Şairin yuxusuz gecələri
Yenədə qaranliq səssiz bir gecə,
Yenədə bir şair düşünür yazır.
Bu şair qurşanıb meye, şəraba,
Get-gedə məhv olur yolunu azır..
Hey yazır sevgidən açır dərdini
Bir kimsə bilməyir onun sirrini
Deyir ki, məhəbbət qəm mənzilidir
Kim baxır şairə deyir dəlidir..
Əslində bu şair ağıllıdır çox,
Sadəcə qəlbinə sancılıb bir ox,
Məni düşündürür onun hər sözü
Dərdini yazdıqca yaşarır gözü..
Deyir sevgi yoxdur, sevgi nədirki?
Sevgidən elə bir stat gətirki,
Yalnız sevinc olsun, olmasın əzab,
Söyləyir o zaman içmərəm şərab..
Həyata açaram yeni bir səyfə
O zaman edərəm içkiyə tövbə..
Kədəri qəlbimdən uzağ edərəm,
Sevinci qəlbimə qonağ edərəm.
O zaman sevərəm aşiqlər kimi,
Olaram əhdinə sadiqlər kimi!
Şair dayanmadan eşqdən danışır,
Onu dinlədikcə fikrim qarışır..
Sevgi çoxlarına verir işgəncə,
Temiz qelble seven çox azdı məncə..
çox insan zamanı sanır günahkar,
Əslində insanlar dəyişir aşkar.
Şair düz düşünür, deyir düzünü,
Məndə təsdiq edim şair sözünü..
Bir iki sətirdə mən söyləyim yaz,
Oxuyan insanlar düşünsün biraz.
çalışın heç zaman qırmayın ürək,
Allah cümləmizə olacaq kömək…
Yenilənib:
Super Super Super Coooooooooooox beyendim Allah razi olsun
Çalışın heç zaman qırmayın ürək,
Allah cümləmizə olacaq kömək…
Hilary Duff,
Cooox Saol urey
ellerinize sagliq qeseydi
twk ela seirdi