Gərək hələ o vaxtı unudaydım səni

Xəyallar qurardıq özümüz özümüzə
Sən məni yaşadardın, mən isə səni.
Bu həyat olmuşdu sanki möcüzə..
Qərək hələ o vaxtı unudaydım səni..

Dolaşıb küçələri söhbət edərdik,
Hər sözünlə daha çox sevərdim səni
Ya qərək o vaxtı sənlə qaçıb gedərdik,
Yada qərək o vaxtı unudaydım səni..

Hər gecə səsini eşitmədən yatmazdım,
Heçkimi yox, ürəyimə bağladım səni.
Bu həyat cığırında indi çox azdım.
Qərək hələ o vaxtı unudaydım səni..

Sən gedəndən bəri günlər boş keçir
Mənim yoxluğum bəs, incidir səni?
Ayrılıq toxumları ürəkdə qəm biçir
Qərək hələ o vaxtı unudaydım səni..

Sənsiz nə mənasi galdı ömrün həyatın
Bu nəmli gözlərim çox gəzdi səni
Allah sevən ürəyimin versin bəlasın
Qərək hələ o vaxtı unudaydım səni..

Nə bileydim uzaq deyildi bu ayrılıq,
Xoşbəxtlik həyatı unutdurdu məni,
Baha başa gəldi mənə bu avamlıq,
Qərək bəlkədə heç tanımazdım səni..

(Mələk’ Cəfərova)

Fi fi

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Gozel weirdi

    Tewekkurler

    "Qərək bəlkədə heç tanımazdım səni"

  2. Sladkaya Psixuwa dedi ki:

    vauuu supaaa ok

  3. Malenkaya_Feya dedi ki:

    qesey seirdi ellerinize sagliq