Özcan Dəniz: “Qadınlar əxlaqsız kişiləri sevir”
Türkiyəli müğənni Özcan Dənizin sözləri hər kəsdə maraq oyadıb. Ifaçı bu açıqlaması ilə medianın diqqətini çəkməyi bacarıb. Özcan Dəniz ötən gün verdiyi konsert proqramı zamanı qadın-kişi münasibətlərindən danışıb:
Onu dinləməyə gələn pərəstişkarlarına xoş anlar yaşadan ifaçı qadınların münasibətinə rəy bildirib. “Qadınlar əxlaqsız, ağıllı və zirək kişiləri sevir. Əxlaqlı olmaq üçün özünüzü yorsanız, gecənin sonunda hesabı ödəyib gedəcəksiniz. Mən onsuz da düzgün adamam, amma bir müddətdir, daha da düzgün olmuşam. İnanın ki, tənhalıqdan ölürəm”.
Xatırladaq ki, Özcan Dəniz ötən il aktrisa Fahriye Evcen ilə bir müddət sevgili olublar. Daha sonra isə anlaşılmamazlıq ucbatından yollarını ayırıblar. Bundan sonra isə 41 yaşlı müğənninin seçdiyi yeni sevgilisini Türkiyədə fəaliyyət göstərən 20 yaşlı gənc aktrisa olub. Buse adlı xanım və Dəniz dostlarından birinin yığıncağında tanış olublar. Dəniz “Barbi” dediyi sevgilisini ailəsi ilə də tanış edib. Busenin Özcanın qardaşının yoldaşı ilə birlikdə çəkdirdiyi və sosial şəbəkədə yaydığı şəkil münasibətlərinin ciddi olduğunu sübut edib. Bunlara baxmayaraq cütlük 6 ay münasibət yaşadıqdan sonra ayrılıblar.
Yenilənib:
Agilli ve zirek kiwileri kim sevmez ki ama exlaqsz sozuyle razilawmram mence beleleri urey bulandirir
Xeber ucun Tewekkur
exlaqsiz sozu hec urey acan olmadi. ozcani xosluyuram amma bu ifadeni ona yarawdirmadim
çox istedadlı gedədi 😀 xəbərə görədə sağol oxumasamda )
COOX SAGOLUN…
tewekkur edirem