Gecə yazısı: xoruldamağın qarşısını almağın 7 yolu

1. Yatış formanızı dəyişin. Arxası üstə yatdığınızda diliniz boğaza doğru qatlanır və damağa təzyiq göstərərək, qəribə səs çıxarmanıza, xoruldamanıza səbəb olur. Buna görə böyrü üstə yatmağa çalışın.

2. Çəkinizə nəzarət edin. Artıq çəki xoruldamanın digər səbəblərindən biridir. Yatarkən artıq çəkiniz boynunuza ağırlıq yükləyir və nəfəs almanız çətinləşir, bu da xoruldamağa səbəb olur.

3. Spirtli içkidən uzaq durun. Spirtli içki boğaz əzələlərinə mənfi təsir göstərdiyindən yatmadan əvvəl içilən spirtli içki xoruldamağınıza səbəb olacaq.

4. Yuxu normanızı müəyyən edin. Pis yuxu rejimi xoruldamağa yol açır.

5. Burnunuzu açıq saxlayın. Burnunuz bağlı olduqda ağızdan nəfəs alıb-verdiyiniz üçün xoruldamalı olursunuz. Əgər qrip olduğunuz üçün burnunuz tutulubsa, burun açan dərmanlar istifadə edin və ilıq duş qəbul edin.

6. Yastığınızı dəyişdirin. Yataq və yastıqdan dolayı sizdə yaranan alergik göstəricilər xoruldamağa səbəb olur. Tozlar yastıqda toplanaraq, alergik təsirlər yaradır və nəfəs almanız çətinləşir. Ev heyvanlarının yatağınızda yatmasına icazə verməyin. Yastığınızı hər 6 aydan bir, yastıq örtüyünü isə hər həftə dəyişdirin. Yanlış seçilən yastıq xorultunu azaldarkən, boyun və baş ağrılarına yol aça bilər. Buna görə diqqətli olun.

7. Bol su için. Susuz qaldığınızda burun və yumşaq damağınızda mayelər azaldığı üçün xoruldama ehtimalınız artır. Qadınların gündə 11, kişilərin isə 16 stəkan maye qəbul etməsi düzgün hesab edilir.

Красавица

Şərhlər: