Səninlə var olan


Sən hansı qitədəsənsə..
.. ən gözəl qitə o
Sən hansı otaqdasansa.. .
.. ən gözəl, otaq o
Sən hardasansa, sevgilim..
.. Ən gözəl yerdir o..
Və qəlbim…
..sən ordasan deyə, ən gözəl qəlbdir məndə..

Mən olmadan, sən olmuşam artıq..
Heç bir uzaqlıq ayıra bilməz səni məndən..
Əlimin çatmayacağı qədər uzaqda deyil, hər xəyal etdiyimdə gözlərimin önündə canlanacaq qədər içimdəsən sən..
Adı qoyulmamış heç bir şeyin gerçək anlamda, var olduğuna inanmayan bir qəlbə sahib idim mən.
Ağlımı göstərən adımla, sevgimi göstərən atəşin arasına düşdüm, və o uçurumdan sən qurtardın məni.
Qurtardın və mən xəyal dolu dünya yaratdım özümə..
O dünya ki, içi də, özü də, sən olan..

Və…
Sadəcə sənin varlığını düşündüyümdə belə, aldığım hər nəfəs boğazımda titrəyərkən necə səni sevmədiyimi deyə bilərəm ki, mən ?

Красавица

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Tewekkurler

  2. I am dying for you dedi ki:

    superdi tewekkurler..

    Mən olmadan, sən olmuşam artıq..
    Heç bir uzaqlıq ayıra bilməz səni məndən..
    Əlimin çatmayacağı qədər uzaqda deyil, hər xəyal etdiyimdə gözlərimin önündə canlanacaq qədər içimdəsən sən..
    Adı qoyulmamış heç bir şeyin gerçək anlamda, var olduğuna inanmayan bir qəlbə sahib idim mən.
    Ağlımı göstərən adımla, sevgimi göstərən atəşin arasına düşdüm, və o uçurumdan sən qurtardın məni.
    Qurtardın və mən xəyal dolu dünya yaratdım özümə..
    O dünya ki, içi də, özü də, sən olan..

  3. Gunel_1 dedi ki:

    tewekkurler