O gözəl günləri qısqanıram mən

Dalıram xəyala fikirlərimlə
Xəyallarımda hey anıram mən.
Xatirəm qalıbdır, məhəbbət köçüb.
O gözəl günləri qısqanıram mən.

Qəlbimdə salmışdın bir sevgi bağı
Sən bir ağac idin, mənsə budağı
Bu imiş sevginin sönməz ocağı?
Məhv olub, bu yolda aldanıram mən.

Yalandan deyirdin bizimdir zəfər.
Əlinlə içirdin sevginə zəhər.
Verdiyim sevgidən görmədim bəhər.
Sevgim yalan idi, bil, danıram mən.

Məhəbbət var idi qəlbimdə sənə.
Gizlidə saxlasam olacaq yenə
Ölüm şərbətini içirtdin mənə
Başqa bir dünyaya yollanıram mən.

Bu acı, qəlbimi doğrayır əzir.
Allahım, sevənə yetir sən səbir.
O sevgim- ölüdür, ürəyim qəbir.
Dəfn etdim sevgimi, ah, yanıram mən.

Deli_Meley

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Geweng weirdi

    Tewekkurler

  2. mR_bAkiNec dedi ki:

    babat`dı =)

  3. Malenkaya_Feya dedi ki:

    cpx qesey seirdi ellerinize sagliq supper

  4. Sladkaya Psixuwa dedi ki:

    Coh saol canim qwex`di

  5. Gunel_1 dedi ki:

    tewekkurler meqaleye gore tewekkurler…zehmet oldu sizlere