“Ürəyinin çağırdığı yerə get” əsərindən

Onu nə zaman əkdiyimizi xatırlayırsanmı? On
yaşındaydın və artıq «Kiçik şahzadə»ni
oxumuşdun. O kitabı sənə sinifdən-sinifə
keçməyin münasibətiylə hədiyyə olaraq
almışdım. Hekayəyə heyran olmuşdun.
***
Başqaları kimi bir qız olduğunu düşünərək səni
həvəsləndirmək üçün gözəl it cinsləri göstər və
deyirdi: «Bu Cockerə bax, ya da bu Lassiye
necədir?» Sənsə donuz kimi səs çıxarır və onu
dinləmədən gedirdin.Qadının təəccübdən üzünün
ifadəsinin necə dəyişdiyini xatırlayırsanmı? Heç
cür təsəvvür edə bilmirdi ki, belə eybəcər bir itə
sahib olmaq istəyirsən. Həqiqətən də Busk
balaca idı, amma balaca olmasına baxmayaraq
dünyanın bütün cinslərinin xüsusiyyətlərini
daşıyırdı. Qurd kimi başı, ov iti kimi sallaq və
yumşaq qulaqları, nazik ayaqları, tülkü kimi
quyruğu, doberman kimi qara tükləri vardı.
***
Yetimmi? İnsanın nənəsi ölərsə belə demək
olarmı? Əmin deyiləm. Bəlkə də nənələr,
babalar, itmişləri adlandırmağa dəyməyəcək
aksesuarlar olaraq görünürlər.İnsan baba və
nənəsindən, nə yetim, nə də dul qalır. Onları
ucsuz-bucaqsız yolların birində təbiətin qanunu
olaraq sanki bir çətiri unudan kimi buraxırıq.
***
Xeyli yaşadığım və daha çox insan itirdiyin üçün
artıq bilirəm ki, əslində ölülər yalnız yoxluqları
ilə deyil, – onlarla bizim aramızda
söylənilməyən sözlər üzündən insana əzab
verirlər.
***
Yara nə qədər böyük və dərindirsə, ətrafında
yaranan zireh da o qədər güclü olur.Amma sonra,
uzun zaman geyilən bir geyim kimi ən çox
istifadə olunan yerlərindən köhnəlir, tikişləri
sökülür və ani bir hərəkətdən yırtılır. Əvvəl heç
bir şey hiss etməzsən, zirehinin hələ də səni
möhkəm sardığını zənn edərsən, amma bir gün
birdən-birə səfeh bir şey qarşısında uşaq kimi
səbəbini də bilmədən ağlamağa başlayarsan.
***
İkimiz də eyni ağacda yaşadıq, amma elə fərqli
mövsümlərdə ki!
***
Axmayan göz yaşları qəlbdə yığılar, zaman
keçdikcə qabıq tutar və əhəngin paltaryuyan
maşına tıxanması kimi qəlbi tıxayıb iflic edər.
***
Yaşlıların düşüncələrində gələcək yoxdur, varsa
da daha kədərli, ya da hüzünlüdür.
***
çox şeyin onların ürkək gözlərində əks
olunmasını xoşlamadıqlarına görə çoxları onlara
nifrət edir.
***
Deyirlər ki, ataların günahını övladları çəkər.
Doğrudur, çox doğru, babalarınkını nəvələri,
əcdadlarımızınkını nəticələri çəkər.
***
Bəzi həqiqətlər özlərində bir qurtuluş duyğusu
daşıyır, bəziləri də qorxu duyğusu oyandırır.

ELIK28

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Super cox beyendim Tewekkurler