“Onu Sevməyə Məhkumam” kitabından
Xırdalıqlar bəzən məhəbbətin ən böyük göstəricisidir.
©Ziya Səfərbəyov, “Onu Sevməyə Məhkumam”
Dəniz dalğalarına baxıb, günəşin istisinə bürünüb sevindiyiniz kimi hər bir anın təkrar olunmayacağını bilərək bu hisslər burulğanına atılın.
©Ziya Səfərbəyov, “Onu Sevməyə Məhkumam”
Avropada cinsi əlaqəsi olmayan qadınları psixoloji cəhətdən anormal, Azərbaycanda isə cinsi əlaqəsi olmuş qadınları əxlaqsız hesab edirlər. Avropada sevgini könül sıçrayışı hesab edərək dəstəkləyir, Azərbaycanda isə künclərdə oğrunca öpüşmək üçün bəhanə bilirlər. Avropada qadınlar ailə həyatı qurduğu kişini sevir, bizim qadınlar isə onun ailələrinə uyğun, yetəri qədər zəngin və ya təhsilli olduğunu araşdırırlar. Avropada kişilər qadını sevərək onunla bir yatağa girir, Azərbaycanda kişilər “fırladıram” başlığı altında qadınlarla sevişirlər.

Qadına cənnəti bəxş etmədən ondan mələk olmağını tələb edirik… O isə cənnəti istəmədən səni sevməyə qadirdir. Qadınların sevgisi həqiqətən də dəlisovdur.
©Ziya Səfərbəyov
Yenilənib:
Bu sozler Superdi Tewekkurler dogurdanda cox beyendim
Avropada cinsi əlaqəsi olmayan qadınları psixoloji cəhətdən anormal, Azərbaycanda isə cinsi əlaqəsi olmuş qadınları əxlaqsız hesab edirlər. Avropada sevgini könül sıçrayışı hesab edərək dəstəkləyir, Azərbaycanda isə künclərdə oğrunca öpüşmək üçün bəhanə bilirlər. Avropada qadınlar ailə həyatı qurduğu kişini sevir, bizim qadınlar isə onun ailələrinə uyğun, yetəri qədər zəngin və ya təhsilli olduğunu araşdırırlar. Avropada kişilər qadını sevərək onunla bir yatağa girir, Azərbaycanda kişilər “fırladıram” başlığı altında qadınlarla sevişirlər.
Gozeldi
Onu Sevməyə Məhkumam"
Bu həyatda yalnızca tək Rəbbimə məhkumam deyərdim… Əslində elə də olmalıdır…
qewey
Bugune geder oxudugum en maragli xeber… Twk