!
– Hardasınız?
– Yoldayıq, həyatım, dönürük.
– Hardasınız, yəni tam olaraq.
– Nə bilim? Şəhərlərarası yolun bir nöqtəsindəyik, tam ad verə bilmirəm indi.
– O arxadan gələn səs nədir, yaxşı? Kim var maşında sizdən başqa, tanımıram o səsi mən.
– Kasetə qulaq asırıq, birdənəm, kasetə!
(Qız qəşəng geyinib və gözəl süfrə hazırlayıb)
– Xoş gəldin, canım!
– Kim var içəridə?
– Heç kim.
– Kimə görə geyinmisən sən belə?
– Sənin üçün geyinmişəm, eşqim!
– Get ordan! Uşaq başı aldadırsan? Tez de görüm kim gəlib?
– Ay Allah! Gir bax, heç kim yoxdur!
– Diqqət et, gözlərin çəp olacaq yoxsa..
– Niyə? Nə oldu yenə?
– Bilmirəm, sanki gözlərin yana doğru çəkilməyə başladı.
– Sən indi bu xanıma baxdığımı nəzərdə tutursan?
– Bəzən nə qədər anlayışlı olursan…
– Yox, həyatım, təkcə paltarı diqqətimi çəkdi, ona görə şey…
– Mənim də bu başında yolunmamış iki tel saçın çox diqqətimi çəkir!
(Cütlük yol gedir.)
– Nurlan…
– Buyur, həyatım..
– Niyə yerə baxaraq gedirsən?
– Yoxsa..?
– …
– Allah başıva daş salsın, aldatmısan məni, hə? Aldatmısan! Aldatmısan 100%! Nifrət edirəm sənə! Ayrıldıq!
– Nə? Necə?!
– Necəsən, canım, bu gün?
– Superəm, həyatım, sən necəsən?
– Hmm.. Necə super? Niyə ki? Nə səbəb var ki?!
– Necə niyə? Müəyyən bir səbəb yoxdur, elə-belə.. Yaxşı hiss edirəm özümü.
– Hmm.. (100% başqa birinə aşiq olub bu) Adı nədir? Mən tanıyıram, heç olmasa?
– ??
– Niyə məni oyandırmamısan?
– Səhər yeməyi hazırlayırdım, bir azdan oyandıracaqdım…
– Niyə elə geyinmisən? Hara getmişdin, hardan gəlirsən?
– Gicləmə, sənə omlet hazırlamışam, həm də kartoflu.
– Kartoflu? Məni yumşaltmağa çalışma, hardan gəlirsən dedim!
– O biri sevgilimlə getdik, gəzdik, çox da əyləndik, inan ki, omleti də ona hazırlamışam.
*Telefon zəng çalır:
– Həyatım?
– Eşqimm, gülümmm….
– Hardasan?
– Dostlarımla oturmuşuq.
– Hansı dostlarınla? Mən burda tək səninçün darıxarkən sən dostlarınla əylən!
Bax, dinləmirsən belə məni! Onsuz da bu gün heç mesaj da yazmamısan mənə.
– (kə kə, yüngül kəkələyər vəziyyətdə) Aaa sevgilim?
– Sus, sus!
– Ordakı qızların feysi var? Tez de!
Yenilənib:
Maraqlidi
Beyendim
Maraqlidi tesekkur oxudum hamsini
Goresen burdakilardan kimse bele dialoqun icinde olub???
Delixanadiki )) ellerine saghliq )
Maeaqli
hahahaha 😀 bezileri lap super idi. eziyyete gore twkrlerrr
maraqlidir
maraqli xeberdi tsk
😀 dupbeduzduyee