Namazı gecikdirən bəndə

Qeyri-adi bir izdiham var idi.Hər yer insanlarla dolu idi.Kimisi çaşqın-çaşqın ətrafına baxır,kimisi
sağa- sola qaçır,kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdilər.
Sanki,ürəyi yerindən çıxacaqdı.Soyuq tər basmışdı.

Dünyada ikən qiyamət,sorgu-sual və tərəzi haqqında çox şey eşitmişdi.Ancaq məhşər
meydanındakı ürpərti,qorxunun bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi.Hər
kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı.Növbə ona gəlib
çatmışdı.Onun adını çəkmişdilər.Təşviş içində sağa-sola baxır.Dodaqları titrəyə-titrəyə: -Məni
çağırdınız? — deyir. İzdiham birdən aralanır,qarşısında bir yol açılır.İki nəfər qollarına
girir.Bunlar məşhər meydanının xidmətçiləri idi.İzdihamın arasından çaşqın baxışlarla
keçir.Meydanın mərkəzinə gəlirlər.Xidmətçilər yanından uzaqlaşırlar.Başı önünə əyilir…Bütün həyatı gözlərinin önündən gəlib-keçir.Öz-özünə:
— Şükürlər olsun,gözlərimi dünyaya açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl
etməyə çalışan insanları gördüm.Atam ibadətlərinə həddindən artıq həssas
yanaşır,dostları ilə dini söhbətlər təşkil edir,malını İslam yolunda xərcləyirdi.Anam da
onun kimi.Mən də hər zaman onlar kimi oldum.Bəşəriyyətə xidmət etməyə
çalışdım,onlara Allahdan danışdım.Namazımı qıldım,orucumu tutdum.Fərz olan nə varsa,yerinə
yetirdim,haramlardan uzaq durdum…. Bunları düşünərkən yanaqlarından göz yaşları
süzülürdü.Öz-özünə: «Rəbbimi sevirəm,heç olmasa,sevdiyimi düşünürəm,» — deyirdi.Amma
bir tərəfdən də: «Onun üçün nə etsəm,yenə azdır,bu,mənim cənnəti qazanmağıma kifayət
etməz.Yeganə ümidim Allahın bağışlaması və rəhmətidir,» — deyə düşünürdü. Hesab çox uzun
çəkdi.Qorxudan muncuq- muncuq tər tökür,tir-tir titreyirdi.Gözləri tərəzinin millərində
qalmışdı.Nəticənin nə olacağını gözləyirdi.Nəhayət,oradan onu çıxardaraq
əvvəl olduğu yerə gətirirlər.Hökm veriləcəkdi.Öncə adı oxundu.Artıq ayaqlarının
üstündə dayana bilmirdi.Gözlərini yumub həyəcan içində hökmü gözləyirdi.Birdən
məhşərdəki izdihamdan bir uğultu qopdu.Qulaqları səhvmi eşidirdi,nədir,Onun adı
«cəhənnəmliklər» siyahısında oxunmuşdu.Dizləri üstə çökdü,yıxıldı. «Ola
bilməz» — deyə qışqırdı.Qalxıb sağa-sola qaçmaga başladı.Hıçqıraraq: «Mən necə
cəhənnəmlik ola bilərəm?Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə
olmuşam.Onlarla bərabər insanlarla Rəbbimi tanıtmağa çalışmışam,» — deyirdi. Göz yaşları
titrəyən vücudunu islatmışdı.Məşhər xidmətçiləri qollarından tutub izdihamı yararaq
onu alovları göylərə yüksələn cəhənnəmə tərəf
aparmağa başladılar. Xidmətçilərin qolları arasında çırpınırdı.Bir qurtuluş yox idimi?Bir
yardım edən olmayacaqdımı? Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmələr süzülməyə
başladı: «Oruclarım… Oxuduğum Quranlar…
Namazım… Heç biri xilas etməyəcəkmi?» Ağlaya-
ağlaya yalvarırdı.Alova yaxınlaşmışdılar.Ba şını geriyə çevirdi.Son çırpıntıları idi. Rəsulullah
(s.ə.s.):«Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə beş dəfə
yuyunsanız,üzərinizdə heç kir qalarmı?Namazda belədir.Allah onun sayəsində bütün günahları
silər,»- buyurmamışdımı? Son dəfə:«Namazlarım da mı mənim dadıma
çatmayacaq?»-deyə düşündü və «namazlarım….» deyə hıçqırdı. Xidmətçilər isə onu dibi
görünməyən cəhənnəm çuxurunun başına gətirdilər.Alovların istisi üzünü yandırmağa
başlamışdı. Sonuncu dəfə dönüb geriyə baxdı.Artıq gözləri də qurumuşdu.ümidini tamam
itirmişdi. Qollarını sıxan əllərin boşaldığını hiss elədi.Qolları yanına düşdü.Xidmətçilərdən biri
onu arxadan möhkəm bir şəkildə itələdi.Ayaqları yerdən üzüldü.Bədəni bir anda
uçurumun dibinə yuvarlandı.Alovların içərisinə doğru süretlə düşürdü.Bir neçə metrə düşmüşdü
ki,bir əlin onun qolundan tutduğunu hiss
etdi.Başını qaldırıb yuxarıya baxdı.Onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi.Qoca
onu yuxarıya doğru qaldırdı.O,üst-başının tozunu təmizlədikdən sonra soruşdu -Siz kimsiniz? -Mən
sənin namazlarınam. -Bəs məni xilas etməyə niyə bu qədər gec gəldin? Lap son anda
çatdın.Az qalmışdı alovların içinə düşəm. Qoca acı-acı gülümsəyərək başını yellədi: -Sən məni
həmişə axıra saxlayırdın,xatırladınmı?! Gözlərini açdığı zaman yatağında idi.Qan-tər
basmışdı.Dərindən bir ah çəkdi və “Əlhamdulillah,çox şükür ki,yuxu imiş,”-dedi.Sonra
çöldən gələn səsə qulaq asdı.Yatsı namazının azanı oxunurdu.Ox kimi yerindən sıçradı:dəstəmaz alacaqdı…

ruhumun qiblesi

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Beyendim gozel yazilib Tewekkurler

  2. Prosta Mikki dedi ki:

    Coox xowum geldi ehsen…

  3. MissRosee dedi ki:

    Allah bizi pis emellerden gorusun… Amin!!! pray